Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




            İran hakimiyyətinin Azərbaycana

                     qarşı çıxışlarına qısa cavab
Azərbaycan Respublikası prezident adminstrasiyasının ictimaiyyətlə əlaqə şöbəsinin müdri Əli Həsənovun İrana səfərindən sonra da Tehran hakimiyyətinin təbliğat maşını və bir sıra din xadimləri çıxışları, bəyanatları ilə bu pis qonşuluq əməlindən əl çəkməyib.

Əli Həsənovun İrana səfərinin belə ümumiləşdirmək olar- biri-birini daxili işinə qarışmaqdan çəkmək, biri-birinə qarşı təbliğat aparmamaq.

Tehranın ölkəmizə qarşı hədyan çıxışları, ərazi iddiası davam etməkdədir.Yeni ilin ilk günlərindən başlayaraq, İranın çeşidli informasiya vasitələri və rəsmiləri bu yöndə çıxışlar edib.

İranın informasiya vasitələrinin yaydığı məlumata əsasən, tanınmış din xadimi,(belə demək olarsa)Azərbaycanın daxili işlərinə qarışmaqda ad çıxarmış, ayətulla Məkkarim Şirazi Qum şəhərindəki möizəsində deyib ki, hazırda Azərbaycan, Bəhreyn və Qatarda müsəlmanlar «ciddi təzyiqlərə məruz» qalır: «Azərbaycandan aldığımız mötəbər məlumatlara əsasən islam düşmənləri müsəlmanları zəiflətməkdə israrlıdırlar. İslam müxaliflərinin bir hissəsi sabiq sovet rejiminin məmurlarıdır. İslama qarşı müxalifətin bir səbəbi də budur”.
Onun sözlərinə görə, Azərbaycanda «hicaba qarşı  mübarizə, şiə alimlərinin həbsi, dini kitab çapının yasaqlanması» halları intensivləşib: “Bilin ki, öz kökünüzə balta çalırsınız. Çünki dünya şiələri İmam Hüseyn məktəbində tərbiyə alıblar və diz çökəsi deyillər. Bu hədələr, qətllər onların etiqadını sarsıtmayacaq. Bu yolun davam etdirilməsi yaxşı nəticə verməyəcək. Azərbaycan, Bəhreyn, Hicaz şiələri susmayacaq. Dünya müsəlmanları onlarla həmrəydir. Bəzi ölkələrin siyasətçiləri din alimlərinin fikirlərini onların daxili işinə qarışmaq kimi qiymətləndirirlər. Amma bu, həqiqətdən uzaqdır. Din alimləri üçün sərhəd anlayışı yoxdur. Onların fəaliyyəti zaman və məkanla məhdudlaşmır”. Ayətulla Məkkarim Şirazi Azərbaycanda son yüz ildə movcud olmayan bir movhum yaradır moizəsində. Azərbaycanda şiə və ya sünni alim anlayışı heç zaman olmayıb. Təriqətçiliyi zorla Azərbaycana qəbul etdirməyə çalışanlar hətta elm adamlarını belə artıq sünni və şiə təriqətlərinə bölürlər. Azərbaycanda isə son 200 il ərzində təriqət zəminində ümumiyyətlə anlaşılmamazlıq, qarşıdurma olmayıb. Ola da bilməzdi. Çünki Azərbaycan xalqı bu formada bölücülükdən hər zaman uzaq olub.

İranın din xadimləri ölkəmizdə məscidlərin söküləməsindən «gileylənir». Onların yadına Güney Azərbaycan ərazisində dağılan və ya dağıdılan bir neçə belə məscid, tarixi abidə  barəsində xatırlama etmək istərdik.

Azərbaycanın mədəniyyəti, tarixi, abidələri və mənəvi həyatını əks etdirən sənət əsərləri nəinki İran İslam Respublikasının dəstəyindən məhrumdur, eyni halda hakimiyyət tərəfindən ağır zərbələrə məruz qalmaqdadır.

Güneydən redaksiyaya daxil olan müraciətdə bildirilib ki, Güney Azərbaycanın Urmiya şəhərinin «Gülüstü» məhəlləsində yerləşən «Lütfəlixan məscidi» uçmaqdadır. Bu məscid Azərbaycanın mühüm qədim tarixi abidələrindən sayılır. Məscid hər yerdə məsciddir. İranda dağıdılanda qəbahət deyil Azərbaycanda təmir üçün müvəqqəti bağlananda qəbahət olur? Bunlar din, Allah, islam adını artıq çoxdan siyasi arenada alver predmetinə çeviriblər. 

