Xeyirlə şərin əbədi mübarizəsi
Zərdüştlük Şərq fəlsəfəsinin əsas qollarından biri kimi dünya ictimai fikrinin təkamül və təşəkkülündə müəyyən tarixi rol oynamışdır. Tam qətiyyət hissi ilə demək olarki, antik dövrdən başlayaraq tabizim günlərə qədər eləbir görkəmli filosof olmamışdırki, birbaşa və ya dolayısıyolla “Avesta”ya, bu böyük abidədə irəli sürülən ideyaların şərhinə toxunmasın.Zərdüştün baxışlarında idealizmin, həmdə obyektiv idealizmin müəyyən rüşeymləri görünməkdədir. Zərdüşt yaxşı başa düşmüşdürki, insanın yaşadığı aləm fanidir, keçicidir. Lakin bu ötəri dünyada Xeyirlə Şərin mübarizəsi əbədidir. Əlbəttə, Zərdüştün baxışlarını sistemli idealist dünya görüşü kimi qiymətləndirmək olmaz. Biz bunu olsa-olsa “ibtidai idealizm” hesab edə bilərik.
Hər bircərəyan, təsəvvür və baxışın, habelə dini təlimin yaranması konkret amillərlə bağlıdır. Qədim dünyanın ən geniş yayılmış, güclü, qüdrətli dinlərindən birinin – Zərdüştlüyün yaranıb pərvəriş tapmasına, özdövrünün “ana dinlərindən” biri səviyyəsinə yüksəlməsinə səbəb nə olmuşdur? Məlumdur ki, qədim əcdadlarımızın sitayiş etdiyi, inanıb tapındığı hadisə və cisimlər, canlılar və bitkilər uzun əsirlər boyu ilahiləşdirilmiş, müqəddəs tutulmuşdur. İbtidai insanın təsəvvüründə hər bir təbiət hadisəsinin arxasında ruh dayanmış. Hər bir cisim canlı bir vücuda çevrilmişdir. Bu cür animist təsəvvürlər mifik təfəkkür üçün xarakterik halidi. Təbiət önündə heyrətə gələn, qəmlənən, sevinən insanın totemist görüşlərinin tədricən təkmilləşib yayılması da elə həmin dövrə təsadüf edir. Təbi ihaldırki, təbiətə belə kortəbii pərəstiş yeni dinlərin, inancların, inamların yaranması üçün ilk təkan, ilk zəmin olmuşdur. Bu elə bir dövr idiki, insanlar özlərinin ilk sitayiş obyektlərini – öz Allahlarını yaratmağa başlamışdılar.
Allahların yaranması dövrün öz zəruri “tələbatından” irəli gəlirdi. Beləliklə, qədim dünyanın ilk dinlərindən biri öz vahid XeyirAllahını yaratdı: bu, Hörmüz (Ahura Məzda) idi. Bizcə, Zərdüştliyin meydana gəlmə səbəblərindən ən başlıcası elə bu faktda axtarılmalıdır: çoxallahlılıqdan təkallahlığa keçiddə.
Zərdüştlük əvvəlki dini təsəvvürlərdən və özündən sonrakı dini təlimlərdən əsaslı şəkil dəfərqlənir. Bu fərq Zərdüştün həyat hadisələrinə münasibəti ilə bağlıdır. Doğrudur, Zərdüştün təlimində ardıcıllıq, sistemlilik yoxdur. Onun ideya və mülahizələrində ziddiyyətlər də az deyildir. Qatlardan birində müdafiə edilən fikir digərində tənqid edilir. Zərdüştün öyüd və nəsihətlərində məntiqdən uzaq fikirlər də çoxdur. Bu isə təsadüfi səciyyə daşımır. Çünki, əvvəla, “Avesta” əsrlərboyu dəfələrlə “redaktəyə” məruz qalmış, ikincisi, zərdüştlüyün özü ardıcıl nəzəriyyə kimi formalaşmamış, üçüncüsü isə, abidənin yarandığı dövrdə kamil, ideal əsərin yazılmasına inam bəsləmək düzgün olmazdı.
