Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




 

Avropa Şurasında 13 yaşlı azərbaycanlı qızın qətlə yetirilməsini pisləyən bəyanat qəbul edildi

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Millət vəkillərinin imzaladığı sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul olunub.  Assabmleyanın iclasında qurumun sədri tərəfindən elan olunan yazılı bəyanat təşkilatın rəsmi sənədi kimi Assambleyada yayılıb.

Sənəddə deyilir: «Ermənistan Silahlı qüvvələri 2011-ci ilin martın 8-də işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən snayperlə hədəfə alaraq 9 yaşlı azərbaycanlı oğlan Fariz Bədəlovu faciəli şəkildə qətlə yetirdikdən sonra bu ilin iyul ayında yenidən bir uşağı faciəli şəkildə qətlə yetirmişlər. Bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində 13 yaşlı azərbaycanlı qız, Aygün Şahmalıyeva  Ermənistanın qeyri-humanist və mənəviyyata zidd siyasətinin yeni bir qurbanı olmuşdur. Ermənistan tərəfi partlayıcı qurğu quraşdırdığı oyuncağı bilərəkdən kəndə gələn çaya buraxmışdır. Bu oyuncağı tapan Aygün onu evə gətirmiş və onun partlaması nəticəsində günahsız bir qız uşağı faciəli şəkildə həlak olmuşdur. Uşaqların bu cür faciəli qətl edilməsi bir insanlıq faciəsidir».

Yazılı bəyanatda vurğulanır ki, hər bir uşaq sülh şəraitində böyüməli və təhsil almalıdır. Amma 13 yaşlı Aygün Şahmalıyeva  Ermənistanın təcavüzü  nəticəsində bu hüquqlarından məhrum olmuşdur. Bu faciə bəzi beynəlxalq təşkilatlar, o cümlədən YUNISEF tərəfindən pislənib.

AŞPA-nın qəbul etdiyi yazılı bəyanatda deyilir: “Hər bir uşağın qətlə yetirilməsinin böyük faciə olduğunu nəzərə alaraq Assambleya Ermənistan tərəfindən 13 yaşlı azərbaycanlı qızın, Aygün Şahmalıyevanın faciəli şəkildə qətlə yetirilməsini kəskin pisləyir və bu hadisədən dərin kədər, üzüntü hissi keçirdiyini bəyan edir”.

 

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center