Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




10 il öncə buraxılmış fürsətin acı nəticələri indi özünü göstərir

İranın atom proqramının inkişafına görə Almaniya da məsuliyyət daşıyır Yanvarın sonunda Avropa Birliyinin İrana qarşı qoyduğu sanksiyaların təfərrüatları açıqlanıb. Həmin sənədə əsasən, üzv ölkələrin başçıları İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə sanksiyanı təsdiqləyib. Qəbul edilmiş qərara görə, İran Mərkəzi Bankının Avropa Birliyinin banklarındakı bütün əmlak və vəsaitləri dondurulur, quruma üzv ölkələrin İranın Mərkəzi Bankı və İran hakimiyyətinin digər qurumları ilə almaz və qızıl sahəsindəki ticarəti yasaqlanır.

Avropa Birliyinin yaydığı bəyanatda bildirilir ki, İranın nüvə proqramına yardım edən, Tehrana qarşı beynəlxalq sanksiyaları dolayı yolla pozmağa çalışan İran Mərkəzi Bankı və İran Ticarət Bankından başqa 7 İran şirkətinə, eləcə də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) 3 rəsmisinə də sanksiya qoyulub.

Avropa Birliyinin sanksiyasına məruz qalan İran şirkətləri bunlardır:

1) “Taydvater” şirkəti. Bu şirkət “Sepah”a məxsusdur;

2) Turbin İstehsal və Mühəndislik Şirkəti. Bu şirkət sanksiyaya məruz qoyulan İran Aviasiya Sənayesi Təşkilatının nəzarətində fəaliyyət göstərir;

3) Səd İxracat və İdxalat Şirkəti. İranın sanksiyaya məruz qalmış Müdafiə Sənayesi Təşkilatının nəzarətində fəaliyyət göstərir. Bu şirkətdən İrandan Suriyaya qanunsuz silah köçürülməsində istifadə edildiyi bildirilir;

4) “Rosmaçin” şirkəti. Bu şirkətdən bir yerdən digər bir yerə qanunsuz silah köçürülməsində istifadə edildiyi bildirilir;

5) “Behnam Şəhriyari” şirkəti. Şirkətin 2007-ci ildə qanunsuz olaraq Suriyaya iki konteyner silah göndərdiyi bildirilir;

6) BİİS Dəniz Şirkəti.

7) Dəryadelan-i Sefid Xəzər Nəqliyyat Şirkəti. İran Gəmiçilik Təşkilatının nəzarətində fəaliyyət göstərdiyi bildirilir.

Avropa Birliyinin sanksiyasına məruz qalan İran rəsmiləri isə bunlardır: İran İnqilab Keşikçiləri Qvardiyası baş komandanının müavini,qvardiyanın siyasi bölməsinin rəisi Əli Əşrəf Nuri , İranın ali lideri ayətullah Xamneyinin bu qurumdakı nümayəndəsi axund Əli Səidi və qvardiya hava qüvvələrinin komandanı Əmirəli Hacızadə.

Almaniyanın bu məsələdə üzərinə çox yük düşür. O, həm beynəlxalq ictimayyətin Tehranla danışıqlarda vasitəçisi olan «altlıq»da, həm Avropa Birliyinin aparıcı dövləti kimi bu yöndə fəaliyyə göstərirÖtən illər ərzində bu ölkədəki ayrı-ayrı şirkətlərin sanksiyalara məhəl qoymayaraq, İranla ticarət əlaqəsi saxlması halları bu gün öz ağır nəticələrinəi göstərməkdədir. Əgər onda sanksiyaların tətbiqinin icarsına ciddi nəzarət edilsəydi, vəziyyətin indikindən daha yaxşı ola bilərdi.  Bununla bağlı iki il öncə baş vermiş belə hallardan örnək təqdim etmək istərdik.

2010-cu ildə Almaniyanın “Deutsche Welle” radiosunun verdiyi məlumata görə, bu ölkənin nüfuzlu qəzeti “Dey Wolt” Almaniya - Birləşmiş Ərəb Əmirlikləri ticarət palatasının Almanıya şirkətləri ilə İran arasında gizli ticarət əlaqələrin qurulmasında vasitəçilik etməsindən xəbər vermişdi.

