Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




20 Yanvara aparan yol-XRONOLOGIYA

18 oktyabr

İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə etiraz bəhanəsilə təşkil edilmiş mitinq zamanı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi haqqında çağırışlar edilmiş və imza toplanmışdır.

 
1987

18 oktyabr
İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə etiraz bəhanəsilə təşkil edilmiş mitinq zamanı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi haqqında çağırışlar edilmiş və imza toplanmışdır.

19 oktyabr
Heydər Əliyev 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırılmışdır.

18 noyabr
Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə “L’Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etmişdi.

1 dekabr

Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim etmişlər.

1988

8 yanvar
Dağlıq Qarabağın erməni icmasının nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış daha bir müraciəti və toplanmış imzaları SSRİ Ali Soveti sədrinin müavini P.Demiçevə təqdim etmişlər.

25 yanvar


rmənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk yüzlərlə azərbaycanlı qaçqınlar Azərbaycana gəlmişdir.

8 fevral
Xankəndində DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başlanmışdır.

12 fevral
DQMV-də gizli fəaliyyət göstərən separatçı “Krunk” (“Durna”) təşkilatının təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdir.
Kremldəki erməni lobbisinin ən fəal təmsilçisi Georgi Şahnazarov Sov. İKP MK-nın baş katibi M.Qorbaçovun köməkçisi təyin edilmişdir. Azərbaycan KP MK-nın ikinci katibi V.Konovalov DQMV Partiya Komitəsinin büro iclasında iştirak etmiş və mitinqlərin “Krunk” un rəhbərləri tərəfindən təşkil edildiyini bildirmiş, onların həbs edilməsi məsələsini qaldırmışdır.

18 fevral
Zor tətbiqi nəticəsində Ermənistanı tərk etmiş azərbaycanlı qaçqınların sayı 4 min nəfərə çatmışdır.

19 fevral
DQMV Partiya Komitəsinin geniş büro iclasında mitinqlərin keçirilməsinə səbəb kimi Azərbaycan tərəfindən yaradılan sosial-iqtisadi problemlər göstərilmişdir. Büronun qərarını Moskvaya göndərmək və oradan nümayəndə heyəti çağırmaq qərara alınmışdır. İrəvanda anti-türk çağırışları səsləndirilən mitinq keçirilmişdir. “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır!” millətçi şüarlar irəli sürülmüşdür.

20 fevral
Xankəndində Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qəbul edilmiş qərara anlaşıqlı yanaşılması üçün Azərbaycan və Ermənistan Ali Sovetlərinin Rəyasət Heyətlərinə müraciət edilmiş, bu məsələnin müsbət həlli üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılmışdır.

21 fevral
Sov.İKP MK-nın Siyasi Bürosu Dağlıq Qarabağda vəziyyətlə bağlı məsələ müzakirə etmiş, Azərbaycan və Ermənistan kommunist partiyaları mərkəzi komitələrinə vəziyyəti normallaşdırmaq tapşırılmışdır.Ermənilər İrəvanda qalmış son məscidi də dağıtmışlar.

22 fevral
Sov.İKP MK katibi G.Razumovski Xankəndidə vilayət partiya fəallarının yığıncağında mövcud milli-ərazi quruluşunu dəyişdirmək məqsədini güdən tələblərin millətlərarası münasibətlərə ziyan vurduğunu, əgər ciddi tədbirlər görülməsə ağır nəticələrə gətirib çıxaracağını demişdir.

22-23 fevral
“DQMV Azərbaycanın ayrılmaz tərkib hissəsidir” şüarları ilə Bakıda və Sumqayıtda ilk mitinqlər keçirilmişdir.

23 fevral
Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin plenumu Boris Gevorkovu Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad etmiş, həmin vəzifəyə qatı millətçi Henrix Poğosyan seçilmişdir.Bakıda və İrəvanda keçirilən respublika partiya fəallarının yığıncaqlarında Dağlıq Qarabağ məsələsi müzakirə edilmişdir. Ermənilər Əsgəran rayonunda Bəxtiyar Quliyev və Əli Hacıyev adlı iki gənci qətlə yetirdikdən sonra Ağdam rayonunu sakinləri ilə Əsgəran sakinləri arasında Xankəndi-Ağdam yolunda qarşıdurma olmuş, 19 nəfər yaralanmışdır. İrəvanda fəaliyyət göstərən və DQMV-də erməni separatizminin qızışdırılmasında təhrikçi rol oynayan “Qarabağ” komitəsinin rəhbərləri Silva Kaputikyan və Zori Balayan Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevlə üç saata yaxın danışıq aparmışlar.

