Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




Ermənistanın kəşfiyyat general Karapetyanın açıqlamaları sırf yanlışlıqlar üzərində qurulub

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan erməni mətbuatına müsahibəsində bir sıra diqqətçəkən faktlar açıqlayıb. Peşəkar kəşfiyyatçılar üçün bu müsahibədə əslində qeyri-adi heç nə yoxdur. Amma bu “heç nə”nin özü kəşfiyyatçılar üçün dəyərli bir məlumatdır: bu açıqlaması ilə erməni ordusunun baş kəşfiyyatçısının düşüncə tərzi, hədəf və məqsədləri tam çılpaqlığı ilə ortaya qoyulub. Bu baxımdan sözsüz ki, bu açıqlama Azərbaycan tərəfi üçün, istər KİV, istər QHT, istərsə də güc strukturları üçün müəyyən qədər faydalıdır. Xüsusilə də onun kəşfiyyatçılığı erməni mentalitetinin xarakterik cəhəti kimi təqdim etməsini fərqli yozumlarda qəbul eləmək olar.

Karapetyanın açıqlamaları sırf yanlışlıqlar üzərində qurulub. Diqqətimizi aşağıdakılar çəkdi:

birincisi, Karapetyan qeyd edir ki, Qarabağ müharibəsindəki qələbə erməni kəşfiyyatının Azərbaycan kəşfiyyatı üzərində qələbəsi ilə şərtlənirdi. “Çünki müvafiq məlumatlar olmadan taktikadan, hazırlanmış əməliyyatllardan və düzgün qərarlardan danışmaq olmazdı”, - deyə o bildirib.

Karapetyanın bu fikri kökündən yanlışdır. Ona görə ki, Dağlıq Qarabağ müharibəsində həlledici qələbəni Rusiya hərbi-siyasi dairələrinin Ermənistana ciddi dəstəyi təmin etmişdi. Bu dəstək içərisində rus kəşfiyyatçılarının oynadığı rolu nəzərə almamaq olmaz. Rusiya kəşfiyyat strukturları Azərbaycan hərbi birləşmələrinin bir çox əməliyyatları barədə məlumatları əldə edərək erməni ordusuna çatdırmasaydılar, müharibənin nəticələri bəlkə də başqa cür ola bilərdi. Beləliklə, Qarabağ münaqişəsində erməni kəşfiyyatının hər hansı üstün rolundan danışmaq mümkün deyil.

ikincisi, Karapetyan qeyd edir ki, Qarabağ döyüşləri zamanı Azərbaycan tərəfi bir nəfər də olsun erməni kəşfiyyatçısını saxlaya bilməyib. Bu fikir də səhfdir. Əldə olan məlumatlardan görünür ki, Qarabağ münaqişəsi dövründə xeyli sayda erməni kəşfiyyatçısı Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilib. Bu barədə müharibədə iştirak etmiş şəxslərdən birbaşa məlumat əldə etmək olar.

üçüncüsü, Karapetyan bildirib ki, bu gün erməni ordusunun regionda ən döyüş qabiliyyətli olması faktını xarici ölkələrin rəsmiləri, hətta Türkiyənin vəzifəli şəxsləri də etiraf edirlər. “Mən indiyə kimi eşitməmişəm ki, xarici mütəxəssislər Azərbaycan ordusunun erməni ordusu ilə müqayisədə üstünlüklərə malik olduğunu, heç olmasa bərabər olması barədə nəsə desinlər. Hətta türklər də bunu demirlər", - deyə o qeyd edib. Tamamilə yanlış məlumatdır. İndiyə kimi Türkiyəni təmsil edən bütün mütəxəssislər, vəzifəli şəxslər, rəsmilər və ya qeyri rəsmilərin açıq və ya qapalı açıqlamalarında bu tip fikirlərə rast gəlinməyib və gəlinə də bilməz. Türkiyənin Azərbaycan Silahlı Qüvvələrinin regionda lider ordu statusuna doğru irəliləməkdə xüsusi əməyi var. İndiyədək Türkiyə tərəfi Azərbaycana 200 milyon dollardan artıq həcmdə hərbi yardım göstərib. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi səylərini ortaya qoyan ölkələrdən ən birincisidir. Beləliklə, erməni generalın öz ordusunu populyarlaşmaqda Türkiyənin adından sui-istifadə etməsi niyyəti ortadadır.

Təkcə Türkiyə deyil, əksər beynəlxalq araşdırmalarda Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təchizat və təminat, insani və iqtisadi resurs baxımından Ermənistandan üstün olduğu etiraf edilir. Eləcə də beynəlxalq təşkilatların açıqlamalarında da erməni ordusunun gücünü üstün göstərəcək hər hansı tutarlı faktlara rast gəlinməyib. Əksər think-tank mərkəzləri etiraf edirlər ki, ikinci Qarabağ müharibəsi dövründə Azərbaycanın göstərə biləcəyi güc-qüvvət fərqli olacaq.

dördüncüsü, Karapetyan iddia edir ki, erməni kəşfiyatı güclüdür. Onun sözlərinə görə, onlar düşmənləri barədə hər şeyi, kimin hansı restoranda hansı kokteylə üstünlük verməsinə qədər hər şeyi bilirlər. O qeyd edib ki, məlumatlılıq böyük üstünlüklər verir. Və görün nə missal çəkir: “Azərbaycanlı həmkarımla görüşlərimin birində mən onu oğlunun ad günü münasibətilə təbrik etdim. Men bu alicənabllğı özümə borc bildim”. Eyni zamanda erməni general bildirib ki, azərbaycanlı həmkarı onu yaxınlarının ad günləri münasibətilə heç zaman təbrik etməyib.

Erməni generalının bu açıqlaması hərbi kəşfiyyat kimi ciddi sahəyə bəsit yanaşmanın göstəricisidir. Bunu missal çəkməklə o, erməni kəşfiyyatının böyük gücə malik olduğunu nümayiş etdirmək istəyir. Amma peşəkarlar üçün bu sadəcə nağıla bənzəyir.

nəhayət, beşincisi, Karapetyan qeyd edib ki, indiyə qədər xeyli sayda Azərbaycan kəşfiyyatçısı Ermənistan ərazisində aşkarlanıb. Amma indiyədək azərbaycanlılar erməni kəşfiyyatçısını saxlaya bilməyiblər.

Bu da yanlış məlumatdır. Konkret olaraq bildirim ki, 2010-cu ilin sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanan Manvel Mamikonoviç Sarıbekyanı yada salaq. O oktyabrın 5-də gecə saat 3-də intihar etmişdi.

Beləliklıə, Karapetyanın istinad etdiyi məlumatlar, şərhlər yanlış düşüncənin məhsulu kimi yozula bilər. Karapetyan iddia edir ki, bu gün erməni kəşfiyyat kadrları az olsa belə keyfiyyət baxımından Azərbaycandan üstündür. Bu fikri də ciddi hesab etmək mümkün olmur. Çünki ortalıqda bu üstünlüyü göstərə biləcək hər hansı faktlar yoxdur.

Amma bəllidir ki, son illərdə Azərbaycanda hərbi kəşfiyyat diqqətdə olan əsas sahələrdən biridir. Bu sahəyə xeyli vəsait qoyulub və gerçəkdən bu gün Azərbaycanın güclü kəşfiyyat strukturları formalaşdırılıb.

Cəsur

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center