Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




Onların 23 məktəbi, 30-dan artıq QHT-si fəaliyyət göstərir

Redaksiyadan. . Bu yazını son zamanlar İranın ali dini lideri, ayətullah Əli Xamineyinin Ərdəbildəki nümayəndəsi, sözügedən şəhərin imam-cüməsi Seyid Həsən Amilinin yaddaşını bir qədər təzələmək ümidi ilə sayta yerləşdirdik. Bəlkə adam faktların bu qədər açıq göründüyünü dərk edər.  Tanıtım üçün qeyd edək ki, Seyyid Həsən Amili Qarabağı ermənilər deyil yəhudilər işğal ediblər deyərək məsciddə bəyan edən ruhanidir.

Rus inqilabçılarından birinin «Rusiyada kim yaxşı yaşayır?» adlı bir əsəri var. Müəllif orda çar Rusiyasının mövcud durumunu təhlil edərək, haqqı tapdanan insanların vəziyyətini təsvir edib.

Oxşar məsələni İran İslam Respublikasına da şamil etmək olar - «İran İslam Respublikasında hansı etnik qrupp daha yaxşı himayə edilir?». Bu sualın bir mənalı cavab belədir  - «ermənilər». Onların İranda haqlarının qorunması Tehran rəsmiləri tərəfindən dəfələrlə etiraf edilib. Elə ermənilər də oradakı yaşayışlarının yaxış olduğunu bildiriblər. «NEWS.am»-ın məlumatına görə, İslam Respublikası İslam Mədəniyyəti və İrşad Nazirliyinin mətbuat idarəinin başçısı Məhəmmədcavad Ağacari bu agentliyə müsahibəsində deyib ki, İranda yaşayan ermənilər azaddır və bir çox haqları təmin olunub. O, qeyd edib ki, ölkənin Ana Yasasına əsasən, ermənilər ölkə parlamentində yerlə təmin olunub:«Bu onların İranda rahat yaşadıqlarını təsidqləyən dəlillərdəndir».İranın ticarət maraqlarının təmin olunmasında ermənilərin tutuduğu yerdən danışan nazirlik təmsilçisi bunları söyləyib:«Ölkənizə qayıdandan sonra siz İran haqqında məqalə yazacaqsınız.Bununla da İslam Respublikasını öz həmvətənlərinizə təqdim edəcəksiniz. Burada başlıca məqsəd məsələnin mədəni aspektidir.Əməkdaşlıq isə tədricən inkişaf edəcək İran haqqında aldığınız məlumatlar ölkəmizin şirkətləri və zavodları ilə əməkdaşlıq etmək istəyən tacirlərə yardım edəcək. Mən əminəm ki, iqtisadi sahədə biz əlaqələrimizi inkişaf etdərə bilərik».

Ermənilər İslam Respublikasında azad yaşayıb, haqları təmin olunsa da, bunu İslam Respublikasının əsl vətəndaşları, Güney Azərbaycan türkləri haqqında demək olmaz.

Türklərin haqqı,o cümlədən mədəni hüquqları öz dövlətlərində hər addım başı tapdanır.

Elə Məhəmmədcavad Ağacari ermənilərin haqqının qorunduğun söylədiyi gün Təbrizdəki kafelərlərdən birində keçirilən ad günü mərasimində iştirak edən 31 azərbaycanlı gənc işgəncəyə məruz qalıb. İranın polis əməkdaşları ötən ayın sonunda axşam saatlarında Təbrizin «Azərbaycan dördyolu» adlanan ərazisindəki kafelərin birində Azərbaycan musiqisinin sədaları altında keçirilən ad günü mərasiminə hücum çəkib. Polislər 31 nəfər qız və oğlanı döyüb təhqir etdikdən sonra onları Təbrizin Saib küçəsindəki polis bölməsinə aparıblar.

Burada azərbaycanlı gənclərin gözlərini bağlayan polislər onları saatlarla soyuq havada bölmənin həyətində saxlayıb, gənclərə fiziki və mənvi işgəncə veriblər. Azərbaycanlıların hər birini ayrıca şəkildə videoya çəkdikdən sonra polislər gecə saatlarında onları mülk girovu qarşılığında sərbəst buraxıblar.

İranın çoxmillətli dövlət olması ölkə rəsmiləri tərəfindəndə etiraf edilməkdədir.

Məlumatlara əsasən İslam Respublikasının əhalisi 78 milyondan çoxdur. Əhalinin yarısı, 35 milyonu Azərbaycan türküdür. Ölkədə 100 minə qədər erməni yaşayır. Ana dilində təhsil istəyən Azərbaycan türklərini Tehran hakimiyyəti «pantürkçülük»də və başqa bu sayaq qondarma itthamlarla  suçlayıb, həbs edir. Bu azmış kimi zindanda onları işgəncəyə məruz qoyur.