“Avesta” dövrü şumer-babil ədəbiyyatı barədə söhbət açan tarixçi alim İ.S.Koloçkov göstərirki, həmin ədəbiyyatdakı “fəlsəfi” mühakimələri öyüd-nəsihətlər, atalarsözləri, məsəllər, mübahisə-dialoqlar, didaktiknəzm və s. təşkil edirdi. Söylənilən mülahizələri “Avesta”nın da bütün mahiyyət və strukturuna aid etmək olar. Əsərin “fəlsəfi” qayəsini Zərdüştün öyüd və öyünclərində, Hörmüz və Əhrimənin qarşılıqlı münasibətini ifadə edən kəlamlarda, xeyrlə şərin mübarizəsinin təhlilində və s. axtarmaq lazımdır.
Qeyd etdiyimiz kimi, dünya ictimai fikir tarixinin inkişafın da bu böyük abidə müəyyən rol oynamışdır. Təkcə antik dövr mütəfəkkirləri deyil, həmçinin yeni və ən yenidövr Qərb filosofları, klassik alman fəlsəfəsinin görkəmli nümayəndələri İ.Kant (1724-1804), K.V.Hegel (1770-1831), L.Feyerbax (1804-1872) Şərq fəlsəfəsinə, ocümlədən “Avesta”ya böyük maraq göstərmişlər. Kantın “Xalis zəkanın tənqidi” (1781) əsərinin mahiyyətini təşkil edən antinomiyalar Zərdüştün iki əks başlanğıc haqqındakı qənaətlərini xatırladır. Məlum olduğu kimi, Kant şeylərin öz-özlüyündə olduğu kimi (“şeyözündə”) dərkedilmədiyini söyləmiş, yalnız bizim təcrübəmizdə təzahür edən şeylərin dərk edildiyini iddia etmiş, öz antinomiyalarının bütün dövr və hadisələr üçün qeyd-şərtsiz məqbul olduğunu söyləmişdir: dünyasonludur – dünyasonsuzdur; hərşey sadədən ibarətdir – sadə olan şey yoxdur; azadlıq mövcuddur – azadlıq yoxdur və mövcud ola bilməz, deməli, mütləq mənada əbədi və sonsuz olanyoxdur. Zərdüştə görə də hər şey yuxu kimi keçicidir, yer üzündə əbədi qalanyalnız Allahdır, Xeyirdir.
Öz yaradıcılığı boyu Şərqdə mədəniyyətin, sivilizasiyanın inkişafını qəti surətdə inkar edən Hegeldə “Avesta” ya böyük maraq göstərmişdir. Alman idealist fəlsəfəsinin ən böyük nümayəndəsi əsərdə işıqla zülmətin mübarizəsinin rəmzi mahiyyətinə varmış, Zərdüştlüyü haqlı olaraq naturalist-təbiət dini hesab etmişdir. Hegelin “Avesta” ilə bağlı mülahizələrindəki ən başlıca qüsuru zərdüştlüyü tarixi inkişafdan təcrüdolunmuş şəkildə nəzərdən keçirməsindədir. Hegelə görə, Şərq bəşəriyyətin uşaqlıq çağınıyaşamış və bu çağda da donub qalmışdır, o, hər cür inkişafdan aralı düşmüşdür.
Lakin Şərq fəlsəfəsi, eləcədə “Avesta” Hegel yaradıcılığından izsiz ötüb keçməmişdir. Tədqiqatçıların əsaslı mülahizələrinə görə, filosofun başlıca ideyasının – əksliklərin vəhdəti və mübarizəsi qanununun formulası Zərdüşt təlimindən qidalanmışdır. Axı ikibaşlanğıcın – Xeyirlə Şərin, işıqla zülmətin mübarizəsi – əksliyin vəhdəti və mübarizəsi qanunu, bir qədər ibtidai şəkildə olsada Zərdüşt tərəfindən bəyan edilmişdir. Həm də bu cür ibtidai təlim – “Avesta”nın bütün məğzini, “Avesta” dövrünün bütün sosial mənzərəsini özündə ehtiva edir. Lakin “Avesta”nın şərhi alman fəlsəfəsinin klassik nümayəndələrinin formulası ilə məhdudlaşmamışdır. Bütün nəhəng fikir abidələri tək həmin əsərdə özünün əbədiyaşarı ömrünü müxtəlif mübahisə rekursları qovşağında davam etdirməkdədir; Zərdüştlük bəşəri mahiyyətdaşıyan bir əsər kimi təhlil olunmaqla yanaşı, çoxdandırki, mürtəce ovqatlı ideologiyanın, antihumanist pozisiyalı sosiologiyanın da diqqətini cəlb etməkdədir. Abidənin bu cür şərhinə daha qabarıq şəkildə ənyeni dövr alman fəlsəfəsində təsadüf olunur.