24 fevral
Etnik təmizləmə siyasəti həyata keçirmək məqsədilə ermənilər Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etmişlər.Kremldəki erməni lobbisinin başçısı, baş katibin köməkçisi Karen Şahnazarovun və Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevin müşayiəti ilə Sov.İKP MK-nın baş katibi M.Qorbaçov S.Kaputikyanı və Z.Balayanı qəbul etmişdir. Saatyarım müddətdə onlar M.Qorbaçova saxta xəritələr və tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışlar.

25 fevral
Sov.İKP MK-nın katibi V.Dolgixin Ermənistan televiziyası ilə çıxış edərək Dağlıq Qarabağ məsələsinə Kremldə kompleks şəklində baxılacağı barədə söylədikləri erməni separatçılarını daha da ruhlandırmışdır. Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçov Azərbaycan və Ermənistan xalqlarına və zəhmətkeşlərinə televiziya ilə müraciət etmişdir.

26 fevral
Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Bakıda olarkən İttifaq respublikaları arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyindən danışmışdır.Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə tam məxfi görüş keçirərək onları təlimatlandırmışdır.

27 fevral
Xankəndində bütün müəssisələr işini dayandırmışdır. “Bizə nə su, nə çörək, ancaq anamız Ermənistan lazımdır!”, “Azərbaycanla – heç vaxt!” şüarları altında şəhərdə mitinq keçirilmişdir.

28 fevral
Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədilmişdir. 26 erməni, 6 azərbaycanlı qətlə yetirilmişdir. İstintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni Eduard Qriqoryan olmuşdur. İstintaq müəyyən etmişdir ki, iğtişaşlar zamanı E.Qriqoryan daha çox qəddarlıq edərək 5 ermənini qətlə yetirmişdir.

1 mart
Sumqayıtda baş verən iğtişaşlardan sonra şəhəri tərk edən ermənilərin bir qismi Xankəndinə gəlmişlər. Azərbaycanlı qaçqınlarının yeni dalğası başlanmışdır. Ermənistanın kəndlərindən qovulmuş bir çox ailələr Azərbaycanın Zəngilan və ona qonşu rayonlarına gəlmişlər.

2 mart
Xankəndində Sumqayıtda öldürülən ermənilərə əvvəlcədən hazırlanmış abidə qoyulmuşdur.

6 mart
Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin geniş büro iclasında DQMV-nin adının dəyişdirilərək Dağlıq Qarabağ Erməni Muxtar Vilayəti adlandırmaq qərara alınmış və onun təsdiqi üçün Sov.İKP MK-ya müraciət edilmişdi.

9 mart
Sov.İKP MK-da keçirilən müşavirədə hər iki respublikanın partiya rəhbərlərinin məlumatları dinlənilmişdir.

10 mart
Ermənistanın Zəngibasar (Masis) rayonunun Mehmandar kəndinə ermənilər basqın etmiş, 5 nəfəri qətlə yetirmişlər.

17 mart
Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Komitəsinin plenumu DQMV-nin Ermənistana birləşdirilməsi haqqında məsələ müzakirə etmişdir.

22 mart
Martın 21-də “Pravda” qəzetində dərc olunmuş “Emosiya və zəka (Эмоции и разум)” məqaləsindən narazı qalan ermənilər Xankəndində tətillərə başlamışlar.

23 mart
SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də vəziyyətlə bağlı məsələ müzakirə edilmişdir. Qəbul edilmiş qətnamədə qeyd edilirdi ki, milli-ərazi quruluşunun hakimiyyət orqanlarına təzyiq vasitəsilə dəyişdirilməsinə cəhdlərin edilməsi yolverilməzdir. Sov.İKP.MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR-in DQMV-nin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” birgə qərar qəbul etmişdir. Xalqlar arasında nifaq salmaq işində təqsirləndirilən separatçı “Krunk” təşkilatının fəaliyyəti Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə qadağan edilmişdir.

24 mart
Həmin gün Xankəndi şəhər İcraiyyə Komitəsi “Krunk” təşkilatını rəsmi olaraq Dağlıq Qarabağı Ermənistana birləşdirici komitə kimi tanımışdır.

8 aprel
Ermənilərin Zəngibasar (Masis) rayonunun Sarvanlar kəndinə basqını nəticəsində üç nəfər kənd sakini ağır bədən xəsarəti almışdır.