Yeri gəlmişkən Bakıda məscid davası aparanlardan da bu və Azərbaycan əyalətlərində sökülmüş və uçub-dağılmaqda olan qədim məscidin məhv olması ilə bağlı səs çıxmır.

Məlumata görə, 4-5 il öncə şəhərin hazırda «İmam» xiyabanı adlanan küçəsində «Şeyx Əlixan Hamamı»-ın da «Sərdaran» prospektinin salınması adı altında sökdülər. Bu özbaşınalıqlara isə hakimiyyətin səlahiyyətli qurumları göz yumdu.

İslam Respublikasına rəhbərlik edənlər Azərbaycanın tarixi abidələrini söküb-dağıda bilməyəndə isə onun adını dəyişir. Urmiya şəhərindəki «Doqquz pillə buzxanası»nın adı dəyişdiriilb.  İranın Mədəni irsi qoruma idarəsi bu sayaq məsələlərdə tarixiliyi qorumaq yerinə özü bu işlərə başçılıq edir. Qurumun təşəbbüsü ilə «Doqquz pilə buzxanası»nın adı fars dilinə tərcümə edilərək, «Yəxçəle nohe-pille» kimi adlanıb. Siyasət sanki Ermənistanla birlikdə hazırlanıb, heç bir korrektə belə edilmədən eyni ilə həyata keçirilir.

Təbrizdə məşhur Seyid Həmzə məscidi sökülüb, dağılır. Zəncandakı orta əsrlərə aid məscidin də bərpa edilməsi üçün heç vaxt qərar qəbul edilməyib və s.

Bir haşiyə. Hələ ötən ilin avqustunda Ermənistan Diaspora Nazirliyinin təşklatçılığı ilə Yerevanda Ermənistan Arxitektorları Birliyinin binasında «Ermənistanda İranın erməni icması günləri» çərçivəsinə həsr olunmuş «İrandakı erməni kilsələri»nə həsr edilmiş sərgi düzənlənmişdi.

İslam Respublikasındakı tarixi kilsələr mərkəzinin direktoru Şerli Avetyan bildirib ki, hazırda İranda «650 kilsə var, onların 450 ermənilərə məxsusdur, bununsa 400 fəaliyyət göstərir».

Onun sözlərinə görə, başçılıq etdiyi mərkəz «erməni kilsələrinin bərpası, təmiri» ilə məşğuldur. Sərgidə isə «450 erməni kilsəsindən yalnız 25-i» haqda marterial nümayiş etdirilib. 

Bu kilsə məsələsi ilə ermənilər yenə Azərbaycan tarixiçilərini müəyyən mənada «qabaqlayır».Keçmiş SSRİ zamanında ermənilər Azərbaycan ərazisindəki az qala bütün kilsələrə yiyə çıxaraq, belə Allah evlərinin onlara məxsus olduğunu iddia edirdilər. Ermənilər belə təəssürat yaradıb ki, Azərbaycan ərazilərindəki bütün kilsələr onlara məxsusdur. Bu isə perspektivdə ermənilərin Güney Azərbaycan bölgələrinə, o cümlədən İranın başqa ərazilərinə onların iddiaları üçün ideoloji bazanın yaradılması deməkdir.

İndiyə kimi rəsmi Tehran ermənilərin İran ərazisindəki tarixi təhrifinə münasibət bildirməyib.Onlara cavab verən güney azərbaycanlı alimləri isə «pantürkçülükdə» ittiham edir.

Bir neçə kəlmə ilə ayətulla Şiraziyə təmsil etdiyi rejimə öz ölkəsindəki etirazalarla bağlı xatıralama etmək istərdik.  Bu ayətulla ölkəmizə qarşı ilk dəfə deyil, belə hədələyici bəyanatlar verir. Çox maraqlıdır o və onun kimi düşünənlər hələ də İran hakimiyyətinə qarşı çıxışları islamın ünvanına deyilənlər kimi qələmə verməyə çalışırlar. İran İslam Respublikasında «İslamın olmamasını» elə İrandakı, M.Şirazanin dediyi kimi, şiə din xadimləri açıq –aşkar söyləyirlər.