Artıq neçə illərdirki, rasist, nasist, millitarist, şovinist… partiya və qrupların, təşkilat və dərnəklərin “ideya fəlsəfi əsasını” təşkil edən bir kitab arasıkəsilmədən təbliğ olunmaqdadır. Yazıldığı ilk vaxtlarda diqqəti oqədərdə cəlb etməyən bu fəlsəfi əsər, simvolik poema, indi (təkcə indi yox, həmdə birneçə onillərdən bəri) minlərlə, milyonlarla adama yaxşı tanışdır. Bu kitab ilk dəfə 1883-84-cü illərdə Almaniyanın Leypsiq şəhərində çap olunmuşdur.
Adı bütövlükdə, belədir: “Zərdüşt belə deyirdi. hərkəs və heç kəs üçün kitab”, “Hamı və heç kim üçün” yazılmış həmin kitabın müəllifi Bazel universitetinin professoru FridrikVilhelm Nitsşeidi. Kitab ilk vaxtlar diqqəti oqədər cəlb etməsədə cəmi 20 il keçəndən sonra çoxlarının “əqidə, məslək və mübarizə silahına” çevrildi. Nitsşenin ondan əvvəl və sonra da bir sıra əsərləri çap olunmuşdur. Onun qələmindən çıxan kitabların əksəriyyəti, ocümlədən “Səhərşəfəqləri”, “Yunandövləti”, “Faciənin doğulması”, “Bəşəri, həddindən artıq bəşəri”, “Xeyr və şərin oüzündə”, “Şənelm”, “Əxlaqın mənşəyi”, “Antixrist” və s. yalnız dar səhədə çalışanlara məlumidi. Lakin filosofa ən çox şöhrət gətirən əsər öz ideyalarını Şərq müdriki Zərdüştün adıyla bağladığı traktatidi. Nitsşeninözübuşöhrətigörmədi. Lakinhəminəsərinacısınıdadanlarçoxoldu. BufaciəüçünNitsşegünahkaridimi? Birçoxlarıüçünfaşizminideya-nəzəriyaraqxanasınırövnəqləndirənqiymətli “fikirsilahlarından” biribuəsəridi. Yəqinki, bubaşabəlakitabınmilyonlarlaadamıayağaqaldırıbqəribəbirinstiktləinsanınqanınayeriklətdiyininşahidiolsaydı, Nitsşexəcalətçəkərdi.
Nitsşe həyatı, dünyanı dialektikcəsinə dərk edir: dünya əbədi hərəkətdədir. Lakin bu hərəkət qapalı dairə üzrədir, düz yox, əyri xətt boyuncadır; beləki, bəşəriyyət öz inkişafı prosesində yenə özünə qayıdır. “Özünə qayıtma” bu fəlsəfənin bütün mahiyyətini təşkil edir. Filosofa görə, gələcək keçmişin təkrarından başqa birşey deyildir. Nitsşe bu məntiqə şübhə edənlərə, deyilənlərin həqiqətdən uzaq olduğunu düşünənələrə gülür: nə olsun ki, əslində elə “hərcür həqiqət əyridir, çünki zaman özü dairəvidir”.
Qapalı dairə içində fırlanan tarix, dünya məqsədsiz, mənasız yerə vurnuxur. Nitsşe “minlərcə başı” bir-birinə bağlamaq üçün “vahid zəncirin” olmamasına təəssüf edir. Amma artıq elə bir vaxt gəlib yetişib ki, insanlar öz “məqsədsiz” həyatlarına son qoymalı, gələcəyin – mənalı bir ömrün ilk pillərinə inamla qədəm qoymalıdır. Yeni məqsəd “yeni insan” tələbedir. Bəs bu yeni insan kim olmalıdır? Şübhəsiz ki, yeni məqsədlərə qoşan kəs fövqəltəbii şəxsiyyətdir. Nitsşe onu elə belə də adlandırır: fövqəlbəşər. Lakin bəşərin fövqündə dayanan həmin adam yerdəyaşamalıdır. Nitsşe kimi realist filosof dinə inanan sadəlövhlərdən, dünyanın gedişatından əlüzən aspektlərdən deyildiki, arzuladığı insanı göylərdə axtarsın! Yeni insan-fövqəlbəşər elə torpağın üstündə gəzir. Lakin onu təzədən işləyib “yaratmaq” lazımdır. Bəs bu “yaradıcı-ixtiraçı” kimdir? İnsanın özü! Bu cür “seçmə” insanlar yalnız “seçmə” xalqlar ıninçində yetişə bilər. Bucür “seçilmiş” xalqlar isə özünün yer üzündə ağalığını müharibələr vasitəsilə təsdiqləyə bilər.