24 aprel
Xankəndi şəhər İcraiyyə Komitəsinin qərarı ilə ilk dəfə olaraq uydurma “erməni soyqırımı”nı anma mərasimi keçirilmişdir.

Mayın 1-ci ongünlüyü
Ermənistandan yenə min nəfər azərbaycanlı qaçqın gəlmişdir.

3 may
Erməni separatçıları DQMV-nin Tuğ kəndində Ermənistan SSR-in bayrağını qaldıraraq iğtişaşlar törətmişlər. Ermənilər Vedi (Ararat) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, onlarla nəfər yaralanmış, evlər yandırılmışdır. Əhali Sovet-Türkiyə sərhədinə çəkilərək çadırlarda yaşamaq məcburiyyətində qalmışdır. Ermənilərin İrəvandakı M.F.Axundov adına orta məktəbə və C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrına basqınlarından sonra həmin müəssisələr öz fəaliyyətlərini dayandırmışlar.

11 may
DQMV Vilayət Prokurorluğuna azərbaycanlı müavinin təyin edilməsinə etiraz olaraq Xankəndində mitinq keçirilmişdir.

13 may
Ermənilər Xankəndində azərbaycanlıların yaşadıqları məhəllələrə hücum etmişlər. 6 nəfər yaralanmışdır.

16 may
Xankəndindəki Pedaqoji İnstitutun azərbaycanlı tələbələrini erməni tələbə və müəllimlər instituta buraxmamışlar. Bu hadisə iyunun 6-da da təkrarlanmışdır.

18 may
Bakıdakı “Azadlıq” meydanında (keçmiş V.İ.Lenin adına meydan) azərbaycanlıların Ermənistandan qovulmasına etiraz əlaməti olaraq mitinq keçirilmişdir. Kremlin tövsiyəsi ilə Əbdürrəhman Vəzirov Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir. Sov.İKP MK-nın katibi Y.Liqaçov DQMV-nin Ermənistana birləşdirilməsinin yolverilməz olduğunu bildirmişdir.

21 may
DQMV Xalq Deputatları Sovetinin sessiyasında SSRİ Ali Sovetinə Ermənistan SSR Ali Sovetinin qərarını müdafiə etmək və DQMV-nin müvəqqəti olaraq Azərbaycanın tərkibindən çıxarmaq haqqında müraciət qəbul olunmuşdur.

22 may
Sov.İKP.MK-nın katibi Y.K.Liqaçovun Bakıda olarkən guya DQMV məsələsinin həlli olunduğu və bir daha müzakirə olunmayacağı barədə fikir söyləməsinə etiraz olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Xankəndində üçüncü tətil dalğası başlanmışdır.

İyunun 1-ci ongünlüyü
Azərbaycanı bir daha qaçqın dalğası bürümüşdür. Bir neçə gün ərzində Ermənistandan 2 min nəfər gəlmişdir. DQMV-də azərbaycanlılar iş yerlərinə buraxılmamışlar. Onlardan vilayəti tərk etmək tələb olunmuşdur.

11 iyun
Bakının “Vorovski” adlanan qəsəbəsində Krasnodardan gəlmiş erməni terrorçusu Aleksandr Aqabekyan milis serjantı Fazil İsmayılovu odlu silahla qətlə yetirmişdir.

14 iyun
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, respublikaya daha 4 min qaçqın gəlmişdir.

15 iyun
Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxıb Ermənistan SSR-in tərkibinə qəbul edilməsi xahişi ilə bağlı müraciətinə müsbət cavab vermək haqqında qərar qəbul etmişdir.

17 iyun
Azərbaycan SSR Ali Soveti Ermənistan SSR Ali Sovetinin 15 iyun tarixli qərarının qəbuledilməzliyi haqqında qərar qəbul etmişdir.

19-20 iyun
Ermənilər Zəngibasar (Masis) rayonunun Zəhmət, Zəngilər, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə hücumlar etmiş, əhali Sovet-Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdur. İyunun üçüncü ongünlüyü Ermənistandakı mürəkkəb vəziyyət yeni qaçqın axınına səbəb olmuşdur. Onlar çadır şəhərciklərində yerləşdirilirlər.

4 iyul
DQMV İcraiyyə Komitəsi Ermənistandan gələn azərbaycanlı qaçqınların Şuşada və onun ətraf kəndlərində yerləşdirilmələrini qadağan edən qərar qəbul etmişdir.