Dünya müsəlmanları Müqəddəs Qurban Bayramının qeyd etdikləri günlərdə İranın xarici İşlər naziri Ələkbər Salehi Ermənistana səfər edib.

İslam Respublikası və Ermənistan informasiya vasitələrinin yaydığı məlumata əsasən, iranlı diplomat erməni rəsmiləri ilə göürşlər keçirib.

Ermənistan prezidenti Serj Sarqsyan görüşdə deyib:«Mən çox şadam ki, iki ölkə arasında münasibət çox yüksək səviyyədədir. Günü-gündən ortaq proqramların sayı, mədəni sahədəki mübadilədə fəallıq artmaqdadır.

Erməni başçısı İslam Respublikası ilə Ermənistan arasındakı mövcud iqtisadi əməkdaşlığın inkişaf səviyyəsindədən də razı qaldığını bəyan edib:«İki dövlət rəsmilərinin səfərləri bu əlaqələrin sıx olmasına sübutdur».

Ə.Salehi isə öz növbəsində qeyd edib:«Dost ölkə kimi Ermənistanla əlaqələrin inkişafına İran həmişə sadiq qalacaq».

Görüş çərçivəsində tərəflər energetika, nəqliyyat, rabitə, turizm və başqa sahələr üzrə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Ə.Salehi erməni həmkarı Edvard Nalbandyanla görüşdə İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Yerevana gözlənilən səfərini detallarından danışıblar. Xatırladaq ki, cari ilin  sonunadək İslam Respublikası hökumət başçısının Yerevana gedəcəyi gözlənilir.

İran prezidenti aparatının təmsilçisi Məhəmmədrza Fərqani bir müddət öncə  bildirmişdi ki, səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı əlaqə, bölgədəki vəziyyətə dair məsələlərə müzakirə ediləcək.İqtisadi sahəyə dair bir sıra sənədlərin imzalancağı da gözlənilir.

Xatırladaq ki, bu il iyunun 6-da o, Yerevana səfər etməli idi. Ancaq bu ziyarət səbəbi rəsmilər tərəfindən açıqlanmadan təxirə salındı. «İRNA» agentliyi İran Prezidenti Administrasiyasının açıqlamasına istinadla Əhmədinejadın Ermənistana səfərinin təxirə salınmasının səbəbini Ermənistan tərəfinin imzalanacaq sənədləri hazırlamaması ilə əlaqədar olduğunu iddia etdi.

İslam Respublikasının diplomatı Ermənistan məclisinin başçısı Ovik Abramyanla görüşündə İran parlamentinin sədri Əli Laricaninin salamlarını ona çatdırıb.

Ə.Salehi Ermənistanın enerji naziri Armen Movsesiyanın da qəbulunda olub. Tərəflər iki ölkə arasında tarixi əlaqələrdən danışdıqdan sonra enerjidaşıyıcıları sahəsində həyata keçirdikləri ortaq laiyhələrdən söz açıblar. Hər iki nazir bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Tehran milli haqlarının təmin ilə bağlı  Azərbaycan türklərinin irəli sürdüyü tələblərə məhəl qoymadan, onlara sayğı göstərmədən Təbrizdə fars dili və ədəbiyyatına dair konfrans keçirir. Bu, İslam Respublikası rəhbərlyinin həm də saxta islamçılığını üzə çıxarır .

Bir müddət öncə «Azadlıq» radiosunun Güney Azərbaycandakı müxbiri Tehran ermənilərinin İran parlamentindəki nümayəndəsi Georg Vartanla müsahibə götürüb.

Xatırladaq ki, İran Ana yasasının 64-cü maddəsinə uyğun olaraq, İranın Cənub və Şimalında yaşayan erməni xaçpərəstləri iki depuptatla təmsil olunurlar.

