Логин:   
Пароль:
Регистрация на сайте! Забыли пароль?
Вы просматриваете мобильную версию сайта. Перейти на полную версию сайта.
İran hakimiyyətinin Azərbaycana qarşı çıxışlarına qısa cavab
Категория: Информация
автор: tale_hasanov | 27-02-2012, 09:46 | Просмотров: 720


Güney
Azərbaycan türklərinin milli haqqını təmin etməmək ya onların hüquqlarını tanımamaq üçün İran hakimiyyəti davamlı surətdə həm Güney Azərabycan türklərinə çeşidli basqılar edir, həm Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etməklə islam adı altında ölkəmizdə pozuculuq fəaliyyəti göstərərir

Комментарии (1) Подробнее
İranın atom proqramının inkişafına görə Almaniya da məsuliyyət daşıyır
Категория: Информация
автор: tale_hasanov | 11-02-2012, 22:01 | Просмотров: 404

10 il öncə buraxılmış fürsətin acı nəticələri indi özünü göstərir

Yanvarın sonunda Avropa Birliyinin İrana qarşı qoyduğu sanksiyaların təfərrüatları açıqlanıb. Həmin sənədə əsasən, üzv ölkələrin başçıları İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə sanksiyanı təsdiqləyib. Qəbul edilmiş qərara görə, İran Mərkəzi Bankının Avropa Birliyinin banklarındakı bütün əmlak və vəsaitləri dondurulur, quruma üzv ölkələrin İranın Mərkəzi Bankı və İran hakimiyyətinin digər qurumları ilə almaz və qızıl sahəsindəki ticarəti yasaqlanır.

Подробнее
XRONOLOGİYA 20 YANVARA APARAN YOL
Категория: Информация
автор: tale_hasanov | 22-01-2012, 10:24 | Просмотров: 317

20 Yanvara aparan yol
(XRONOLOGIYA)

18 oktyabr

İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə etiraz bəhanəsilə təşkil edilmiş mitinq zamanı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi haqqında çağırışlar edilmiş və imza toplanmışdır.

Подробнее
Azərbaycan Silahlı Qüvvələrinin quruculuq tarixi: islahatlar və perspektivlər
Категория: Информация
автор: tale_hasanov | 22-01-2012, 10:14 | Просмотров: 716

20 illik yeni tarix ümidlər ortaya qoyur

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 93 il ötəcək. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq ölkədə çox böyük işlər görüldü. ADR hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

Подробнее
Erməni uşaq qatilləri AŞPA gündəmində
Категория: Информация
автор: tale_hasanov | 22-01-2012, 10:11 | Просмотров: 210

 

Avropa Şurasında 13 yaşlı azərbaycanlı qızın qətlə yetirilməsini pisləyən bəyanat qəbul edildi

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Millət vəkillərinin imzaladığı sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul olunub.  Assabmleyanın iclasında qurumun sədri tərəfindən elan olunan yazılı bəyanat təşkilatın rəsmi sənədi kimi Assambleyada yayılıb.

 

Подробнее
Din, məzhəb adı altında yaradılan ictimai problemlər
Категория: Информация
автор: tale_hasanov | 22-01-2012, 10:00 | Просмотров: 176

İrandakı hakimiyyət yalnız müxalif siyasi, milli düşüncəliləri izləmək, onları tutub, çeşidli işgəncələrə məruz qoymaqla deyil, vicdan azadılığını pozmaq, təhsil sistemində cinsi ayrı-seçkilik yaratmaq,qadınlara müxtəlif yasaqlar tətbiq etmək, insanların alternativ informasiya vasitələrindən yararlanmasını önləmək, məzhəbiniə görə ayrı-seçkilik qoymaqla da insan haqlarını tapdayır.
Noyabrın ortalarında isə BMT Baş Assambleyası İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib.