9 iyul
Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun tapşırığı ilə Şuşada və DQMV-nin digər məntəqələrində məskunlaşmış azərbaycanlı qaçqınlar muxtar respublika ərazisindən çıxarılaraq digər rayonlara göndərilmişlər.

12 iyul
DQMV Xalq Deputatları Sovetinin sessiyası muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxması haqqında qərar qəbul etmişdir.

13 iyul
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti DQMV Xalq Deputatları Soveti sessiyasının 12 iyul 1988-ci il tarixli qərarını qeyri-qanuni hesab etmişdir.

18 iyul
SSRİ Ali Sovetinin Rəyasət Heyəti geniş iclasında “Ermənistan SSR və Azərbaycan SSR Ali Sovetlərinin Dağlıq Qarabağ barəsində qərarları haqqında” məsələni müzakirə etmiş, mövcud sərhədlərin və milli-ərazi bölgüsünün dəyişdirilməsini qeyri-mümkün hesab etmişdir.

19 iyul
DQMV Xalq Deputatları Sovetinin sessiyası növbəti dəfə DQMV-nin Azərbaycanın tərkibindən çıxması barədə antikonstitusion qərar qəbul etmişdir.

21 iyul
Ermənilərin Kalinino rayon mərkəzində yaşayan azərbaycanlılara hücumu nəticəsində 86 yaşlı Məhəmməd Sadıqov qətlə yetirilmiş, onlarla adam yaralanmışdır.

26 iyul
Sov.İKP MK-nın və SSRİ Ali Soveti Rəyasət Heyətinin birgə iclasında SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul tarixli qərarı müzakirə edilmiş, SSRİ Ali Sovetinin deputatı, Sov.İKP MK-nın şöbə müdiri Arkadi Volskini xüsusi səlahiyyətlərlə Sov.İKP MK-nın və SRRİ Ali Soveti Rəyasət Heyətinin nümayəndəsi kimi DQMV-yə göndərməyi qərara almışdır.

20 avqust
Xankəndi şəhər meydanında keçirilən mitinqdə Ermənistandan gələn azərbaycanlı qaçqınların muxtar vilayətin ərazisindən çıxarılmaları tələbi irəli sürülmüşdür.

24 avqust
DQMV Xalq Deputatları Sovetinin sessiyası bir daha DQMV-nin Azərbaycanın inzibati tabeçiliyindən çıxarılıb Ermənistana tabe etdirilməsi barədə qərarı müdafiə etdiyini bəyan etmişdir.

3 sentyabr
Xankəndi şəhəri yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan kəndi ov tüfənglərindən atəşə tutulmuşdur. Üzərində “Azərbaycanlılar, Arsax torpağında sizlərə yer yoxdur!” sözləri yazılan vərəqələr yayılmışdır.

8 sentyabr
Xankəndi şəhərindəki vətəndaş xidməti bürosunda sifarişçilərin böyük məbləğdə aldadılması ilə bağlı respublika prokurorluğunda cinayət işinin açılmasına cəhd edilməsinə etiraz əlaməti olaraq daha bir tətil edilmişdir.

12 sentyabr
Xankəndi şəhərində müxtəlif qanun pozuntusuna görə saxlanılanların azad edilməsi tələbi ilə çıxış edən 3 min erməni vilayət prokurorluğuna hücum etmiş, qapı-pəncərələri sındırmışlar. Prokurorluq işçiləri hərbçilərin müşayiəti ilə binanı tərk edərək canlarını qurtarmışlar.

18 sentyabr
Xankəndi şəhərində keçirilən mitinqdən ayrılan 3-5 min erməni azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum etmişlər. Atışma nəticəsində 1 nəfər ölmüş və 1 neçə nəfər yaralanmışdır.

18-23 sentyabr
Ermənilər Xankəndi şəhərində azərbaycanlıların mənzillərinə basqınlar etmiş, 42 azərbaycanlı evi yandırılmışdır. Nəticədə 16 min nəfərlik azərbaycanlı əhalisi şəhəri tərk etməyə məcbur olmuşlar. Onların xeyli hissəsi Şuşa şəhərinə qaçmağa məcbur olmuşlar.

21 sentyabr
DQMV ərazisində və Ağdam rayonunda xüsusi vəziyyət və komendant saatı tətbiq edilmişdir.

1 oktyabr
M.Qorbaçov SSRİ Ali Soveti Rəyasət heyətinin sədri seçilmişdir.