Bir müddət öncə İran dini ekspertlər şurasının üzvü, ayətulla Seyid Əli Məhəmməd Dəstqeyb ölkədəki siyasi müxalifətdən və mövcud durumdan danışarkən demişdi:« Bəs necə olur ki, onlar konstitusiyanın icra olunmasını, xalqın hüquqlarına əməl edilməsini tələb edən kimi birdən-birə “amerikalı” və “israilli” oldular. Bu qanun pozuntularını, zülmləri dini rəhbərin diqqətinə çatdırmaq sizin vəzifənizdir.

Məgər zindanda saxlanan mömin şəxslər  “Quran”ın əmrinə tabe olaraq konstitusiyaya əməl edilməsindən başqa bir şey istəyiblər? Ey peyğəmbərin paltarını geyib, başına əmmamə qoyan ruhani cənablar! Sizin sükutunuzun bir anlamı var- o da hazırkı vəziyyətdən məmnun qalmağınızdır. Əgər bunlardan xəbərimiz ola-ola susub danışmırıqsa, vay bizim halımıza. Əgər bu zülmlərdən xəbərdar deyiliksə, yenə vay bizim halımıza».

Bu baxımdan Məkarim Şirazi öz ölkəsində vətəndaşlarına edilən zülmə qarşı mübarizə aparsa daha çox islami olar.

İranın ali rəhbəri ayətulla Xamneyinin qardaşı Hadi Xamneyi də ölkədəki durumu dəyərləndirərkən belə demişdi:«Əgər bir gün xalq nəyisə istəməsə onu zorla ona qəbul etdirmək düzgün deyil. İnsanlara demək olmaz ki, siz hamınız səhv yoldasınız və biz sizi zor gücünə də olsa cənnətə aparmaq istəyirik. Heç kəsin insanlarla belə rəftar etməyə haqqı yoxdur. Təəssüf ki, bu gün ölkədə əvvəlki şüar və meyarlara tam zidd bir vəziyyət hakim olub. Əgər sağlam və normal mühit yaratmaq istəyiriksə ölkədə çox şey dəyişməlidir. Bu gün ölkədə bir qrup daima hakimiyyətdə qalmaq istəyir və başqalarının varlığına dözmür. Belə bir təfəkkürə sahib olanların öz rəqibini fiziki baxımdan meydandan çıxarmaq cəhdi qəbuledilməzdir. Hakimiyyətdəki qanadların heç birinin haqqı olmamalıdır ki, rəqibini meydandan çıxarmaq üçün özündən fitva çıxarıb qarşı tərəfi dinsizlikdə günahlandırsın. Yoxsa ki, hər kəs qarşı tərəfin dinsiz olduğu iddiasını irəli sürə bilər».

Tanınmış müxalif ruhani, mərhum dissident ayətulla Hüseynəli Müntəzirinin oğlu Əhməd Müntəziri İranın ali lideri ayətulla Xamneyiyə məktub yazaraq, ölkəni bürüyən böhranlardan qurtarmaq üçün hakimiyyətin əsas siyasətlərində islahatlar aparmağın vacibliyini vurğulayıb: “Orta Şərqdə baş verən dəyişikliklərdən, eləcə də ölkəmizi təhdid edən təhlükələrdən xəbəriniz var. Çoxlu maddi və mənəvi itkilər hesabına yıxılmış keçmiş rejimlərin təcrübəsi göstərir ki, dinc müxaliflərə qarşı təzyiqlər xalq hərəkatını əngəlləyə bilməz.

Ölkənin indiki siyasi kursu və acınacaqlı durumu ictimai, siyasi və mənəvi dəyərlərin məhv olmasına gətirib çıxara bilər. Bu isə əvəzolunmaz bir ziyan və itkidir. Məhz bunun qarşısını almaq üçün tədbir görmək vaxtıdır. Bu sistemi çökməkdən, ölkəni isə viranlıqdan və parçalanmaqdan qurtarmaq vəzifəsi hamıdan artıq sizin üzərinizə düşür. Bunun üçün də sistemin siyasi kursuna, tutub getdiyi istiqamətə yenidən baxın. Ölkənin hazırkı böhrandan və çıxılmazlıqdan qurtarmağın ən qısa yolu siyasi məhbusların dərhal azadlığa buraxılması, onlardan üzrxahlıq edilməsidir”.