G.Vartan deyib ki, İranda yaşayan ermənilər uşaq bağçasından, universitetədək ermənidilində təhsil alır və universitetdə «erməni dili» fakültəsində təhsilini davam etdirə bilirlər. İran Ana  yasasının 15 və 19-cu maddələrinə əsasən İrandakı bütün etnik qruplar anadilində təhsil ala bilər, «İran ermənilərinin bunula bağlı vətəndaş haqları təmin olunurumu»-sualın cavablandıran, erməni deputat deyib ki, bu baxımdan onların heç bir problemi yoxdur : «Parlamentdə iki nümayəndə ilə təmsil olunuruq. Özümüzə məxsus məktəblərimiz var. Məsələn Tehranda sırf ermənilər üçün 23 məktəbimiz, ermənilərin yaşadığı bütün bölgələrdə kilsələrimiz fəaliyyət göstərir. Öz mədəniyyətimiz və adət –ənələrimizi sərbəst şəkildə həyata keçiririk. Ümumiyyətlə, insan haqları və vətəndaş hüquqları baxımından problemimiz yoxdur. Bizim övladlarımız uşaq bağçasından universitetədək erməni dilində təhsil alır.Məktəblərdə uşaqlarımız erməni ədəbiyyat, tarixi ilə tanış olur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirirlər».

Tarixdən söz düşmüş. İrandakı ermənilərə də Ermənistandakı tarix dərsliyi tədris olunur. Həmin kitablarda ermənilərin Azərbaycana torpaq iddiası öz əksini tapıb. Azərbaycan türklərinin milli varlığını inkar edən Tehran hakimiyyəti İslam Respublikasında yaşanya ermənilərə Ermənistanda yazılan qondarma tarixin öyrədilməsinə hər cür şərait yaradılarlar.

«İranda nə qədərə erməni var və əsasən hansı şəhərlərdə yaşayırlar»-soruşan jurnalistə erməni depupatat bunları söyləyib : «Sonuncu statistikaya əsasən, İranda 100 mindən çox erməni yaşayır. Əsasən, Tehran, Şahinşəhr, Kirman, Təbriz, Urmiya və başqa şəhərlərdə məskunlaşıblar».

Təhsildən başqa sosial imkanlarından danışmış G.Vartan demişdi: «Hazırda «Ararat» adına İranın ən böyük idman komplekslərindən biri ermənilərə məxsusdur. Bundan əlavə Tehranda 30 assosiasiya, təşkilat və başqa ictimai birliklərimiz fəaliyyət göstərir. Biz hər il 24 apreldə (qondarma soyqırımı nəzərdər tutur-S.S.) Tehran və İsfahanda hakimiyyətin rəsmi icazə ilə aksiyalar keçiririk. Əlbəttə, son iki ildə hakimiyyət aprelin 24-də Tehranda aksiya keçirməyə icazə vermir, ancaq İsfahanda bunun üçün icazə verilir. Hər halda biz Tehranda bu gunlə bağlı xüsusi tədbirlər keçiririk».

İran-Ermənistan  münasibətlərini dəyərləndirən erməni deputatın sözlərinə görə, SSRİ dağıldıqdan sonra bu əlaqələr qurulub və sürətlə inkişaf edib : «İqtisadi, təhlükəsizlik və siyasi baxımdan ölkələrarası münasibətlər getdikcə genişlənir və mədəni sahədə isə yalnız bunu deyə bilərəm ki, hazırda 2500 iranlı tələbə Yerevanda təhsil alır».

Qeyd edək ki, İrana səfər edən Ermənistan rəsmiləri oaradakı erməni icması ilə sərbəst şəkildə görüşür, onlara hədəfləri barədə açıqlama verirlər.

Ermənistan prezidenti Serj Sarqsiyan Tehrana hərə səfərində oradakı  erməni icmasının nümayəndələri ilə görüşlər keçirir. Həmin görüşlərdən biri də ermənilərə məxsus «Ararat» mədəni-idman kompleksində gerçəkləşdirilmişdi.

Ermənitsan prezidenti İranla ölkəsi arasında dostluğa toxunaraq, İslam Respublikasının ölkəsi üçün «etibarlı qonşu» olduğunu dəfələrlə təsdiqlədiyini deyib. Ermənistan-Türkiyə münasibətindən danışan erməni lideri bildirmişdi ki, ölkələrarası əlaqələrin yaxşılaması «soyqırım»ı şübəhə altına qoymamalıdır və bu məsələdə «heç bir şərti biz qəbul edə bilmərik».

Beləliklə, ana dilində bir ibtidai sinfi olmayan 35 milyonluq Azərbaycan türkü Tehran hakimiyyətinin yadına yalnız çeşidli siyasi kampaniyalarda və «Vətən İran uğrunda» ölmək lazım olanda yada düşür. Əhmədinijatın prezident seçkisi qabağı kampaniya zamanı yerlərdlki universitetlərdə Azərbaycan türkcəsində fakültətiv dərslərin keçirilə biləcyi haqda verdiyi vədlər hara, 100 minlik erməninin milli-mədəni haqlarının təmin olunması hara?

 

S.Sədi

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center