4 oktyabr
SSRİ ALİ Soveti Mİllətlər Sovetinin sədri A.E.Voss başda olmaqla Millətlər Sovetinin milli məsələlər üzrə deputat komissiyası vəziyyəti öyrənmək üçün DQMV-yə səfər etmişdir.

16 noyabr
Ermənilər Şuşanın yaxınlığındakı Topxana meşəsində qanunsuz olaraq meşəni qırıb yerində İrəvandakı Kənəker alüminium zavodunun sexinin və istirahət kompleksinin tikintisinə başlamışlar. Azərbaycanda Xalq Hərəkatı başlanmışdır. (Hazırda 17 noyabr Milli Dirçəliş günü kimi rəsmi dövlət bayramı kimi qeyd edilir.)

17 noyabr
Topxana meşəsində qanunsuz tikintiyə görə Bakıdakı “Azadlıq” meydanında 500 min nəfərdən artıq nümayişçilərin cəmləşdiyi etiraz mitinqi keçirilmişdir.

18 noyabr – 5 dekabr
Bakıdakı “Azadlıq” meydanında SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində tutduğu ikiüzlü mövqeyə, azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz əlaməti olaraq mitinqlər keçirilmişdir.

22 noyabr
Ermənistan SSR Ali Sovetinin sessiyasının keçirildiyi Opera teatrının binasına mitinq iştirakçılarının hücumundan sonra sessiyasının gedişi dayandırılaraq rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını həyata keçirsinlər. Ümumiyyətlə, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 200 mindən artıq azərbaycanlı əhali Azərbaycana qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

23 noyabr
Topxanada aparılan qanunsuz tikinti dayandırılmışdır Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edilmişdir.

24 noyabr
Ermənistan ərazisindən Qubadlı rayonunun Eyvazlı, Qədirli, Davudlu kəndlərinə hücum edilmiş, Eyvazlı kəndi tamamilə yandırılmışdır.

26-27 noyabr
Kirovakan şəhərinə bitişik Vartanlı (Şaumyan) kəndinə ermənilərin silahlı hücumu nəticəsində 14 nəfər azərbaycanlı vəhşicəsinə öldürülmüş və yandırılmışdır. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə yol gedərək 13-14 gün ərzində Azərbaycana gəlib çatmışlar.

27 noyabr
Ermənilər Zəngibasar (Masis) rayonunun Zəhmət kəndinə basqın etmişlər. 5 nəfər qətlə yetirilmişdir. Quqark rayonunun Saral və Qursalı kəndlərindən Azərbaycana yola düşən maşın karvanına Spitak rayonunun ərazisində ermənilərin basqınları nəticəsində 3 nəfər qətlə yetirilmiş, 7 nəfər yaralanmışdır.

28 noyabr
Ermənilərin Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya və Zod kəndlərinə silahlı basqınlarından sonra əliyalın əhali qarlı dağları aşaraq Azərbaycana gələrkən yolda 12 nəfər şaxtadan ölmüşdür.Ermənilər Stepanavan (keçmiş Cəlaloğlu) rayonunun Qarqar kəndində yaşayan azərbaycanlılara hücum etmiş, kənd sakin Bəsti Mustafayevanı qarət etdikdən sonra üstünə neft töküb diri-diri yandırmışlar.

30 noyabr
Ermənilər Quqark rayonunun Gözəldərə kəndinə basqın etmişlər.

1 dekabr
İrəvanda “Qarabağ Komitəsi”nin üzvləri həbs edilmişlər.

5 dekabr
Qoşunların köməyilə gecə “Azadlıq” meydanı mitinq iştirakçılarından təmizlənmişdir. Nümayişçilərlə toqquşma nəticəsində 3 nəfər həlak olmuşdur.

6-7 dekabr
BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn M.Qorbaçovla erməni lobbisinin görüşü olmuşdur. Ermənilər M.Qorbaçova xristianlığa aid qədim bir əlyazma, İ.Ayvazovskinin rəsm əsərini və vaxtilə ingilis krallarına məxsus olmuş zərgərlik əşyalarını, Raisa Qorbaçovaya qiymətli qolbağı һədiyyə etmişdilər. Cəmisi üç ay SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində işləyən Nikolay Rıjkova isə “Şəbəkə” üslubunda һazırlanmış qiymətli məcməi və 6 stəkanaltı һədiyyə göndərmişdilər.

7 dekabr
Ermənistanda zəlzələ baş vermişdir. Fürsətdən istifadə edərək humanitar yardım adı altında xaricdən Ermənistana külli miqdarda silah-sursat gətirilmiş, sonradan həmin silah və sursat müxtəlif yollarla Dağlıq Qarabağa daşınaraq azərbaycanlılara qarşı istifadə edilmişdir.