Bu fikriləri Məkarim Şirazinin yaşadığı ölkədəkilər mövcud rejimə qarşı deyirlər. Öz gözündə «tiri görə bilməyən» Şirazi kimi ayətullalar Azərbaycan Respublikasında «çöp axtramaq» həvəsinə düşüblər.Ona görə də belələri özlərini «müsəlman dünyasının qayğıkeşi» təki göstərməklə əslində çürümüş Tehran hakimiyyətinin qalması üçün əlləşirlər. Azərbaycan, Bəhreyn, Fələtsin və daha başqa yerlərdəki «məzlumlar» İslam Respublikasının rəhbərliyi üçün yalnız vasitə kimi lazımdır. Onları müdafiə edənlər isə bu durumda olan rejimi diriltməyə səy etməklə əslində böyük suç işlədirlər.

Bu ilin yanvarında  ETTELAAT-ın başçısı Heydər Möslehi martda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində «təxribat törətmək istəyən» 4 «casus» tutduqların bəyan edib.

Heydər Moslehi saxlanan şəxslərin adlarını açıqlamasa da bildirib ki, tutulanlar parlament seçkisi əleyhinə “ABŞ-ın bir sıra planlarını” həyata keçirmək istəyirmiş: “Tutulan casuslar virtual yolla xariclə əlaqə saxlayıblar. Biz həmin şəxslərin fəaliyyətini tam nəzarətə götürüb barələrində kifayət qədər məlumat topladıqdan sonra onları tutduq. Onlar əcnəbilərdən aldıqları müasir cihazlarla onlarla gizli əlaqə saxlayır, seçki ərəfəsində şəbəkələr yaradaraq internetdə çağırışlar edir, ölkədə iğtişaş yaratmaq istəyirdilər.

Tutulanlar arasında qonşu ölkələrdən birinin muxtar bir bölgəsində yerləşən fitnəçilərlə və əksinqilabçılarla əlaqə saxlayanlar da var. Onların əsas vəzifəsi əlaqə saxladıqları fitnəçi və əks-inqilabçılardan dəstək alaraq şəbəkə üzvü olan şəxsləri və lazımi avadanlıqları sərhədin hər iki tərəfinə köçürməkdən ibarət olub”.

ETTELLAT başçısı bu məsələdə Azərbaycan Respublikasının adını açıq şəkildə çəkməsə də onu təsvir edib. Çünki İranın rəsmi informasiya vasitələri Azərbaycan Respubikasını «İsrailin bazası» kimi təbilğ edir.

Xataladaq ki, hələ ötən ilin sonunda  ayətulla Məkarim-Şirazi Qum şəhərindəki Əzəm məscidində dərs zamanı Azərbaycan Respublikasındakı «islamafobiya» güclənməsindən danışarkən deyib:«Bu ölkə əhalsinin çoxu şiədir. Ancaq bir müddətdir Azərbaycan dövləti məscidləri dağıdır və xalqa hücum edir. Bu ölkədə hakimiyyət keçmiş sovetləri ittifaqından və İslam dünyasında baş verənlərdən nəticə çıxarmazsa, bir gün xalqınız sizin hakimiyyətinizə son qoyacaq. Son vaxtlar şagird və dövlət işçilərinin məscidə getməsi də qadağan edilib. Sanki bu ölkənin rəsmiləri qəflət yuxusundadır. Azərbaycan Respublikasının imanlı xalqı bu vəziyyətin davam etməsinə icazə verməyəcək. Bir gün çatacaq ki, onların yaxasından yapışıb, səltənət taxtından yerə salacaqlar. Biz əminik ki, yaranmış bu şəraitlə bir gün xalq sizin hakimiyyətinizə son qoyacaq».

 Ayətulla M.Şirazının bəyanatının daha çox təmsil etdiyi hakimiyyətə aid olduğu da istisna deyil. Çünki bu din xadimi «Azərbaycan Respublikasında məscidləri sökürlər» deməklə  ağ yalan danışır. Belə yalanları söyləyənlərin tədris etdiyi dini biliklərə inanmaq olarmı? Ən acınacaqlısı isə Azərbaycanda müxtəlif təşkilatlar yaratmış bəzi islam “təəsebkeşləri” də bu yalanı sükutla qarşılayırlar. Belə riyaklıq edən və öz dövlətinin maraqlarını digər dövlətə qurban verənləri nə adlandırmaq olar? Dövlətini Şirazıyə peşkeş edənləri pişnamaz edib onun arxasında səf tutub ibadət etmək olarmı? Görünür “qulbeçə” terminin tam nədən ibarət olduğunu açmaq vaxtı çatıb.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Zöhrə İlahian isə başqa məsələlərdə ölkəmizə qarşı çıxış edib. «Mərkəzi Kəşfiyyat İdarəsi, «Mossad», «Mİ-6» qurumları 5 qonşu ölkənin İranla sərhədi boyu ölkəmizə qarşı terrorçu qruplarla birgə fəaliyyət göstərir. Bu kəşfiyyat orqanları həmin dövlətlərdən İslam Respublikasına qarşı casusluq fəaliyyət aparmaqdadır»-deyə, iranlı deputat bildirib. Onun sözlərinə görə, adları çəkilən qurumlar «İran daxilində terror təlimləri verir, vətəndaşlarmıza qarşı sui-qəsd planlaşdırırlar».

