Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


AZƏRBAYCAN TARIXI
ən qədimdən
bizim eranın III əsri

_______________________________

Azərbaycan yer uzunun ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər. Bu irs muxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında oyrənilir. 
Maddi abidələrin oyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq ozundə bu abidələrin tukənməz "arxivi"ni - əmək alətləri, məişət və bəzək əşyaları, silah, məskən qalıqları, qəbirlər, qədim mədən və metaləritmə yerləri, həmcinin başqa şeylər saxlayır. 
Ona gorə də ayrı-ayrı elmlərin qovuşuğunda dayanan arxeologiyanın əhəmiyyəti son dərəcə boyukdur. Muxtəlif elmlərin numayəndələri, ilk novbədə, arxeoloq, tarixci və filoloq, fizik və kimyacı, etnoqraf və antropoloq, geoloq və paleontoloq, botanik, zooloq və başqaları oz biliklərini "arxeologiya mehrabı"na gətirirlər. 
Axtarış zamanı aşkara cıxarılan arxeoloji abidələr qədim dovrlərdən başlamış son orta əsrlərədək Azərbaycan tarixini daha əsaslı şəkildə və daha dərindən işıqlandırmaq imkanı verir. Şubhə yoxdur ki, azərbaycanşunaslığın bir cox muhum problemlərinin həlli birbaş arxeoloji axtarışlarla bağlıdır. 
Arxeologiya təkcə oyrənilən olkənin ilk sakinlərinin maddi və mənəvi mədəniyyət səviyyəsi haqqında muhakimə yurutməyə deyil, həm də məhsuldar quvvələr tarixi, sinfi cəmiyyətin yaranması və inkişafı, miqrasiya, etnogenez və bir cox başqa problemlərlə bağlı olan muhum məsələlərin bu və ya digər dərəcədə həll olunmasına imkan verir. 
Arxeologiya diyar tarixinin məkan ufuqlərini, onun cərcivələrini genişləndirmiş, bizim nəsil şəcərəmizin minilliklərin dərinliklərinə gedən koklərini izləməyə imkan vermişdir. 
Lakin təkcə arxeologiyanın ko məyi ilə sosioloji nəticələr cıxarmaq, yazılı qaynaqlar olmayan dovrlərin, o cumlədən ibtidai icma cəmiyyətinin, necə deyərlər, canlı tarixini vermək, xususən də ibtidai icma dovrundə sosial munasibətlərin, insanın mənəvi aləminin mənzərəsinin yaratmaq və s. qeyri-mumkundur. Maddi abidələri "canlandırmaq", onları izah etmək ucun əlavə məlumatlar, ilk novbədə, primatoloji muşahidələr, paleoantropoloji tədqiqatlar və əlbəttə ki, etnoqrafik materialların cəlb olunması zəruridir. 
Arxeoloji materiallar, şubhəsiz ki, etnoqrafik şərh tələb edir, əks halda bolgənin ibtidai icma cəmiyyəti tarixinin dolğun mənzərəsini bərpa etmək cətindir. 
Bizə məlum olan antropoloji material cox az olsa da, onun boyuk əhəmiyyəti var. 
Bolgənin qədim onomastikası (etnotoponimika və antroponimikası) ən qədim tarixi problemlər dairəsinin ayrı-ayrı tərəflərini başa duşmək ucun muəyyən informasiya verə bilər. Lakin bizdə bu istiqamətdə tədqiqatlar aparılmamışdır. 
Son zamanlar Azərbaycan ərazisində aşkara cıxarılmış və artıq elmi dovriyyəyə daxil edilmiş numizmatik materiallar da tariximizin oyrənilməsi ucun boyuk əhəmiyyətə malikdir. Onlar bolgənin iqtisadi inkişafı, siyasi tarixinin bəzi hadisələri, muəyyən dərəcədə həm də mədəni səviyyəsi haqqında muhakimə yurutməyə imkan verir. 