8 dekabr
Sov.İKP MK-nın baş katibi M.Qorbaçov Nyu-Yorka səfərini yarımçıq saxlayaraq Ermənistana zəlzələ zonasına gəlmişdir. İrəvanda keçirilən mitinqdə Ermənilər yardım deyil, Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etmişlər.

11 dekabr
Respublika Hərbi Komissarlığının və Mülki Müdafiə Qərargahının zəlzələdən zərər çəkənlərə yardım etmək üçün səfərbər edib Gümrüyə (Leninakana) göndərdiyi, içərisində müxtəlif peşə sahibləri (69 sərnişin, 9 ekipaj) olan “İL-76” təyyarəsi Gümrü yaxınlığında qəsdən qəzaya uğradıldı. Qəzadan yalnız bir nəfər sağ çıxdı. Lakin həmin qəzanın səbəblərini araşdırmaq üçün heç bir komissiya yaradılmadı.

Dekabrın 2-ci ongünlüyü
Ermənistandan deportasiya edilən azərbaycanlı qaçqınlar qarlı aşırımlardan piyada aşaraq kütləvi surətdə Azərbaycana gəlmişlər. Mülki aviasiyanın vertolyotları xilasetmə əməliyyatlarına cəlb edilmişlər.

15 dekabr
Sov.İKP MK “Azərbaycan SSR-in və Ermənistan SSR-in bəzi vəzifəli şəxslərinin qanunsuz hərəkətləri haqqında” qərar qəbul etmişdir. Bakını tərk edən ermənilər bundan sonra kütləvi surətdə geri qayıtmağa başlamışlar.

1989

12 yanvar
SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etmişdir. Ermənipərəst A.Volskinin rəhbərliyi altında birbaşa Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi yaradılmışdır. Komitənin tərkibi 5 nəfər rus, 2 nəfər erməni, 1 nəfər azərbaycanlıdan ibarət olmuşdur.

28 yanvar
A.Volski Ermənistana gedərək Dağlıq Qarabağ məsələsini müzakirə etmişdir.

2 aprel
Rusiyadan olan deputat Qalina Starovoytovanın başçılığı ilə Ermənistandan 40 nəfər anti-Azərbaycan təbliğatı aparmaq üçün Xankəndinə gəlmişdir.

19 aprel
10 minlərlə erməninin zəlzələdən dağılmış Spitakdan Xankəndinə köçməsi haqqında yayılan xəbərlərə etiraz əlaməti olaraq Bakıda nümayiş keçirilmişdir.

20 aprel
SSRİ Ali Soveti daimi yaşayış yerlərini müvəqqəti tərk etmiş azərbaycanlı və erməni millətindən olan şəxslərə köməklik göstərilməsi haqqında qərar qəbul etmişdir

27 aprel
Azərbaycan SSR Nazirlər Soveti Ermənistandan gələn qaçqınların Abşeron rayonunun Altıağac-Xızı zonasında yerləşdirilməsi haqqında qərar qəbul etmişdir.
DQMV-da iş yerindən qovulmuş azərbaycanlıların işlə təmin edilməsi üçün muxtar vilayətin azərbaycanlı kəndlərində sənaye obyektlərinin inşasına etiraz əlaməti olaraq ermənilər Xankəndində tətil etmişlər.

Mayın 1-ci ongünlüyü
İrəvanda həbs edilmiş “Qarabağ Komitəsi”nin üzvləri azadlığa buraxılmışlar.

5 may
“Sovetskiy Karabax” qəzetinin Sov.İKP MK-nın baş katibi M.Qorbaçova açıq məktub ünvanlanmış və Azərbaycan hakimiyyətini təhqir edən, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılmayacağı təqdirdə kütləvi iğtişaşlar törədiləcəyi təhdidi ilə xüsusi nömrəsi buraxılmışdır.

6 may
SSRİ Nazirlər Sovetinin qərarı ilə DQMV-dəki müəssisələr Azərbaycan SSR-in tabeçiliyindən çıxarılmışdır.

18 may
Xankəndi Şəhər Sovetinin sessiyasında vilayətdə xüsusi idarəçilik formasının ləğvi, DQMV-nin Ermənistana birləşdirilməsi haqqında 20 fevral 1988-ci il tarixli qərarın təsdiq edilməsi üçün SSRİ xalq deputatlarının qurultayına müraciət qəbul edilmişdir.