Z.İlahian daha sonra deyib:«Mərkəzi Kəşfiyyat İdarəsi, «Mossad», «Mİ-6» İraq, Əfqansıtan, Pakistan, Türkmənistan və Azərbaycan Resublikasında həm də casusluq quruğuları yerləşdirib».

İranın ali rəhbəri aytulla Xamneyinin Ərdəbildəki nümayəndəsi höccətülislam Seyid Həsən Amili Ərdəbil şəhərində cümə namazının xütbələrindən birində ötən ilin yanvarında teroror qurbanı olmuş İranın nüvə alimi Əli Məhəmmədini terror edən şəxsin açıqlamalarına təəssüf etdiyini bildirərək deyib: "Bu şəxsin sionistlərin (İsraili nəzərdə tutur-S.S.) əli ilə bizim qonşuluğumuzda olan Azərbaycanda terror əməliyyatı təlimi görməsi barədə açıqlamaları, İslam ölkəsi olmasını iddia edən, lakin sionistlərə bir çox dairələrə daxil olmalarını icazə verən bir ölkə üçün xəcalət və rüsvayçılıqdır".

Ərdəbilin cümə xətibi daha sonra açıqladı: "Azərbaycan Respublikasının təxribatçı rəftarı qarşısında sonsuz izzətlə qonşuluq haqqını qoruduq. Amma onlar bizim ölkəmiz və xeyirxah qonşularına qarşı öz şən və izzətlərinə yaraşmayan belə bir oyuna əl atdılar".

Amili bu çıxışı ilə Azərbaycanda tanınmış yazıçı-publisit Rafiq Tağının qətlində Tehran hakimiyyətinin sifarişçi, əli olduğunu ötr-basdır etməyə çalışıb.

Bu çıxışlardan göründüyü kimi İslam Respubliksının  din xadimləri, həm də «seçilmişləri» hələ də öz gözlərində «tiri görmürlər». Bir də dünya İranın yaratdığı və himayə etdiyi terrorçu qruplardan ehtiyat edir.

Tehran rəsmiləri Azərbaycanla bağlı çıxışlarında nədənsə unutqanlıq edir. Onlar işğalçı olaraq, tanıdıqları Ermənistana göstərdikləri qulluğu nə üçünsə nəzərə almır. Axı, təcavüzkara «dost, qardaş» deyib, onunla bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi yönündə fəaliyyət göstərək, İslam Respublikasının rəhbərliyinin Azərbaycana qarşı istənilən iradı tutmağa mənəvi haqqı heç çatmır. Çünki Tehran hakimiyyəti «düşmənimin dostdur», atalar sözünün bu hissəsi aid olanlar isə bir mənalı olaraq, düşməndir. İslam adı altında İranın Azərbaycana qarşı tuduğu mövqe də belədir.

Bu yaxınlarda İran İslam Respublikasının Sərhəd Qoşunları komandanı Hüseyn Zülfüqari  bir mətbuat konfransında «Səhər» telekanalı müxbirinin ötən il Azərbaycan sərhədini pozduğu üçün iranlı hərbçinin neytarllaşdırımasına «Azərbaycan Respublikası rəsmilərinin münasibəti» ilə bağlı sualına cavabda deyib:" Son vaxtlar, Azərbaycan Respublikası sərhədçiləri silahlı surətdə İran torpağına daxil olmuşdular. Onlar bir hücum şəkilində bizim sərhəd məmurlarımıza yaxınlaşma vəziyyətində idi və bizim qüvvələrin xəbərdarlığı ilə iki Azərbaycan Respublikası sərhədçisi öz silahını yerə qoydu. Lakin onların biri hücum vəziyyətində bizim məmurlara tərəf yaxınlaşma vəziyyətində idi ki, sərhədçilərimiz bu Azərbaycan Respublikası zabitini ayağından vurmaq niyyəti ilə atəş açıblar. Lakin güllə səhvən bu şəxsin qarın nahiyəsinə dəyir və o vəfat edir. Məntiqlə dünyaya meydan oxumaq istəyən dövlətin  sərhədlərini qoruyanlar o qədər naşıdırlar ki, ayaqdan vurmaq istədikləri adamın qarnından vururlar. Azərbaycan Respublikasının Sərhəd Qoşunları öncə iddia etdi ki, toqquşma həmin ölkənin ərazisində baş verib. Ancaq bizim qüvvələrimiz cənazəni İran sərhədinə köçürüblər".