Подробнее
Daha uduzmayaq
Категория: Информация
автор: tale_hasanov | 22-01-2012, 09:42 | Просмотров: 316

Azərbaycan şərqşünaslarının bir araşdırması yadıma düşdü. Tədqiqatçı alim əlyazmaları araşdırarkən XIX əsrin ortalarına aid və Şimali Azərbaycanda yayılmış bir risaləyə rast gəlib. Risalənin müəllifi hansısa din xadimi idi. Onun adı da yadımda qalmayıb, necə ki, onun adı Rusiya imperiyası tərəfindən yenicə işğal edilmiş Şimali Azərbaycanın o dövrdəki mənbələrində də xatırlanmır.

Deməli, həmin o dini xadim öz risaləsində Osmanlı-Səfəvi, Osmanlı-Əfşar və daha sonra Osmanlı-Qacar müharibələrində Şimali Azərbaycan əhalisinin üzləşdiyi əziyyətləri, müsibətləri bir-bir sadalayır. Sonda öz dövrünün həmin dini xadimi, yəni ziyalısı belə bir yekun vurur ki, yalnız “əlahəzrət rus imperatorunun qanadı altına sığınmaqla Azərbaycan müsəlmanları” əmin-amanlığa qovuşdular. Risaləni şərh edən müasir tədqiqatçı soydaşımız  düzgün olaraq qeyd edir ki, bu risalə rus müstəmləkə idarəsinin sifarişi ilə yazılmışdı.

Подробнее
İranda hamıdan yaxşı ermənilər yaşayır
Категория: Информация
автор: tale_hasanov | 20-01-2012, 05:01 | Просмотров: 186

Onların 23 məktəbi, 30-dan artıq QHT-si fəaliyyət göstərir

Redaksiyadan. . Bu yazını son zamanlar İranın ali dini lideri, ayətullah Əli Xamineyinin Ərdəbildəki nümayəndəsi, sözügedən şəhərin imam-cüməsi Seyid Həsən Amilinin yaddaşını bir qədər təzələmək ümidi ilə sayta yerləşdirdik. Bəlkə adam faktların bu qədər açıq göründüyünü dərk edər.  Tanıtım üçün qeyd edək ki, Seyyid Həsən Amili Qarabağı ermənilər deyil yəhudilər işğal ediblər deyərək məsciddə bəyan edən ruhanidir.

Подробнее
İran "Nabukkonu" sevmir
Категория: Информация
автор: tale_hasanov | 19-01-2012, 03:47 | Просмотров: 167

Bu hakimiyyət qonşusuna həsəd aparmaqdadır

Tehran hakimiyyəti təmsilçiləri «sanksiyalar ölkə iqtisadiyyatına elə ciddi təsir etməyib» deyərək, özlərni tox tutmağa çalışsalar da İrandan verilən açıqlamalar bunun əksini təsdiqləməkdədir.«İSNA»-nın məlumatına görə, «Ekonomist» jurnalının sonuncu hesabatında xarici birbaşa sərmayələrin İslam Respublikasının iqtisadiyyatına gələcəkdə qoyulmasında azalmanın müşahidə olacağı proqnozlaşdırılıb.

Подробнее
İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın göstərə biləcəyi güc-qüvvət fərqli olacaq
Категория: Информация
автор: tale_hasanov | 19-01-2012, 03:43 | Просмотров: 189

Ermənistanın kəşfiyyat general Karapetyanın açıqlamaları sırf yanlışlıqlar üzərində qurulub

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan erməni mətbuatına müsahibəsində bir sıra diqqətçəkən faktlar açıqlayıb. Peşəkar kəşfiyyatçılar üçün bu müsahibədə əslində qeyri-adi heç nə yoxdur. Amma bu “heç nə”nin özü kəşfiyyatçılar üçün dəyərli bir məlumatdır: bu açıqlaması ilə erməni ordusunun baş kəşfiyyatçısının düşüncə tərzi, hədəf və məqsədləri tam çılpaqlığı ilə ortaya qoyulub. Bu baxımdan sözsüz ki, bu açıqlama Azərbaycan tərəfi üçün, istər KİV, istər QHT, istərsə də güc strukturları üçün müəyyən qədər faydalıdır. Xüsusilə də onun kəşfiyyatçılığı erməni mentalitetinin xarakterik cəhəti kimi təqdim etməsini fərqli yozumlarda qəbul eləmək olar.

Подробнее