Yazılı qaynaqların da cox boyuk əhəmiyyəti var. Azərbaycan tarixi uzrə yazılı qaynaqları iki qrupa bolmək olar: sənədli və nəqli xarakterli qaynaqlar. 
Cənubi Azərbaycan və həmsərhəd ərazilərin tayfaları haqqında məlumatlar verən, ən, qədim qaynaqlar Şumer-Akkad mətnləridir. Şumer və qədim Akkad dillərində tərtib olunmuş butun bu kitabələr e.ə. III minilliyə və II minilliyin başlanğıcına aiddir. Bu mətnlərin meydana cıxması əsasən Şumer və Akkad carlarının Zaqros dağları zonasına yuruşlərinə, habelə kuti hakimlərinin Cənubi Beynənnəhreyndəki birəsrlik hokmranlığına borcludur. Ən ilkin, yazılı qaynaqlar sırasında lullubi hokmdarlarının bir necə qısa yerli kitabələrini də xatırlamaq lazımdır. 
Şumer-Akkad qaynaqları icərisindən kuti hakimlərinin siyahısını, Omina (əlamətlər, nişanələr) adlanan bəzi mətnləri, o cumlədən kuti və lullubilərin xatırlandıqları, Şumer hakimi Utuxeqalın Mesopotamiyadakı sonuncu kuti hokmdarı Tirikanla muharibəsinin təsviri verilmiş mətnləri, Zaqros bolgəsinə yuruşlər etmiş Şumer-Akkad hokmdarlarının kitabələrini və başqalarını sadalamaq lazımdır. 
E.ə. II minilliyin Elam və Aşşur qaynaqları cox kasıbdır və Zaqros zonası tayfaları haqqında, demək olar ki, hec bir məlumat vermir. Aşşur qaynaqları icərisində bizim ucun ən vacibləri II Adadnerari, II Tukulti-Ninurta, II Aşşurnasirapal, III Salmanasar, V Şamşi-Adad, III Adadnerari, III Tiqlatpalasar, II Sarqon, Sinaxxerib, Asarxaddon və Aşşurbanipalın kitabələridir. 
Aşşur carlarının kitabələrində coxsaylı yuruşlərin, Azərbaycan vilayətləri və qonşu vilayətlərdə məskunlaşmış tayfaların xarici, muəyyən dərəcədə isə daxili siyasi və iqtisadi həyatının gedişini izləməyə imkan verən təsvirlər verilmişdir. Onlarda, deyilənlərdən əlavə, dağlıq rayonların murəkkəb etnik-dil mənzərəsindən baş cıxarmağa komək edən xeyli onomastik material vardır. 
Aşşur qaynaqlarının Cənubi Azərbaycan vilayətləri haqqında məlumatları xeyli dərəcədə Urartu kitabələrində movcud olan məlumatlarla zənginləşir. 
Urmiyayanı hovzə vilayətlərinə Urartu mudaxiləsi haqqında e.ə. IX əsrin sonuna aid olan ən ilkin məlumatlarda Minua, I Arkişti, II Sarduri, II Argişti bu rayonlara oz yuruşləri barəsində xəbər verirlər.



QƏDİM AZƏRBAYCAN TARİXİ (ELEKTRON KİTABLAR)

 

Qafqaz Albaniyasının tarixinə dair suallar Albaniya tarixi (M.Kalankatuklu) Azərbaycan türklərinin təşəkkülü   tarixindən. Qafqaz Albaniyasının iqtisadi-ticarət və mədəniyyət əlaqələr.
Azərbaycan tarixi yeddi cilddə. I cild.. Azərbaycan Tarixinə dair     Mənbələr. Qədim, Qədim Albaniya. Azərbaycan tarixi üzrə qaynaqlar..
Qafqaz Albaniyasının(e.ə.III-b.e.VII) siyasi ve cografi tari. Qədim Qafqaz Albaniyası Azəbaycanlıların Etnogenizinə dair. Qafqaz Albaniyasının mədəniyyət və tarixi haqqda oçerk e.ə.
Qədim, qədim Azərbaycan
Qədim Türklər və ermənistan  

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center