Çaşqınlıqdan özlərini itirmələri hər kəlmədə özünü büruzə verir. Adamdan soruşarlar bəs deyirdiz 700-1200 km məsafədən istənilən hədəfi məhv edə biləcək qədər güclü ordumuz var?! Azərbaycan sərhədçisnə çatanda niyə dəqiqliyiniz yoxa çıxır?

Hüseyn Zülfüqari İran sərhədçisinin Azərbaycan Respublikası qüvvələri tərəfindən «şəhid» edilməsini vurğulayaraq, əlavə edib:" Azərbaycan Respublikası sərhədçisinin ölüm hadisəsindən sonra həmin ölkənin qüvvələri bizim silahsız olan bir əsgərimizi 14 güllə ilə şəhid etdilər ki, bu da Azərbaycan Respublikası məmurlarının qəsdən atəş açdıqlarına dəlalət edir. Əgər onlar anlaşma və həmkarlıq iddiasındadırlarsa, onların rəftarları ilə sözləri bir-birindən fərqlənməməlidir. Onlar əməldə də sözləri kimi olmalıdırlar".

İran İslam Respublikasının Sərhəd Qoşunları komandanının sözlərinə görə Azərbaycan Respublikasından İrana orqan qaçaq edilməsi eləcədə İrandan narkotik maddələrin tranzit olunmasına dair ittihamların ağ yalandan başqa bir şey olmadığını bildirərək, bu kimi ittihamların vurulmasını bir ölkəyə layiq olmayan hərəkət adlandırıb.

Hüseyn Zülfüqari sonra deyib:" Narkotik maddələrə qarşı mübarizə istiqamətində İranın şərq sərhədlərində 4 min nəfərin şəhid edilməsi İranın bu sahədəki mübarizələrinin bariz nümunəsidir. Bütün ölkələr buna görə İrana borcludurlar.

İranın Sərhəd Qoşunlarının komandanı sonra söyləyib:" Azərbaycan Respublikasının dostluq iddiasını bu kimi ikili rəftarlarla qəbul edə bilmərik. Onlar bilməlidirlər ki, biz təhlükəsizliyə malik olmayan avtomobillərlə azuqə və yanacağın Naxçıvana köçürülməsinə icazə veririk".

Bu İran hakimiyyətinin Azərbaycan Respublikasına qarşı münasibətinə dair ən adi örnəkdir. Bu rejimin rəsimiləri az qalır, öz rejimlərini qoruduqları üçün qonşuların boynuna minnət qoysun. Azərbaycan Respublikasının Astara,Yardımlı, Lerik, Lənkəran, Masallı,Cəlilabad rayonlarında narkotik maddalərin yayılmasının birbaşa günahkar İran İslam Respublikasıdır. Bunu o bölgələrdəki analar söyləyir. Bu faciəni dağılan ailələrin, narkoman olmuş gənclərin cəmiyyətdə ziyanlı qüvvəyə çevrilməsini günahı da bu hakimiyyətin boynundadır. Siyasətdə yalanlar olur.  Bu aydındır. Amma, daha bu qədəri yox. Azərbaycanda bir zamanlar kiloqramı 90-100 min ABŞ dollarına satılan heroin İranın xususi fəaliyyəti sayəsində 9-10 min ABŞ dollarına qədər enib. Təbii məsələdir ki, qiymət ucuzlaşdıqca istifadəçiləri sayı daha çox olacaq. İrandan Azərbaycana keçirilən narkotiklər tək narkomafiyanın işi deyil. Bu Azərbaycan xalqına, gəncliyinə elan edilməmiş bir müharibədir, qapalı soyqırım aktıdır. Bu gün ölkəmizdə AİDS-in yayılma traektoriyasına fikir verin. Bu haqda gələn sayımızda analitik məqaləni diqqətinizə çatdıracağıq.

