Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


Mikayıl Müşfiq

1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-türk məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.
1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.

Əsərlər: (yükləyin)
Əli Kərim

Əli Kərim 1931-ci il martın 22-də Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində üç il təhsil almışdır (1949-1951). Sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndərilmişdir. Buranı fərqlənmə diplomu ilə bitirmişdir (1951-1955).
Əmək fəaliyyətinə "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi kimi başlamışdır. Sonra ömrünün sonunadək poeziya şöbəsinə rəhbərlik etmişdir. Bədii yaradıcılığa 1948-ci ildən "Azərbaycan pioneri" qəzetində çap etdirdiyi "Təzə müəllim" şerilə başlamışdır. Sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI ümumdünya festivalında "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür. 1969-cu il iyunun 30-da Bakıda vəfat etmiş, Göyçayda dəfn olunmuşdur. Orada büstü qoyulmuşdur.

Əsərlər: (yükləyin)

Fərman Kərimzadə

1937-ci il martın 3-də Batı Azərbaycanın (indiki Ermənistanın) Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada alsa da, 1954-cь ildə orta məktəbi Azərbaycanın Beyləqan rayonunun Şahsevən kəndində bitirib. 1955-1960-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Azərbaycanın bir neзə rayonunda orta məktəb müəllimi işləyib.
1965-1967-ci illərdə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərində ədəbi işçi, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü, "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri olub. 1980-1981-ci illərdə Şüvəlan yaradıcılıq evinin direktoru işləyib.
Bir çox əsərlərin müəllifi olan Fərman Kərimzadə "Qarlı aşırım", "Xudafərin körpüsü", "Çaldıran döyüşü" kimi tarixi romanları ilə tanınır.

Əsəri: Xudafərin körpüsü

Anar Rəsul oğlu Rzayev (Anar)

Yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin sədri, Birinci (1995) və İkinci (2000) çağırışda Azərbaycan Republikası Milli Məclisinin deputatı. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakı-da vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.

Əsərləri:

Dantenin yubileyi | Gürcü familiyası | Qırmızı limuzin | Mən, sən, o və telefon | Muhakkak görüşürüz | Vahimə | Yaxşı padşahın nağılı


Elçin Əfəndiyev

13 may 1943-çü ildə, Bakı şəhərində, XX əsr Azərbayçan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə çavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı baçarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım..." İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub.Azərbaycan Ali Sovetinin deputatı olub.Hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür.

Əsərləri: 1 cild | 2 cild 3 cild | 4 cild | 5 cild | 6 cild | 7 cild | 8 cild | 9 cild

Məmməd Araz
1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra «Ulduz» jurnalının məsul katibi, «Ədəbiyyat və incəsənət» qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
2004-ci ilin dekabrında Bakıda vəfat edib və fəxri xiyabanda dəfn olunub.

Əsərləri1 cild 2 cild
Vahabzadə Bəxtiyar Mahmud oğlu (1925 - 13 fevral, 2009)
Şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000). Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.

Əsərləri: Cild 1 | Cild 2
Abbas Səhhət
1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya dönən Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra "realnıy məktəbdə" azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman, erməni şair və yazıçılarının əsərləri ilə tanış edir.

Əsərləri
Cəfər Cabbarlı

Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli klassiklərindən biridir. О, Mirzə Fətəli Axundzadə ilə başlanan milli dramaturgiyanın sadəcə davamçısı, varisi оlmamış, eyni zamanda оnu inkişaf etdirib zənginləşdirərək yeni mərhələyə yüksəltmişdir.
Qüdrətli sənətkar fikir tariximizdə həm də şair kimi tanınır. Cümhuriyyət dövründə milli vətənpərvərlik ruhunda şeirlər yazan Cabbarlının lirik parçalarına bir çоx gözəl mahnılar da bəstələnmişdir. Bir şair оlaraq Cəfər Cabbarlı yaradıcılığı üçün daha çоx lirik-rоmantik və satirik şeirlər səciyyəvidir. “Əsərləri”nin təqdim оlunan cildində böyük söz ustasının şeirləri, əfsanəvi mоtivlər əsasında qələmə aldığı “Qız qalası” pоeması, eləcə də hekayələri tоplanmışdır. Bu əsərlərin bir qismi sənətkarın çоxcildliyinə ilk dəfə daxil edilir.