Nitsşe öz ideyalarının həqiqiliyini sübuta yetirmək üçün öz sələf və müasirlərindən daha çox, qədim Şərq fəlsəfəsinə, həmin fəlsəfənin böyük yaradıcısı Zərdüştə üz tutur. Lakin onun “isnad nöqtəsi” Zərdüştlük Nitsşe ideyaları ilə daban-dabanaziddir. Yerüzündə əmin-amanlığı hər şeydən üstün tutan “Avesta” müəllifi deyirdi: “Bütün dünyaya hər şeydən öncə sülh və dinclik diləyirəm”. Amma Nitsşenin yaratdığı “Zaratustra” (Zərdüşt) öz silah qardaşlarına üz tutaraq deyir: – “Dünyanı yeni müharibələr üçün birvasitə kimi sevin…
Siz deyirsinizki, xeyirxah məqsəd hətta müharibəni də nura qərq edir? Mənsə sizə deyirəm: hərbin səadəti hərcür məqsədi nurlandırır. Hərb və şücaət doğmalara bəslənən məhəbbətdən daha artıq nəhəng işlər görmüşdür…
Qiyam-qulun şücaətidir. Sizin hünərinizə itaət olunacaq! Sizin əmrinizin özü itaət olacaq! Yaxşı döyüşçü üçün “etməlisən” sözü “istəyirəm”dən daha gözəl səslənir. Və nəyi sevirsinizsə, hamısını əvvəlcə özünüzə əmr etməlisiniz… Beləliklə, özhəyatınızla itaəti və müharibəni yaşayın… Hansı döyüşçü istərki, ona rəhm etsinlər?!”
Faşizmin taunu gömüldü, digəlki, faşist hakimiyyətinin qanlı xarabalarını imsiləyən tör-töküntülər hələdə qalmaqdadır. Zərdüştə (və Nitsşeyə dəxli olmayanlar) öz başsız “mübarizəsini” davam etdirir. Nitşeni interpretasiya edənlər hələdə belə iddia ilə yaşayırlar ki, dünya “güclülərin, seçmələrindir”. Yalnız qalib millətin yaşamaq hüququ vardır. Hətta belələri Nitsşeyə istinad edərək bu “güclü millətin”, onun güclü döyüşçülərinin obraz-modelini yaratmağı da unutmamışlar. Bu kazarma-dövlət “güclü insanın” iradəsinə tabe olmalıdır.
Şərq müdriki Zərdüşt özünün uydurulmuş qəddar “prototipinə” qarşı çıxır. Daha do ğrusu, faşizm “Zaratustrası” Zərdüştün antitipi, antiobrazıdır. Zərdüşt Zaratustranı ittiham edir.
Zərdüşt fəlsəfəsində Xeyirlə Şərin mübarizəsi aparıcı qollardan birini təşkil edir. Hörmüz ilə Əhrimənin mübarizəsi, minillərdən bəri davam edən işıqla qaranlığın davasıdır. Zərdüşt üçün ən qiymətli varlıq insandır. O, insanı təbiətin övladı və dostu kimi qiymətləndirir. İnsan dünyaya nə üçün gəlir? Qədim nəsildaşımız bu suala hətta bu günün mütəffəkirlərinin qibtə edə biləcəyi lakonik və mənalı bir kəlmə ilə cavab verir: xoşbəxtlik üçün. Bəs xoşbəxtlik nədir? Zərdüşt xoşbəxtliyin, səadətin əsasını bir sıra amillərlə bağlayır ki, bu amillər də ovaxtkı (həmdə bugünkü) baxışlar üçün tamamilə məqbul sayıla bilər: sülh, bolluq, sevimli həyat yoldaşı, çoxlu övlad, sağlamlıq və uzun ömür.