Naxçıvana edilən humanitar yardımlara gəldikdə isə bunu İslam Respublikası əvəzssiz etmir. Bunun qarşılığında İranın təbii qazla təmin edə bilmədiyi bölgələrini Azərbaycan Respublikası «mavi yanacaq» ötürür. İrana qarşı beynəlxalq sanksiyalara Azərbaycan Respublikasının qoşulmamasını da burada xatırlamaq yerinə düşər. Tehranın öləkmizdəki səfirliyinin rəsmi məlumatına görə, İslam Respublikasının ölkəmizdəki səfirliyiinin ticarət məsələləri üzrə atteşesi Seyid Fərəc Şahidi «İRNA» -ya müsahibəsində 2011-ci ilin mart-dekabr ayları ərzində İrandan Azərbaycana 337 milyon dollarlıq qeyri-neft məhsullarının ixarc olduğunu söyləib. Onun sözlərinə görə, bu ötən ilin uyğun dövrü ilə müqayisədə 22 faiz çoxdur.

İrandan Azərbaycana sement, kafel, şüşə, kənd təsərrüfatı məhsulları, ərzaq malları, o cümlədən kartof, tomat, meyvə, meyvə şirəsi, şokalad məmulatları, təmizləyici tozlar, sənaye yağı, sənaye və kimyəvi məhsullar tədarük edilib.

İrana isə Azərbaycandan oduncaq, dəmir, polad ərintisi, metal profillər, heyvan yemi idxal olunub. Bundan başqa hər iki taydan sərhədyanı rayonların əhalisi «zənbil alveri» edib.

F.Şahidi bildirib ki, ötən 9 ay ərzində İslam Respublikasından idaxal məhsullara üzrə 21 milyon dollarla Astara (Güney Azərbaycan) keçid məntəqəsi birinci yeri, Biləsuvar 4 milyonla ikinci, Culfa isə bir milyonla üçüncü yerdədir.

Mənbə qeyd edib ki, 2012-ci ilin martınadək yuxarda qeyd etdiyimiz rəqəmin 450 milyon dollara çatağacı gözlənilir.

Bu İran iqtisadiyyatına yardım deyil, bəs nədir?

Tehran hakimiyyəti Azərbaycan Respublikasının dini tolerantlığını da özünəməxsus şəkildə qısqanır, yaxud islam təriqətləri arasında nifaq salmağa çalışır.

Bu yaxınlarda prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Qafqaz Müsəlmanları İdarəsinə və 20 qeyri-islam təmayüllü dini icmaya dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar verib.
Qərarla Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, 20 qeyri-islam təmayüllü icmaların hamısına isə ümumilikdə 400 min manat vəsait ayrılıb. İki bəhai icması vəsaitdən imtina etdiyindən, 400 min manat 18 qeyri-islam təmayüllü icma arasında bölüşdürülüb.

Qeyri-İslami dini icmalardan ikisi Azərbaycan dövlət büdcəsindən onlara ayrılan  maliyyə yardımından imtina edib. APA-nın məlumatına görə, bunlar qeyri-islam təmayüllü, rəsmi dövlət qeydiyyatından keçmiş Bakı  və Sumqayıt  bəhai dini icmalarıdır.
Bu iki dini icmanı özündə birləşdirən “Azərbaycan Bəhai İcması”nın rəhbəri Rövşən Abbasov açıqlamasında bu faktı dini inancları ilə izah edib:“İnancımıza görə, biz yalnız daxili vəsait, daxili imkanlardan faydalanırıq, kənardan heç vaxt pul almırıq, lap milyon da olsa, imtina edirik. Biz bütün dünyada bu cür yaşayırıq, işləyirik. Bizə milyonlarla dollar verənlər olub, amma həmişə təşəkkürümüzü bildirərək imtina etmişik".
R.Abbasov deyib ki, dövlət tərəfindən ayrılmış vəsaiti alıb xeyriyyə işlərinə xərcləyə də bilərdilər.  Amma buna ehtiyac olmadığını düşünüblər: "Fikirləşdik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə özləri xərcləyərlər. Ona görə də Dövlət Komitəsinə məktub yazaraq puldan imtina etdiyimizi bildirdik”.
R. Abbasov Azərbaycanda bəhailərin sayının təxminən 1000 nəfər olduğunu bildirib.

