Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player



Azərbaycan Silahlı Qüvvələrinin quruculuq tarixi: islahatlar və perspektivlər

20 illik yeni tarix ümidlər ortaya qoyur

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 93 il ötəcək. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq ölkədə çox böyük işlər görüldü. ADR hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

DAVAMI >>>
 

Erməni uşaq qatilləri AŞPA gündəmində

 

Avropa Şurasında 13 yaşlı azərbaycanlı qızın qətlə yetirilməsini pisləyən bəyanat qəbul edildi

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Millət vəkillərinin imzaladığı sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul olunub.  Assabmleyanın iclasında qurumun sədri tərəfindən elan olunan yazılı bəyanat təşkilatın rəsmi sənədi kimi Assambleyada yayılıb.

 

DAVAMI >>>
 

Din, məzhəb adı altında yaradılan ictimai problemlər

İrandakı hakimiyyət yalnız müxalif siyasi, milli düşüncəliləri izləmək, onları tutub, çeşidli işgəncələrə məruz qoymaqla deyil, vicdan azadılığını pozmaq, təhsil sistemində cinsi ayrı-seçkilik yaratmaq,qadınlara müxtəlif yasaqlar tətbiq etmək, insanların alternativ informasiya vasitələrindən yararlanmasını önləmək, məzhəbiniə görə ayrı-seçkilik qoymaqla da insan haqlarını tapdayır.
Noyabrın ortalarında isə BMT Baş Assambleyası İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib.

DAVAMI >>>
 

Daha uduzmayaq

Azərbaycan şərqşünaslarının bir araşdırması yadıma düşdü. Tədqiqatçı alim əlyazmaları araşdırarkən XIX əsrin ortalarına aid və Şimali Azərbaycanda yayılmış bir risaləyə rast gəlib. Risalənin müəllifi hansısa din xadimi idi. Onun adı da yadımda qalmayıb, necə ki, onun adı Rusiya imperiyası tərəfindən yenicə işğal edilmiş Şimali Azərbaycanın o dövrdəki mənbələrində də xatırlanmır.

Deməli, həmin o dini xadim öz risaləsində Osmanlı-Səfəvi, Osmanlı-Əfşar və daha sonra Osmanlı-Qacar müharibələrində Şimali Azərbaycan əhalisinin üzləşdiyi əziyyətləri, müsibətləri bir-bir sadalayır. Sonda öz dövrünün həmin dini xadimi, yəni ziyalısı belə bir yekun vurur ki, yalnız “əlahəzrət rus imperatorunun qanadı altına sığınmaqla Azərbaycan müsəlmanları” əmin-amanlığa qovuşdular. Risaləni şərh edən müasir tədqiqatçı soydaşımız  düzgün olaraq qeyd edir ki, bu risalə rus müstəmləkə idarəsinin sifarişi ilə yazılmışdı.

DAVAMI >>>
 

İranda hamıdan yaxşı ermənilər yaşayır

Onların 23 məktəbi, 30-dan artıq QHT-si fəaliyyət göstərir

Redaksiyadan. . Bu yazını son zamanlar İranın ali dini lideri, ayətullah Əli Xamineyinin Ərdəbildəki nümayəndəsi, sözügedən şəhərin imam-cüməsi Seyid Həsən Amilinin yaddaşını bir qədər təzələmək ümidi ilə sayta yerləşdirdik. Bəlkə adam faktların bu qədər açıq göründüyünü dərk edər.  Tanıtım üçün qeyd edək ki, Seyyid Həsən Amili Qarabağı ermənilər deyil yəhudilər işğal ediblər deyərək məsciddə bəyan edən ruhanidir.

DAVAMI >>>
 

İran "Nabukkonu" sevmir

Bu hakimiyyət qonşusuna həsəd aparmaqdadır

Tehran hakimiyyəti təmsilçiləri «sanksiyalar ölkə iqtisadiyyatına elə ciddi təsir etməyib» deyərək, özlərni tox tutmağa çalışsalar da İrandan verilən açıqlamalar bunun əksini təsdiqləməkdədir.«İSNA»-nın məlumatına görə, «Ekonomist» jurnalının sonuncu hesabatında xarici birbaşa sərmayələrin İslam Respublikasının iqtisadiyyatına gələcəkdə qoyulmasında azalmanın müşahidə olacağı proqnozlaşdırılıb.

DAVAMI >>>
 

İran savaşa hazırlıqda kimə güvənir?

30 milyonluq «bəsic»ə maliyyə vəsaiti çatmır

Təxminən 8 il öncə İraqın keçmiş prezidenti Səddam Hüseyn bəyan edirdi ki, ölkəsinə qarşı hərbi əməliyyatlar başlayacağı halda xarici qüvvələrə müqavimət göstərib, onları İraqdan qova biləcək «15 min xüsusi təlim görmüş qvardiyaçı»sı var.

Düzdür, İrana qarşı hələ ki hərbi əməliyyatların başlayacğı ilə bağlı qəti addımlar atılmasa da Tehran hakimiyyəti ehtimal olunan bu aksiyaya neçə illərdir hazırlaşır.

DAVAMI >>>
 

İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın göstərə biləcəyi güc-qüvvət fərqli olacaq

Ermənistanın kəşfiyyat general Karapetyanın açıqlamaları sırf yanlışlıqlar üzərində qurulub

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan erməni mətbuatına müsahibəsində bir sıra diqqətçəkən faktlar açıqlayıb. Peşəkar kəşfiyyatçılar üçün bu müsahibədə əslində qeyri-adi heç nə yoxdur. Amma bu “heç nə”nin özü kəşfiyyatçılar üçün dəyərli bir məlumatdır: bu açıqlaması ilə erməni ordusunun baş kəşfiyyatçısının düşüncə tərzi, hədəf və məqsədləri tam çılpaqlığı ilə ortaya qoyulub. Bu baxımdan sözsüz ki, bu açıqlama Azərbaycan tərəfi üçün, istər KİV, istər QHT, istərsə də güc strukturları üçün müəyyən qədər faydalıdır. Xüsusilə də onun kəşfiyyatçılığı erməni mentalitetinin xarakterik cəhəti kimi təqdim etməsini fərqli yozumlarda qəbul eləmək olar.

DAVAMI >>>
 

Azərbaycana elan edilməmiş müharibə

Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb.


Səfirə İran-Azərbaycan sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub. C. Axundov baş vermiş hadisədən təəssüfləndiyini bildirərək notanı Azərbaycan hakimiyyətinə çatdıracağını bildirib. 
Qeyd edək ki, oktyabrın 19-da saat 14.00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib.

DAVAMI >>>
 

İRAN, KARAİLAN VƏ YALAN...

İran PKK terror təşkilatının ikinci mühüm adamı Murad Karailanı tutsa da, sonra buraxıbmış. Türkiyə mətbuatı yazıb ki, bir qrup PKK-çı ilə Güney Azərbaycanın Urmiya şəhərinə (!) gətirilən Karailan terror təşkilatı ilə aparılan “alış-veriş”dən (?) sonra buraxılıb.

DAVAMI >>>
 


   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center