Zərdüştə görə qanunun qorunması insanlığın qorunması deməkdir. Bunun üçün insandan üç başlıca keyfiyyət tələb olunur: xoşfikir, xoşsöz, xoşəməl. Yer üzündə həqiqətin bərqərar olması Zərdüştünən böyük idealıdır: “Ey tanrı, mən səni özümdə və özxalqımda haçan görəcəyəm?!”
Göründüyü kimi, Zərdüşt insanlığa dinclik və əmniyyət arzulayır. Bu arzular bəzən subyektiv səciyyə daşısa da çox zaman iri bir icmanın, böyük sosial təbəqənin fikrini ifadə edir. Lakin Zərdüşt düşmənlərə güzəştə getməyi arzulamır. O, yağıya qarşı sözlə və silahla amansız olmağı tövsiyə edir. Xüsusən “Avesta”nın II cildində toplanan qatlarda (bunlara bəzən “qata” da deyilir) sülh və müharibə, gələcəyə inam və şübhə barədə qiymətli mülahizələr söylənilmişdir. Elə həmin qatlarda Zərdüşt Hörmüzə müraciətən deyirki, ona kömək göstərsin – mənəvi silah kömək etməyəndə, maddi silah versin. Zərdüştün bütün qəzəbi Şərə qarşı yönəlib. Xeyir və Şər qatında (30-cu qat, Yasna) üz-üzə dayanan iki qüvvənin mahiyyətinə toxunulur, simvolik Şər obrazı – Xeyirə qarşı çevrilən ideyanın məğzi aşkarlanır.
İstər-istəməz belə bir sual yenədə meydana çıxır: bəs “Avesta”da Nitsşeni cəlb edən zəmin nədədir? Həmin sualın cavabı oqədər də mürəkkəb xarakter daşımır. Məlumdurki, “Avesta”nın tarixə qədəm atdığı dövr bəşər cəmiyyətinin sübhçağına təsadüf edir. Bu dövr də yaranan əsərdən dünya və insan haqqında bitkin elmifikir gözləmək doğru olmazdı. Deməli, Zərdüşt ideyaları bütün zamanlar üçün yox, müəyyən bir zaman kəsiyi üçün söylənilə bilərdi. Deməli, Zərdüşt nəsihətləri bütün bəşər nəsli üçün yox, bir şəcərə, nəsil, konkret bir sosial qrup üçün məqbul və gərəkli sayılabilərdi. Elə buradaca qeyd etməyivacib sayırıq ki, məhz həmin nöqteyi-nəzərdən çıxış edən bəzi tədqiqatçılar bu gündə “Avesta”da mürtəce fikirlər axtarırlar: guya Zərdüşt öz əsabələrini başqa qəbilə və qruplara qarşı mübarizəyə çağırırdı. Təbiiki, zərdüştlükdə dini baxışlar güclü idi və ona tabe olmayanlar cəzalandırılırdı. Lakin bu, odövr üçün təbii, qanunauyğun hal hesab olunmuşdur.
Zərdüşt öz mülahizələrini müəyyən qrupa üztutaraq bəyan edirdi. Bu fikirlərlə bütöv bəşəriyyətə xitab olunmasada, həmin fikirlər bəşəri mahiyyət kəsb edirdi. “Avesta”nın gücü də məhz bundadır.
Nitsşenin “Avesta”nı öz fəlsəfi ideyaları üçün geniş “plasdram” hesab etməsinin səbəblərindən biri də onun Şərq abidəsinin mübarizr uhu ilə “nəfəsalmağa” göstərdiyi cəhətdədir. Bəzən oxucu şərqli Zərdüştü, “avropalı” Zərdüştlə dəyişik salır, eyniləşdirir. Unutmaq olmazki, böyük alman filosofu Nitsşenin “öz Zərdüştü” mövcuddur və həmin əcdadından daha çox zahiri keyfiyyətlər əxz edib-onlarındaxili ziddiyyətləri isə kifayət qədərdir.
Minillərdirki, Xeyirlə Şər, hərblə sülh üz-üzə, göz-gözə yaşayır. Bəşər nəslinin inamı qətidir: dünya Xeyrə, sülhə, ədalətə təslim olacaq. Dünya-dünyanı, insanı sevənlərindir. Bu yolun oxuularından biridə Zərdüştdür – ulu, müdrik, şərqli Zərdüşt.