Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




İrandakı hakimiyyət yalnız müxalif siyasi, milli düşüncəliləri izləmək, onları tutub, çeşidli işgəncələrə məruz qoymaqla deyil, vicdan azadılığını pozmaq, təhsil sistemində cinsi ayrı-seçkilik yaratmaq,qadınlara müxtəlif yasaqlar tətbiq etmək, insanların alternativ informasiya vasitələrindən yararlanmasını önləmək, məzhəbiniə görə ayrı-seçkilik qoymaqla da insan haqlarını tapdayır.

Noyabrın ortalarında isə BMT Baş Assambleyası İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib.

Sənəddə  İslam Respublikasında dinc müxaliflərə qarşı «zorakılıq göstərilməsi, şallaq zərbələri vurulması, işgəncə verilməsi, bədənin hansısa üzvünün kəsilməsi, edam hökmlərinin kəskin artması, milli və dini azlıqlara qarşı təzyiq edilməsi və vətəndaşlar arasında ayrı-seçkilik hallarının çoxalması» məhkum edilib.

İranda insan hüquqlarının pozulması haqda qətnamə 193 üzv ölkə arasında səsə qoyulub. 86 ölkə qətnamənin lehinə, 32 əleyhinə səs verib. 59 ölkə isə bitərəf qalıb.

İranda gənc bloqçu, Filippinin Manila Universiteti tibb fakültəsinin tələbəsi Rojin Məhəmmədi tutulub.Noyabrın ortalarında ailəsini görmək üçün İrana gələn Rojin Məhəmmədi Tehranın hava limanında tutularaq, bir sutka dindirildikdən sonra azadlığa buraxılmışdı. İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Kirmanşah şöbəsinin əməkdaşları noyabrın 18-də gənc bloqçunu yenidən həbs etmək üçün onun qaldığı atası evinə gəlsələr də, Rojin Məhəmmədi həmin vaxt mənzildə olmayıb. Evdə axtarış aparılıb, gənc bloqçuya məxsus kompyuter və bir sıra şəxsi əşyalar götürülüb.

ETTELAAT əməkdaşları noyabrın 23-də Rojin Məhəmmədini tutub aparıblar. Tehranın Evin zindanında saxlanan gənc bloqçunun konkret nədə günahlandırıldığı haqda hər hansı məlumat yoxdur.

Yayın sonunda qadın hüquq müdafiəçisi, Tehran Özəl Universitetinin siyasi elmlər fakültəsinin tələbəsi Fərnaz Kamali İnqilab Məhkəməsinin Tehrandakı şöbəsinə çağırılıb.O, ölkənin «milli təhlükəsizliyinə qarşı çıxmaqda», «icazəsiz toplantılara qatılmada» ittiham edilir. Fərnaz Kamali cari ilin martında Tehranın Fələstin küçəsində keçirilən etiraz aksiyasında tutulub bir müddət saxlanılmış, 300 min dollarlıq girov qarşılığında zaminə buraxılmışdı.

Ölkə vətəndaşlırın müstəqil və alternativ informasiya almaq imkanlarını məhdulaşdırmaq üçün İran rəhbərliyi çeşidli tədbirlər keçirməkdədir.

İran polis qüvvələri komandanının nümayəndəsi Əhmədrza Radan jurnalistlərə açıqlamasında çanaq antennalarından yaralananlara xəbərdarlıq edərək, vətəndaşların evlərinin damlarındakı bu quruğuların yığışdırılması prosesini davam etdirəcəklərini söyləyib :«Polisin birinci xəbərdarlığından sonra yenidən belə antennaları quruşdarınlar  məsuliyyətinə cəlb ediləcək. Onların istifadə etdiyi antenalar müsadirə edildikdən sonra yenisin alan, yaxud onan istifadə də israrlı olanlar tutularaq, məhkəməyə veriləcək».

Yeri gəlmişkən,  bir müddət öncə Əhmədrza Radana və komandanı İsmayıl Əhmədi-Müqəddəmə ABŞ-ın Maliyyə Nazirliyi sanksiya tətbiq edib. Onlar Suriya prezidenti Bəşşar Əsədə dinc etirazçıları əzməkdə yardım etdkilərinə görə, bu yasağa məruz qalıblar.