19 may
Sov.İKP MK Siyasi Bürosunun Millətlərarası Münasibətlər Komissiyasının iclasında DQMV haqqında məsələ müzakirə edilmişdir.

25 may
SSRİ xalq deputatlarının 1-ci qurultayında SSRİ Ali Sovetinin Dağlıq Qarabağ üzrə komissiyanın yaradılması qərara alınmışdır.

31 may
SSRİ xalq deputatlarının qurultayında 1989-cu il aprelin 9-da Tbilisi şəhərində güc strukturları ilə toqquşma nəticəsində 9 nəfərin ölümü ilə nəticələnən hadisənin təhqiqi üçün komissiya yaradılması haqqında qərar qəbul edilmişdir. (Lakin 1990-cı il yanvarın 20-də Bakıda 100-dən artıq əliyalın əhalinin qətlə yetirilməsi ilə nəticələnən qanlı olayla bağlı SSRİ Ali Soveti analoji addım atmadı).

1 iyun
SSRİ xalq deputatlarının qurultayında çıxış edən Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov ermənilərin Azərbaycana qarşı ərazi iddiasından, Dağlıq Qarabağda baş qaldıran erməni separatizmindən bir kəlmə də olsun danışmamışdır.

8-9 iyun
Xankəndi şəhərində keçirilən “Qarabağ hərəkatı”nın yığıncağında respublika və mərkəzi hakimiyyət orqanlarına itaətsizlik göstərmək və təxribatlar törətmək qərara alınır.

13 iyundan etibarən
Xüsusi İdarə Komitəsinin ermənipərəst mövqeyi sayəsində DQMV ərazisindəki azərbaycanlı yaşayış məntəqələrinin blokadası başlanmışdır.

28 iyun
Ermənilər tərəfindən Bədərə kəndindən Meşəli kəndinə gedən şose yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışlar.

7 iyul
Xankəndi yaxınlığındakı Kərkicahan kəndi gecə odlu silahlardan atəşə tutulmuşdur. Daxili qoşunların sayəsində qarşıdurma dayandırılmışdır.

8 iyul
Sonralar Ermənistan Respublikasının prezidenti olmuş Robert Koçaryanın rəhbərliyi altında Xankəndində “Arsax Erməni Xalq Hərəkatı – “Miasum” (“Birləşmə”) hərəkatının təsis konfransı keçirilmişdir.

10 iyul
Ermənilər Ağdam-Şuşa yolunu bir neçə yerdən dəmir-beton lövhələrlə və teleqraf dirəkləri ilə kəsmişlər. Yolun təmizlənməsi zamanı Xankəndində yaşayan bir qrup ermənilər hərbçilərə hücum etmiş, onlara silahlardan atəş açmış, 19 hərbçini yaralamışlar. Buna cavab olaraq kərkicahanlılar da Xankəndi yolunu daşlarla bağlamışlar.

11 iyul
Xankəndində 3 azərbaycanlıya basqın edilmişdir. Onlardan 2-si öldürülmüş, 1-i ağır yaralanmışdır.

20 iyul – 27 iyul
SSRİ Ali Sovetinin DQMV üzrə komissiyası muxtar vilayətdə işləmişdir.

22 iyul
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ABŞ Senatının ermənilərin xeyrinəolan 19 iyul tarixli qətnaməsinə qarşı etiraz bəyanatı qəbul etmişdir.

26 iyul
Keçmiş Şaumyan (kənd) Xalq Deputatları Rayon Sovetinin növbədənkənar sessiyası rayonun DQMV-nin tərkibinə daxil edilməsi haqqında qanunsuz qərar qəbul etmişdir.

29 iyul
Azərbaycandan Ermənistana gedən qatarlar Ermənistan ərazisində basqınlara məruz qaldığına görə onların hərəkəti dayandırılmışdır. Naxçıvan MSSR blokada vəziyyətinə düşmüşdür.

29 iyul -6 avqust
Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Bakıda mitinqlər keçirilmiş, DQMV-də Xüsusi İdarə Komitəsinin ləğvi və Azərbaycanın suveren hüquqlarının bərpası tələb edilmişdir.

31 iyul
Ermənistanın Gorus rayonundan Xankəndinə tikinti materiallarının altında silah daşıyan 13 maşın Laçın rayonu ərazisində saxlanılmışdır. Toqquşma baş vermiş, nəticədə 7 azərbaycanlı və bir neçə erməni sürücüsü və hərbçi yaralanmışdır.