Əsərləri (4 cilddə)
Hüseyn Cavid

Çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf еtdirən, zənginləşdirən qüdrətli söz ustası Hüsеyn Cavid öz aradıcılığı ilə, dərin hikmətli və fəlsəfi poеziyası, təkrarsız dramaturji əsərləri ilə Azərbaycanda milli şüurun intibahına xidmət göstərmişdir. 1937-ci il rеprеssiyalarının qurbanı olmuş böyük mütəfəkkirin, anadan lmasının 100 illiyi ilə bağlı hazırlıqların gеtdiyi dövrdə, Hеydər Əliyеvin şəxsi təşəbbüsü ilə məzarının Sibirdə tapılıb nəşinin Azərbaycana
gətirilməsi, təsadüfi dеyil ki, bir çox dünya tarixçiləri tərəfindən ölkədəki müstəqillik arzularının və milli-azadlıq hərəkatının başlanğıc nöqtəsi kimi səciyyələndirilmişdir. Müqtədir sənətkarın yaradıcılığındakı romantik coşqunluq ilk öncə türk millətinin
sabahına olan sonsuz inamdan qidalanırdı. Sənətkarın “Əsərləri”nin I cildinə “Kеçmiş günlər” (Tiflis, 1913), “Bahar şəbnəmləri” (Bakı, 1917) şеirlər silsiləsi və “Azər” (1920-1937) poеması daxil еdilmişdir. Bütün yaradıcılığı insanda, təbiətdə və dünyada gözəllik axtarışlarından ibarət olan mütəfəkkir şair bu şеirlərində gözəlliyin pozulan qaydalarını nizama salmaqla məşğuldur. Odur ki, söz sənətinin bu böyük rəssamını yalnız gеniş fəlsəfi mənada gözəlliyi axtara-axtara və gözəlliyə salınan işığın izi ilə axıracan başa düşmək olar.

Əsərləri: 1 cild | 2 cild | 3 cild 4 cild

 
Mirzə Fətəli Axundov

Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə) (1812 Şəki - 1878 Tbilisi) - Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir.
1814-cü ildə atası Mirzə Məhəmmədtağı və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüş, 13 yaşınadək İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdir, 1825-ci ildə anası ilə Şəki*yə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir, bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Əsərləri: 1 cild | 2 cild | 3 cild
Nəcəf bəy Vəzirov
1854–cü il aprel ayının 2-də Azərbaycanın səfalı guşələrindən biri olan Şuşa şəhərində anadan olmuşdur. Özünün yazdığına görə, Nəcəf bəy yalnız on iki yaşında olanda məktəbə gedə bilmiş, tez bir zamanda oxuyub – yazmağı öyrənmişdir. Vəzirov ilk təhsilini dini məktəbdə almışdı. Burada müəllimin amansız rəftarı, uşaqları yerli–yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. N.Vəzirov 1868-ci ildə doğma Şuşadan ayrılıb Bakıya gəlir.O, burada imtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olur. Gimnaziyanın sonuncu sinifində oxuyarkən artıq Nəcəf əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. 1926–cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda getmiş və iyul ayının 9–da orada ürək partlamasından vəfat etmişdir. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 12–də dəfn olunmuşdur.

Əsərləri
Süleyman Sani Axundov
Şuşada bəy ailəsində dünyaya gəlib və 1894-cü ildə Qori Müəllimlər Seminariyasını bitirib. Ömrünün axırınadək tədris və jurnalistika ilə məşğul olub. O, 1906-cı ildə işıq üzü görən və "İkinci il" adlanan Azərbaycan dili dərsliyinin müəllifidir. Sovet İttifaqının yaranmasından sonra qısa müddət ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin təhsil naziri vəzifəzində çalışıb. İlk bədii əsərini - "Tamahkar"ı 1899-cu ildə qələmə alıb. 1912–1913-cü illərdə Süleyman Sani Axundov beş hissədən ibarət "Qorxulu nağıllar" kitabını yazıb. Kasıbçılıqdan və haqsızlıqlardan bəhs etdiyinə görə bu nağıllar Sovet zamanı uşaq ədəbiyyatı aləmində böyük şöhrət qazanıb. 1920-ci ildən sonra yazılan əsərlərdə, Axundov qəddarlığı, köhnə mühafizəkar ənənələri və geriliyi tənqid atəşinə tutmağa davam edib.
S.S.Axundov 1939-cu ildə Bakıda vəfat edib.

Əsərləri
 
Qəzənfər Paşayev
Paşayev Qəzənfər Məhəmməd oğlu 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düzqıraqlı kəndində anadan olmuşdur.
Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. 
Filologiya elmləri doktoru (1993). Prof. (1995). Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsini bitirmişdir (1962). İraqda tərcüməçi işləmiş (1962-1966; 1972-1975), burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olmuşdur. “Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969), “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ) fəaliyyət göstərmiş, institututun ingilis dili fakültəsində dosent, dekan müavini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır.

Azərba ycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005),eyni zamanda 2003-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir.

Əsərləri

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center