Tehran Sənaye Universitetinin rektoru Rza Rusta-Azad gələn tədris ilindən qızlarla oğlanların ayrı-ayrı auditoriyalarda təhsil alacaqlarını söyləmişdi. Onun sözlərinə görə, orta məktəblərdə oğlanlar qızılarla ayrı-ayrı oxuyurlar. Onlar ali məktəblərdə birdən-birə qızlarla bir yerdə təhsil alanda «şoka düşürlər». Rektorun sözlərinə görə, yeni təhsil ilindən tələbələrin cinsi fərqinə görə, ayrı-ayrılıqda təhsil ala bilmələri üçün müəyyən proqramlar hazırlanıb.

İnsanların bu sayaq mənəvi basqıya məruz qalması, habelə oğlan və qızların təhqir edilməsinə qarşı ölkə daxilindən də təpgilər edilməkdədir. Ölkə parlamentinin deputatı Əli Abbaspur – Tehranifər  Təhsil Nazirliyinin bu proqramına qarşı çıxaraq, belə proqramın «düzgün olmadığını və daha çox maliyyə vəsaiti xərclənəcəyini» bildirib : «Bu maliyyə vəsaitini ödəməyə bizim imkanımız yoxdur. İkincisi, universitetdə təhsil alan oğlan və qızları biri-birindən ayırmağın mənası yoxdur, çünki cəmiyyətdə onlar birilikdə işləyib, fəaliyyət göstərəcək».

İslam Respublikasının  prezidenti Mahmud Əhmədinejad da məsələyə öz mənfi münasibətini bildirib. O, ali təhsil naziri Kamran Daneşcu və səhiyyə naziri Mərziyə Vəhid- Dəstcerdiyə məktub yazaraq, ali təhsil ocaqlarında dərs deyən müəllimlərin ardıcıl təqaüdə göndərilməsinə və tələbələri cinsinə görə bir-birindən ayırmaq cəhdinə qarşı çıxdığını bəyan edib: «…Eşitdiyimizə görə, bəzi universitetlərdə və təhsil ocaqlarında sonrakı nəticəsi nəzərə alınmadan təkcinsli auditoriyalar təşkil edilir. Bu kimi səthi və düşünülməmiş hərəkətlərin qarşısı dərhal alınmalıdır».

Hökumət başçısı nazirdən qızlarla oğlanların biri-birindən ayrıca təshil alması ilə bağlı tədbirrin «dərhal dayandırılmasını» tələb edib.

Heç şübhəsiz bu sayaq tədbirlər hakimiyyətdə  ideoloji aşınmanın və boşluğun gösğtəricisi də sayıla bilər. Cari il İranda təhsil alan birinci kurs tələbələrinin 60 faizini qızlar təşkil edib. Ümumilikdə ölkə üzrə 3,5 milyon tələbə var.

Xristianlığı qəbul etmiş keçmiş müsəlman,keşiş Yusif Nadirxaninin məhkəməsi davam edir.Ötən gün İranın Qərbində, Gilan əyalətində keçirilən məhkəmə prosesi zamanı ona qarşı yeni ittiham irləi sürülüb.

«France Press»-in məlumatına əsasən, əyalət başçısının müavini Qulamrza Rizvani bildirib ki, nadirxani «satqın və sionist casusdur,onun fəaliyyəti İslam Respublikasının dövlət təhlükəsizliyinə təhlükə yaradıb». «Dinin dəyişməyə görə, edam edilmir, odur ki, bu məsələnin önəmi yoxdur»-deyə, müavin bəyan edib.

Gilan əyalətində dövlət təhlükəsizliyi məsələsinə nəzarət edən, Rizvaninin bəyanatı, Y.Nadirxaninin «işi» ilə bağlı hakimiyyət təmsilçisinin ilk belə şərhidir.

Agentliyin məlumatına əsasən, vəkilləri bildirib ki, məhkəmə zalında müştərilərinə qarşı «vətən xaini və casus ittihamı» irəli sürləməyib.

Q.Rizvani keşişi «zorlama, güc tətbiq etməklə insanlardan pul qopartmaq»da suçlandığını söyləyib.