1 avqust
Ermənistanın Ararat (keçmiş Vedi) və Azərbaycanın Şərur (keçmiş İliç) rayonlarının sərhədində, Kərki kəndinin yaxınlığında silahlı toqquşma olmuşdur

16 avqust
Xankəndində “DQMV əhalisinin səlahiyyətli nümayəndələrinin qurultayı” keçirilmişdir. Qurultayda DQMV müstəqil İttifaq ərazisi elan edilmişdir. DQMV-də hakimiyyəti Milli Şura adlanan qeyri-qanuni qurum mənimsəmişdir.

20 avqust
DQMV Milli Şurasının qərarı ilə 17 yaşından 50 yaşınadək bütün ermənilər “milli müdafiə dəstələri”nə cəlb edilmişlər.

25 avqust
SSRİ Rabitə Nazirinin əmri ilə Dağlıq Qarabağın rabitə sisteminin Leninqrad vilayətinin rabitə idarəsinə tabeçiliyi ləğv edilmişdir.

27 avqust
“DQMV əhalisinin səlahiyyətli nümayəndələri qurultayı”nın 16 avqust 1989-cu il tarixli qərarını Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qanunsuz hesab etmişdir.

2 sentyabr
Sov.İKP MK-da Azərbaycan və Ermənistan MK-larının büro üzvlərinin və üzvlüyə namizədlərinin görüşü keçirilmişdir.

Sentyabrın 1-ci ongünlüyü
“DQMV əhalisinin səlahiyyətli nümayəndələrinin qurultayı”nın qərarı Bakıda vəziyyətin gərginləşməsinə səbəb olmuş, şəhərdə mitinqlər və tətillər başlanmışdır.

9 sentyabr
Bakıda keçilən mitinqdə DQMV-də Xüsusi İdarə Komitəsinin buraxılması və Azərbaycanın bütün ərazisində onun suveren hüquqlarının bərpası tələb edilmişdir.

15 sentyabr
Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında DQMV-də Xüsusi İdarə Komitəsinin ləğvi, iqtisadi müstəqilik haqqında qanun layihəsini hazırlamaq haqqında qərar qəbul etmişdir.

16 sentyabr
Ermənilərin Tiflis-Bakı marşrut avtobusunda törətdikləri terror aksiyası nəticəsində 5 nəfər ölmüş, 25 nəfər yaralanmışdır.

18 sentyabr
Ağdam şəhərinin yaxınlığındakı yolun təmizlənməsi üçün göndərilmiş hərbiçilərlə sakinlər arasında toqquşma olmuşdur. Hərbçilərin əliyalın əhaliyə qarşı silah tətbiq etməsi vəziyyəti gərginləşdirmişdir. Nəticədə SSRİ DİN-in 2 əməkdaşı öldürülmüşdür.

20 sentyabr
Ermənilər Basarkeçər rayonu ərazisindən Gəncə geoloji kəşfiyyat dəstəsinin Kəlbəcər rayonunun Söyüdlü yatağındakı sahəsinə partlayıcı qurğu qoyaraq mədəni partlatmışlar. Nəticədə bir nəfər yaralanmış, 4 ev yandırılmış, bütün texnika məhv edilmişdir.

22 sentyabr
Xankəndi elektrotexnika zavodunun işçiləri Ağdam-Şuşa istiqamətində hərəkət edən azərbaycanlılara məxsus avtomaşınlara hücum etmişlər.

23 sentyabr
Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edilmişdir.Sentyabrın sonuncu ongünlüyü Ermənistan ərazisində qatarlara edilən hücum Azərbaycan dəmir yolçularını tətilə sövq etmişdir. Ermənistana ünvanlanan yüklər yollarda ilişib qalmışdır.

3 oktyabr
SSRİ Ali Sovetinin sessiyasında çıxış edən yazıçı Anar Rzayev ermənilərin Azərbaycana qarşı ərazi iddiasına Kremlin seyrçi münasibətini pisləmişdir.

5 oktyabr
Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan Xalq Cəbhəsini rəsmi qeydə almışdır.

6 oktyabr
Azərbaycan və Ermənistan arasında qatarların hərəkəti bərpa olunmuşdur.

7 oktyabr
Şuşa ilə Ağdamı bağlayan Xəlfəliçay körpüsü gecəyarısı partladılmışdır. Şuşa rayonu faktiki olaraq blokada vəziyyətinə düşmüşdür. Cinay

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center