Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




Bu hakimiyyət qonşusuna həsəd aparmaqdadır

Tehran hakimiyyəti təmsilçiləri «sanksiyalar ölkə iqtisadiyyatına elə ciddi təsir etməyib» deyərək, özlərni tox tutmağa çalışsalar da İrandan verilən açıqlamalar bunun əksini təsdiqləməkdədir.«İSNA»-nın məlumatına görə, «Ekonomist» jurnalının sonuncu hesabatında xarici birbaşa sərmayələrin İslam Respublikasının iqtisadiyyatına gələcəkdə qoyulmasında azalmanın müşahidə olacağı proqnozlaşdırılıb.

Mənbə bildirib ki, keçən il İran iqtisadiyyatına xarici birbaşa sərmayə  bir milyard 690 milyon təşkil edirdisə, cari il bu 490 milyon dollar azalaraq, bir milyard 200 milyon dollar olub.Jurnalın qənaətincə, yaxın illərdə belə sərmayələrin həcmində qalxınma və enmələr də müşahidə ediləcək.

 

Dağ-mədən sənayesinin çağdaşlaşdırılması və inkişafı təşkilatının başçısı Xudamurad Əhmədi bildirib ki, başçılıq etdiyi sahədə 2025-ci ilə üçün nəzərdə tutulan proqramı gerçəkləşdirməkdən ötrü 45 milyard dollarlıq sərmayəyə ehtiyac var. İranın sənaye, mədən və ticarət naziri Mehdi Qəzənfəri deyib ki, ölkədə 80 mindən artıq mədən – filizi sənayesi obyekti  mövcuddur və onlardan 18 minində işlər yarımçıq qalıb. Onun sözlərinə görə indiki şəraitdə əsas hədəfləri 80 faiz işlər görülümüş layihələri başa çatdırmaq niyyətindədirlər, bundan sonra o biri yarımçıq obyektlərdə tamalama işlərinə başlayacaqlar. Əslində ölkədə layihələrin başa çatdırılmamasının başlıca səbəbi sərmayə azlığıdır. O da sirr deyil ki, İran təbii sərvətlərlə zəngindir. Ancaq hakimiyyətin yürütdüyü daxili və xarici siyasət bu yöndəki sənaye sahələrinin inkişafına probelmlər yaratmaqdadır. Ölkənin Cənub rayonları üzrə geologiya və geoloji-kəşfiyyat təşkilatının direktoru Yusifi deyib ki, Fars əyalətinin Lemord bölgəsində dolomit yataqları aşkarlanıb. İslam Respublikası mis sənayesi şirkətinin baş direktoru Ərdəşir Səəd Məhəmmədi jurnalistlərə açıqlamasında bildirib ki, ötən il aparılmış araşdırmalara əsasən 3,5 milyon ton ehtiyatı olan yeni mis yatağı aşkarlanıb. Onun sözlərinə görə, bununla da ölkədə bu əlvan metalın ehtiyatı həcmi 18 milyon tona çatıb. O, əlavə edib ki, bu ilin oktyabr-noyabrında Kirman əyalətində «Nouçun», «Sərkuh», İsfahandakı «Kaxnak», Yəzddəki «Dərre-Zərəşk», Şərqi Azərbaycandakı «Həfte-Çeşmə» (əsl adı «Yeddi bulaq») yataqları sitismara veriləcək.

Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərlə zəngin olması  heç kimə sirr deyil. Bu onun güclü iqtisadi potensiala malik olduğunun da göstəricilərindəndir. Belə sərvətlərin yerləşdiyi yerlərdən biri də Süngündür. Ora mislə zəngindir. İran dövlət mədən və hasilat sənayesinin inkişafı komitəsinin məlumatına əsasən, İran 2011-ci il martın 20-dək Süngün mədənində hasil edilən 29 faizli misin miqdarı 142 min tona  çatdırılıb. Ötən ilin 7 ayı (mart-sentyabr) ərzində bu dağ-mədən kompleksindən əldə edilən misin miqdarı 2009-cu ilin uyğun dövrü ilə müqayiəsdə 14 faiz artaraq, 84,7 min ton təşkil edib.Həmin müddətdə Süngün mis kompleksindən hasil olunan mineralların da həcmi keçən ilin uyğun dövrü ilə müqayisədə 21 faiz artaraq, 20,936 milyon ton olub. Süngün dağ- mədən zənginləşdirmə kompleksi Məzrəh yatağından və «Süngün»   zənginləşdirmə fabrikindən ibarətdir. Bu müəssisə və yataq Şərqi Azərbaycan  əyalətində yerləşərək, İran Misi Şirkəti tərəfindən idarə olunur. 2007-ci ildə Süngün yatağında 1,7 milyard ton filiz ehtiyatının 0,61 faizinin mis olduğu bildirlirdi. Hazırda bunun 384 milyon tonu, habelə həmin filizin 0,67 faizinin mis təşkil etdiyi təsdiqlənib.

Tehran hakimiyyəti ölkə Ana yasasının 48-ci maddəsini pozmaqdadırHəmin müddəada deyilir: «Əyalətlər səviyyəsində təbii ehtiyatlardan faydalanmaq  milli gəlirdən istifadə etmək məsələsindəhəmçinin iqtisadi fəaliyyətin ölkənin müxtəlif məntəqə  əyalətləri arasındabölgüsündə heç bir ayrı-seçkiliyə yol verilmirhər bir məntəqə öz ehtiyaclarınainkişafqabiliyyətinə uyğun olaraqlazımi imkan  kapital əldə edə bilməlidir».

Güney Azərbayacanın sərvətlərini talayıb, birbaşa xarici sərmayə çatışmazlığından bu mədən-sənayesindəki layihələri gerçəkləşdirə bilməyən İran hakimiyyəti Azərbaycan Respublikasına əngəl yaratmağa səy göstərir.

İran qaz-ixracatı şirkətinin direktoru Hüseyn Bidarməğz  «NABUCCO» qaz-kəmərini «ölü layihə» adlandırıb. «Tehran Times»-ın məlumatına görə, direktor deyib ki, Türkmənistanın təbii qazını İrandan quru yolla Avropaya çatdırmağa hazırdır. «Bu marşrut başqa layihələrdən, özəlliklə «Transxəzər» qaz-kəmərindən daha qənaətcildir».  Xatırladaq ki, ötən ay İran tərəfi, Avropa Birliyinin gerçəkləşdrmək istədiyi Transxəzər qaz kəməri layihəsinə Rusiyanın neqativ münasibətini dəstəklədiyini bəyan etmişdi. Həmin layihəyə əsasən, nəzərdə tutulan qaz kəməri Türkmənistanın «mavi yanacığının» Xəzərin dibi ilə Azərbaycan Respublikasından keçərək, Avropaya çatdırılacaq. Bu layihəyə Qazaxıstan və Türkmənistan razılıq verib. Məlum olduğu kimi Qərb özünün enerrji daşıyıcılarına olan ehtiyaçının İran hakimiyyəti və Rusiydan asılı olmamasına çalışır. Buna görədə onlar çox xətliliyə üstünlük verir. Onların bu strategiyasına isə Tehran və Moskva əngəl törətməyə cəhd göstərir. Bakı-Tblisi-Ceyhan əsas neft –ixrac kəmərinin tikintisində də belə olmuşdu.

Odur ki, ölkəsində sərmayə çatışmazlığından obekytlərinin tikintisi yarımçıq qalan İranın davranışını belə adlandırmaq olar: «Qonşu yaxşı olsa, bağ çəpəri neynəyər».

S. Soltan

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center