«Fox News»-un xəbərində isə bildirilib ki, Y.Nadrixaninin ittihamnamsində bunlardan bəhs edilmir.

Barəsində edam hökmü çıxarılmış keşiş Yusif Nadirxani yenidən «müsəlman olmaqdan» imtina edib.

Bu haqda «Christian Solidarity Worldwide» («Dünya xristian həmrəyli») məlumat yayıb.

İran Ali Məhkəməsi bu hökmü Y.Nadirxani yenidən müsəlman olacağı halda ləğv edəcəyini bildirmişdi.

Xatırladaq ki, 2009-cu ilin oktyarbrında  İran İnqilab Məhkəməsinin Rəştdəki şöbəsi 33 yaşlı protestant təriqətli  keşiş Yusif Nadirxaniyə ölüm hökmü çıxarmışdı. O, «mürtədlikdə» və «müsəlmanlar arasında xristianlağı təbliğdə» suçlandırılırdı.

İranın ali məhkəməsi bu hökmü ləğv etmişdi. Məhkumun vəkili Məhəmmədəli Dadxah demişdi:«Müttəhim hərəkətlərinə, dinini dəyişdiyinə görə tövbəyə çağrılıb. Yenidən baxılması üçün iş geriyə, sakini olduğu şəhərə, Rəştə göndərilib». Başqa sözlə, o, etdiyi «cinayətə» görə, tövbə edərsə, barəsində qaldırılmış iş ləğv oluna bilər.

Hazırda Yusif Nadirxaninin 33 yaşı var. O, 19 yaşındaikən islamdan xristanlığa keçib. Bundan sonra hazırda «İran kilsəsi» adlanan yevangeliya icmasının keşişi olub. Y.Nadirxaninin xanımı Fatimə Pəsəndidə də xristianlığı qəbul etdiyi üçün  barəsində də ilkin olaraq, ömürlük həbs cəzası çıxarılmışdı. Ötəni ilin oktyabarında Appeliyasi məhkəməsinin qərarından sonra o, sərbəst buraxılıb. Onların iki az yaşlı övladı var.

Ötən həftə  Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton edam ərəfəsində olan gənc iranlı keşiş Yusif Nadirxaninin ölüm hökmünün ləğvini tələb edib. ABŞ hökuməti və Böyük Britaniyanın xarici işlər naziri də yaydıqları ayrı-ayrı bəyanatlarda İran hakimiyyətindən bir uşaq atası olan keşişin ölüm hökmünün ləğvini, azadlığa buraxılmasını tələb ediblər.

Polşanın xarici işlər nazirinini müavini Yeji Pomyanovksi Tehranın Varşavadakı səfirliyinə oxşar nota təqdim edib.

Baş verənlərdən göründüyü kimi iki il öncə Y.Nadirxaniyə qarşı «vətən xaini, casus ittihamı» irəli sürülmürdü. Hətta islamı yenidən qəbul edəcəyi halda onun edam hökmünün də ləğv olunacağı İran rəsmiləri tərəfindən bildirilirdi.

Görünür, «casus» biznesi Tehran hakimiyyətinin xoşuna gəlib. Axı, İran məhkəməsi «casusluqda» ittiham etdiyi 3 amerikalının ölkəsinə təhvil verilməsi qarşılığında 1,5, milyon dollar qazanmışdı. Bu baxımdan Y.Nadirxani barəsində də hökmü ləğv emək üçün istənilən Avropa ölkəsi, hətta ABş belə pul ödəyərsə, onun da sərbst buraxılacağını ehtimal etmək olar.

İnsanaları dini inanclarına və ya vicdan azadlığına görə, təqib edib, onları cəzalandıran hakimiyyət islam dini məzhəblərinin təmsilçiləri arasında da ayrı-sekçilik qoymaqdadır. Bu hakimiyyət təmsilçiləri tərəfindən də etiraf edilir.

Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin cümə namazının rəhbəri Mövləvi Əbdülhəmid “Came” məscidində çıxışı zamanı ölkədə sünni məzhəbli vətəndaşlara qarşı təzyiqlərə, ayrı-seçkiliyə son qoyulmasını tələb edib.

Qeyd edək ki, bu əyalətdə əsasən milliyyətcə bəluc olan sünni məzhəbli müsəlmanlar yaşayır.