İran hakimiyyətinin ölkəmizə qarşı təbliğat aparan informasiya vasitələri hökumətin bu qərarından ölkəmizdə ictimai-siyasi ideoloji təxribatda istifadəyə çalışıb.

«Bu ölkədə yaşayan yəhudi və bəhailərin fəaliyyətləri xalqın vergiləri əsasında təmin olunan dövlət büdcəsi hesabına himayə olunur. Amma bu müsəlman ölkəsində müsəlmanların öz məzhəbi mərasimlərini icra etməyə icazələri yoxdur».

Maraqlıdır ki, 35 milyondan çox Güney Azərbaycan türkü İran İslam Respublikasının dövlət  büdcəsinə vergi vermirmi?!Ancaq özünü «məzlumların himayəçsi» sayan İslam Respublikasının rəhbərliyi onların vergi kimi ödədiyi puldan ana dilində tədris üçün bir qəpik belə ayırmır. Əvəzində Rusiya,Taciksitan, Hindistanda, hətta  Latın Amerikası ölkələrində fars dili və ədəbiyyatının tədrisinə, təbliğinə sərf edir. Azərbaycan hakimiyyəti isə onlardan fərqli olaraq, öz vətəndaşlarının haqlarını müdafiə edir.

Azərbaycan Respublikasında Yaşayan İranlıları Himayə Cəmiyyətinin sədri Mirqasım Mömini "Fars"a verdiyi müsahibəsində Azərbaycan Respublikasında yaşayan iranlıların «öz məzhəbi mərasimlərini keçirməkdə qarşılaşdıqları problemlərə» danışaraq, deyib: "Seyyidüş-şühədaya (ə) əzadarlıq günləri  və bu günlərdə məzhəbi mərasimlərin icrasına diqqət etməklə təəssüf olsun ki, Azərbaycan Respublikası dövləti əzadarlarla qeyri-adi rəftar etdi".

O, ölkəmizdə  200 mindən çox iranlının yaşamasına işarə edərək əlavə  edib: "Azəri rəsmilər hər bir məzhəbi mərasim keçirməyin qarşısını aldılar, hətta bəzi iranlı həmvətənlərimiz döyülüb və Azərbaycandan çıxarılacağı ilə təhdid olunublar".

Azərbaycan Respublikasında Yaşayan İranlıları Himayə Cəmiyyətinin sədri «Azərbaycan əhalisinin 98%-nin müsəlman olmasına» işarə edərək dedi: "Bununla belə öz məzhəbi mərasimlərini keçirməyə icazələri yoxdur. Bu qadağa ölkədə yaşayan iranlılar üçün də problemlər yaradıbdır".

Mömini sözünün davamında dedi: "Azərbaycanda ən çoxu 20 min yəhudi yaşamasına baxmayaraq, 16 sinaqoq Azərbaycan dövləti və Bakı İcra Hakimiyyəti köməyi ilə bərpa olunub və fəaliyyət göstərir. Bu ölkədə yaşayan yəhudi və bəhailərin fəaliyyətləri xalqın vergiləri əsasında təmin olunan dövlət büdcəsi hesabına himayə olunur. Amma bu müsəlman ölkəsində müsəlmanların öz məzhəbi mərasimlərini icra etməyə icazələri yoxdur".

Bunun da ağyalan olduğu hər kəsə bəllidir. Çünki hər il Aşura günləri Azərbaycan vətəndaşları qan vermə aksiyası, məscidlərdə əzadarlıq etməklə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin şəhidliyini yad edir.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edən Tehran hakimiyyətinin ayrı-ayrı rəsmiləri,, informasiya vasitələri ölkəmizə qarşı ərazi idiası ilə çıxış edib. Xəzərin «50 faizinin İrana aid» olması ilə bağlı iddialı bəyanat, bu su hövzəsinin adının təhrifi (panfarsçılar onu «Mazandaran gölü»  adlandırır)«Türkməçay müqaviləsinin ləğvi»nə həsr edilmiş «elmi-konfrans», Azərbaycan Respublikasının adının təhrif edilməsi və başqa bu sayaq çıxışlar İran hakimiyyətinin iç üzünü göstərən, onun yaxşı qonşuluq, dinc-yanaşı yaşamaq prinsiplərinə əməl etmədiyinə aid çox saylı örnəklərdəndir.

Sədrəddin Soltan

 
 
 

#1 написал: adquar (26 марта 2012 14:14)

Только у нас новейшие игры для телефона.

Только у нас новейшие игры для телефона.

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center