Dey Wolt”un 2010-cu il martın 6- tarixində verdiyi məlumata əsasən İrana qarşı iqtisadi embarqolarların tətbiqi şiddətləndikcə, bu ölkə İranın atom proqramının inkişafına görə Almaniya da məsuliyyət daşıyır  gizli ticari əlaqələr yaratmağa can atır və bir sıra xarici şirkətlər buna rəğbət göstərir. 2009-cu il noyabrın 17- Dubay şəhərinin «5 ulduzlu» “Sultan” hotelində 15 nəfərdən ibarət İran və Almaniya şərkətlərinin nümayəndələrinin gizli görüşləri qeyd olunan gizli ticarətin başlanmasına cəhd idi. Həmin görüş və onun protokolu ifşa olunduğundan müvəqqəti olaraq bu “fəaliyyət” dayandırılmışdı.Həmin görüşün protokoluna əsasən hədəf Almaniyanın sənaye məhsullarının İrana daşınmasından ibarət imiş.

Həmin görüşün protokulu “The Wall Street Journal” The Jerusalem Post” qəzetlərində nəşr edildikdən sonra Almaniya - Birləşmiş Ərəb Əmirlikləri ticarət palatasının rəhbəri Piter Gopfreyş bunu “utandırıcı və narahatedici” iş adlandıraraq, 2010-cu il martın 2-də ticarət palatasına məxsus internet səhifəsində “İranla ticarət əməkdaşlıq üçün yaradılmış işçi qrupunun fəaliyyəti dayandırıldı” başlıqlı bildiriş yayınlamışdılar.  Dey Wolt” onda bildirmişdi ki, Almaniyanın “Simens” və “Rok” kimi nəhəng şirkətləri İranla ticarət əlaqələrini tamamilə dayandırsalar da ölkənin bir sıra şirkətləri səssizcə bu İslam Respublikası ilə ticarət əməkdaşlıqlarını davam etdirməkdədirlər. Qəzet əlavə etmişdi ki, İrana embarqoların tətbiqindən sonra bu ölkəyə müxtəlif məhsulların ötürülməsində Dubay önəmli rol oynayır. Ancaq 2009-cu ildə Çin və Almaniyadan sonra Dubay İrana müxtəlif məhsulların ötürülməsində 3-cü yeri tutub. Hazırda İranla Almaniya şirkətləri arasında vəziyyətə dair məlumatlar yayılmır. Ya bu əlaqələr kəsilib, ya da üçüncü dövlət vasitəsi ilə sakitcə davam etdirlir. Çünki iki ölkə arasında iqtisadi-ticarət əlaqəsini birdən kəsilməsi indiki şərait üçün mümkünsüz görünür2002-ci ildə Avropa Birliyi İranla əlaqələri bərpa etmək üçün danışıqlara başlamaq barəsində qərar qəbul edəndə ABŞ İsrail atom-nüvə proqramında şəffaflığı təmin etməyən, insan haqlarını davamlı olaraq, pozan bir hakimiyyətlə bu sayaq davranışa qarşı çıxmışdılar. Onda birlikdən bildirdilər ki, əlaqələr zamanı həmin problemləri rəsmi Tehranın diqqətinə çatdıracaqlar.İndi isə buraxılan bu səhvlərin aradan qaldırılması yönündə Avropanın üzləşdiyi problemlə fonunda Almaniyanın da üzərinə ağır yük düşdüyü nəzərdə qaçmır.Elə bu səbəbdən ölkə rəsmiləri Çin Rusiyanı İran hakimiyyətinə qarşı sanksiylara qoşulmaq üçün danışıqlar aparırlarÖtən ayın sonunda federal kansler Angela Merkel bir həfətəliyinə pekinə səfər edib. O, Çindəki hakimiyyətdən avropalıların İran neftindən «imtina» aksiyasını dəstəkləməsini istəyəcək. İsraillə Çin arasında diplomatik münasibətin yaranmasının 20 illiy münasibəti keçirilən təntənəli yığıncaqda rəsmi Pekinin bu bu saknsiyaya qouşlacağına ümidvar olduğunu bəyan edib. 

S.Soltan

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center