Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


ŞİRVANŞAHLAR DÖVLƏTİ VI ƏSR-IX ƏSRİN BİRİNCİ YARISINDA

Şirvanın tarixi-coğrafi xarakteristikası

___________________________________

Orta əsrlər erməni, ərəb və fars müəllifləri Xəzər dənizinin qərb sahilində, Kürdən şərqdə yerləşib, qədim Qafqaz Albaniyasının, yaxud erkən orta əsrlər Arranının bir hissəsi olan vilayəti Şərvan və ya Şirvan adlandırırdılar. Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında - Türkiyə Kürdüstanında, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir.1 Lakin bütün ərəb mənbələrində Şirvan adı ilə yanaşı Şərvan formasına da təsadüf edilir. Bunu gürcü salnamələri da təsdiq edir.2 Şirvan adının etimologiyasının müxtəlif yozumları (şirlər diyarı, süd ölkəsi, Ənuşirəvanın adının qısaldılmış forması və s.) məlumdur. Ən ağlabatanı Şirvan sözünün şir, yaxud şər tayfasının adından törəməsi ehtimalını irəli sürən V.F.Minorskinin fikridir. O, həmçinin yazır: "Şirvan adını Şərqi Qafqazın bir sıra yerlərinə Xəzərin cənub sahillərindən (Gilan, Deyləm)
köçüb gələnlərin köhnə məskənləri ilə bağlılığını göstərən adlar sırasına daxil etmək mümkündür".3 Orta əsrlərdə Şirvan vilayətinin sərhədləri istilalar nəticəsində ölkənin inzibati bölgüsünün dəyişməsi ilə tez-tez dəyişikliyə uğrayırdı. Müəyyən dövrlərdə Şirvanın bir hissəsi Atropatenanın tərkiibnə daxil olmuşdur.4 Bir çox hallarda onun sərhədləri Cənubi Dağıstanın şəhər və kəndlərinə qədər gedib çatırdı.

Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad Sasanilər dövründən məlumdur. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir.5 İbn Xordadbeh ilk Sasani şahənşahı Ərdəşirin (224-241-ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) titulunun adını çəkir.6 "Aşxaratsuys"da - "VII əsr erməni coğrafiyası"nda VII əsrin ikinci yarısında Albaniyanın mərzbanlar - Sasani canişinləri oturan 11 vilayəti arasında Bazkan (Balasakan), Dərbənd, Çola, Təvəspark (Təbərsəran), Şirvan (Şruan), Xoruan (Xsrvan Ehtimal ki, Xursan -S.A.) və başqaların adlarını sadalayır.

Bu vilayətlərin siyahısı, ehtimal ki,Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövrundə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkiibnə daxil idi. Şirvan ölkəsinin adı çəkilən ən qədim mənbə elə həmin "Erməni coğrafiyası"dır. Burada Şirvanın coğrafı mövqeyi verilmişdir: "Qafqaz dağları iki silsiləyə bölünür: biri düz istiqamətdə Şirvan ölkəsinə və Xsrvana tərəf ta Xorsvemədək gedib çıxır;8 ikincisindən isə şimala Atil çayına doğru axan Zərm* çayı başlanır. Bu silsilə sonra şimala doğru yönəlir... Əlgminon bataqlığına və dənizin içərilərinə qədər gedib çıxan və Əbzud Qubad adlanan uzun sədd onun davamıdır. Bu dənizin şimal tərəfində massagetlər (maskutlar - S.A.) yaşayır. Vardan düzündə Qafqaz sıra dağlarının gəlib çatdığı və Dəmirqapı Dərbənd divarının uzandığı Xəzər dənizinə qədər dənizin içində iri qala tikilmişdir. Şimal tərəfdə (Dərbənddən -S.A.) dənizin yaxınlığında hun məmləkəti yerləşir..."

Bu lokallaşdırmaya görə VII əsrin əvvəllərində Şirvan vilayətinin ərazisi Dərbənddən Qafqaz sıra dağları boyunca Xorsvemə, yəni Xursan qalasına, xurs tayfası ölkəsinin (indiki Xızı rayonu) sərhədlərinədək və ehtimal ki, Abşeron da daxil olmaqla Kür çayının mənsəibnədək uzanırdı. "Əlgminon bataqlığı və dənizə qədər" sözləri, görünür, Kür çayının geniş bataqlıq və qamışlıqla örtülmüş mənsəibnə və deltasına işarədir.10 Abşeron yarımadasından şimalda 400 58,30 şimal en dairəsində dağlar dəniz sahilinə qədər uzanır. Bilavasitə qum təpələrindən və 1,75 km enində sahil düzənliyindən sonra yamacları sıldırımlı, zirvəsi bir neçə şiş uclu qayadan ibarət Beşbarmaq adı ilə tanınan dağ ucalır. Zirvənin lap başında qaya uclarının arasında "Xızır zində" pirinin xarabalıqları qalır.



ORTA ƏSRLƏR TARİXİ (ELEKTRON KİTABLAR)

 

Ağqoyunlu və Səfəvi dövlətlərinin qərbi Avropa ilə münasibətləri Albaniya ölkəsinin müxtəsər tarixi (1702-1722) Azərbaycan Arxitekturası III-XIX əsrlərdə Azərbaycan Atabəylər dövləti az Azərbaycan Atabəylər dövləti.pdf Azərbaycan Etnoqrafiyası, II cild
Azərbaycan Səfəvilər dövləti Azərbaycan Tarixi III cildə, I cild. Azərbaycan tarixi yeddi cilddə. II cild. Azərbaycan və Ermənistan Feodal münasibətlərinin tarixi XVI Azərbaycan və Rus - Türk münasibətləri XVIII əsrin I rübündə Azərbaycan VII-IX əsrlərdə.
Azərbaycan-Rusiya münasibətləri XV-XVII əsrlərdə Erkən orta əsrlərdə ərəb mənbələri Türklər haqqında Erməni anonim xronikası 1722-1736 XVIII əsr rus və qərbi Avropa səyyahları təsvirində. Osmanlı -Səfəvi müharibəsi 1578-1590-cı illərdə XVIII əsrə dair Azərbaycan Tarixindən oçerklər
Naxçıvan Xanlığı Naxçıvan xanları rus imperiyasında Azərbaycan VII-IX əsrlərdə(az).pdf Azərbaycan memorial abidələri XII-XIX əsrlərdə Azərbaycanda pulların dövriyyəsi və qəpiklər (IX- XIV əsrlər) Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə dair materiallar
Qafqaz Albaniyası. Zeyzit məbədi Şəki üsyanları Şəki xanları və onların nəsilləri Şirvanşahlar dövləti Siyasətnamə Türkmənçay 1828 (rəsmi xronika)
Qədim və orta əsrlərdə Azərbaycanın görkəmli şəxsiyyətləri
Xəzərlərim kəşfi Oğuznamə    

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center