Mövləvi Əbdülhəmid deyib:«Sünni məzhəbli bəluc xalqının ölkə rəsmilərindən gözlədiyi odur ki, onların məzhəb azadlığına, öz dini vəzifələrini yerinə yetirməsinə hörmətlə yanaşılsın və bu yolda əngəllər aradan götürülsün.Ölkədə müxtəlif xalqların və məzhəblərin mövcudluğu ixtilafa səbəb olmamalıdır. Biz hamının xeyirxahlığını və bərabər hüquqluğunu istəyirik. Biz ölkə Ana Yasasında tanınan hüquqlarımıza qoyulan məhdudiyyətlərin vahiməsi altında yaşamamalıyıq. Biz istəyirik ki, özümüzə məxsus dini mədrəsələr fəaliyyət göstərsin, sərbəst şəkildə öz məzhəbimizi təbliğ etməyimizə imkan verilsin.

Şiələrlə sünnilərin bir-birinə qardaş olduğunu nəzərə alaraq biz istəyirik ki, onlar arasındakı hüquq bərabərliyinə riayət edilsin və məzhəbindən asılı olmayaraq hamıya bir gözlə baxılsın. İranın müxtəlif sərhəd zonalarında yaşayan sünnilər bu vətən və ölkənin müdafiəsi uğrunda qurbanlar veriblər. Elə buna görə də, bizim umacağımız odur ki, sünnilərə qarşı hər hansı ayrı-seçkilik ortadan qaldırılsın və ədalətə riayət edilsin.

Sünni əhlinin hakimiyyətdən gözlədiyi odur ki, onların da balaları silahlı qüvvələrdə işə götürülsün və onlar da öz vətənlərinin torpağını və müstəqilliyini müdafiə edə bilsinlər. Hazırda İran islam inqilabının bərqərar olunmasından 32 il keçsə də, təəssüflər olsun ki, bizim tələblərimizin heç biri yerinə yetirilməyib. Ölkədə hələ də təəssübkeşlik və ayrı-seçkilik davam edir. Yazıqlar olsun ki, rəsmilərimiz dildə iddia etdikləri qardaşlıq, ədalət və nisbi bərabərliyi bərqərar edə bilməyiblər. Biz sünnilər milli birlik və təhlükəsizliyimizin qorunması üçün həmişə dözmüşük və həmişə belə bir ümidlə yaşamışıq ki, bizə qarşı olan bu təzyiq və ayrı-seçkiliyə nəhayət bir gün son qoyulacaq. Daha doğrusu, biz sünnilərə təzyiq ediləcəyini gözləmirdik».

Sünnilərrin haqqını tapdayıb, xristianlığı qəbul edənlərdən tövbə tələb edən hakimiyyət əcaib bir qərar da çıxarıb. Həmin qərara əsasən, bundan sonra ölkədə «gülən qadın reklamı» yasaqlanıb.

İran informasiya vasitələrinin məlumatına əsasən, bundan sonra aktrisa, model qadınların fotolarının jurnal, qəzet səhifələrində, habelə qida və ya ənlik məhsulları üzərində reklamı qadan edilib. Bu qəranın icrasına yerli bələdiyyələrdə yaradılmış özəl bölmələr nəzarət edəcək.

Tehran hakimiyyətinin çeşidli tədbirlərinə baxmayaraq, ölkədə boşananların sayı da artmaqdadır. İslam Respublikasının rəsi statisitikasına (amar) görə, son 5 ildə boşananların sayı 37 faiz artıb. 2005-ci ildə ailə bağlarını qıranların sayı 84 min idisə, 2010-cu ildə bu rəqəm 137 min 200 olub. Boşanma halları daha çox gənc ailələrdə baş verib. Boşanan qadınların orta yaş həddi 20-24, kişilərinki isə 25-29-dur.

Belə xəbərlərə əsasən ölkədəki ictimai durumu hər kəs dəyərləndirə bilər. İrandakı hakimiyyət 33 il ərzində vətəndaşlarına verdiyi zülmlə, onların haqqını tapdamaqla, habelə ailə işlərinə qarışmaqla cəmiyyətdə ciddi sosial probelmlər yaradıb.

S.Soltan

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center