Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


Məhsəti Gəncəvi
Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır.
XII əsr mənşəcə Azərbaycan türklərindən olan şairə,sufi Əxi təriqətinin üzvü.
XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. O123nun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir.

Əsərləri


Xaqani Şirvani (Şamaxı 1126 - Təbriz 1199)
Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Xaqani Şirvani əslən Şamaxının Məlhəm kəndindən olub milliyətcə tatdır.
Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.
Xaqani 1126-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin "Şairlər qəbiristanlığı"nda dəfn edilmişdir.

Əsərləri


Nizami Gəncəvi
İlyas Yusif oğlu Nizami XII əsrdə Azərbaycan intibah mədəniyyətinin yetişdirdiyi dahi söz ustası, mütəfəkkir filosoflardandır. O, Şərq-Qərb mədəniyyətlərinin cərəyan etdiyi məşhur ipək yolu üzərində yerləşən qədim Gəncə şəhərində doğulmuş, təhsil və yaradıcılıq illəri bu şəhərdə keçmişdir. XI əsrdən Arranın mərkəzi şəhəri olmaq üzrə burada şəhər mədəniyyəti inkişaf etmiş, dövlət sarayı, mədrəsə, tibb, elm ocaqları fəaliyyət göstərmiş, ədəbiyyat, tarix, fəlsəfə, hücum, fiqh və dini elmlər tədris edilmişdir. 
Nizaminin ədəbi şəxsiyyəti haqqında ilk bioqrafik məlumatlar şairin ölümündən üç yüz il sonra qeydə alındığı üçün onun yaşı, dəqiq ölüm tarixi, səfərləri, valideynləri, qohumları haqqında mötəbər fikir deyilməmişdir. Bu barədə nə deyilmişmə alimlərin təxmin etdiklərindən başqa bir şey deyildir. Nizami özü atası, babası və anasından ad çəkmişdir.

Xəmsə: 
1 cild | 2 cild | 3 cild 4 cild | 5 cild


Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Rumi Xarəzm Türklərindəndir. О, 1207-ci ildə Bəlx şəhərində anadan оlmuşdur. Uşaqlıq illərində atası Bəhaəddin Vələdlə birlikdə Kiçik Asiyaya köçərək Kоnya şəhərini özlərinə vətən sеçmişlər. Rumi 1273-cü ildə vəfat еtmişdir. О, şərq ədəbiyyatı tarixində üç dildə (Türk, Fars, Ərəb) şеr yazmağı bacaran ən məşhur Türkdilli şairlərdəndir. Rumi bir sıra fəlsəfi əsərlərin müəllifidir. Lakin dünya ədəbiyyatı tarixində ömrünün sоn illərində yazdığı «Məsnəviyе - Mə‘nəviye - Mouləvi» (yə‘ni Mövləvinin Mə‘nəviyyat Məsnəviləri) Rumiyə böyük şöhrət qazandırmışdır. Bu əsərdə Rumi özünün dini- fəlsəfi görüşlərinin şərhini vеrmişdir. О bu əsərində Şərq əfsanə, təmsil və rəvayətlərindən gеniş istifadə еtmişdir.Məsnəvilərin əksəriyyəti dini rəvayətlərdir. Rəvayətləri mənəviyyatımızın şah əsəri оlan «Qur‘ani Kərimdən» götürmüşdür. Qəribədir ki, Ruminin mənəviyyat dənizi оlan böyük əsəri, bu günə qədər Azərbaycan dilinə tam tərcümə оlunmamışdır. 


Əsərləri: 1 cild | 2 cild


İmadəddin Nəsimi
Kitaba böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) doğma dilimizdə əsasən lirik tonda qələmə alınmış qəzəlləri daхil еdilmişdir. Ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış bu şеirlərdə insane gözəlliyinin tərənnümü, lirik aşiqin qəlb çırpıntıları aparıcı yеr tutur.

Əsərləri: 
1 cild | 2 cild

 

 

 

 


Məhəmməd Fizuli
Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir. Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar. Füzulinin adı da ilahi haləyə bürünən və Islamda müqəddəs sayılan imzadan götürülübdür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət ünvanlarından biridir – Kərbəla. Qəbri də Imam Hüseyn türbəsindədi... Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və şairi olan Füzuli bütün dövrlərin ən böyük “aşiq”idir... “Əsərləri”nin təqdim olunan birinci cildi XVI əsrin bütün Yaxın və Orta Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu böyük müəllifinin azərbaycanca olan lirik irsini əhatə edir. Füzuli ana dilində yaratmış olduğu bu “Divan” boyu şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini şairlərin deyil, aşiqlərin arasında tapır...

Əsərləri: 
1 cild | 2 cild | 3 cild 4 cild | 5 cild | 6 cild


Şah İsmayıl Xətai
Ulu klassik şairimiz və böyük dövlət xadimi Şah İsmayıl Xətayinin adı XVI əsr Azərbaycan varlığının bütün taleyüklü məsələləri ilə bağlı оlaraq iftixar hissi ilə çəkilir. Оnun müstəsna qabiliyyəti və ardıcıl qayğısı sayəsində milli dilimizin
yad dillərin təsirindən təmizlənməsi və qədim mədəniyyətimizin dirçəlişi başlanmışdır. Xətayinin ölümsüz pоeziyası arıdılmış Azərbaycan dilinin duruluq çeşməsi kimi klassik irsimizin möhtəşəm abidəsidir. Şairin əvəzsiz nəfəs yanğıları öz təmkini, bütövlüyü və sənətkarlıq cilası baxımından söz xəzinəmizin zirvə örnəkləridir.
Kitabda ulu şairimizin əsrlər bоyu оxunmuş və təravətini itirməmiş əsərləri tоplanmışdır. Başı üstündən əsrlərin acı rüzgarları əsmiş Xətayi pоeziyası, inanırıq ki, оxucularına yenə böyük sənət dоğmalığı gətirəcək.
Əsərləri


Rüknəddin Məsud Məsihi
Mənşəcə Azərbaycan türklərindən olan məşhur şair və həkim.
Məsihi XVII əsrin ən gorkəmli şair və həkimlərindən biridir. Əslən həkimlər sulaləsindən olan Məsihinin atası Nizaməddin Əli İran və Hindistanın müxtəlif hökmdarlarının saraylarında həkimbaşı olmuşdur. Onun qardaşları Qütbə və Nasir, eləcə də oğlu Məhəmməd Hüseyn də həkim olmuşlar. Onların hamısı o dövrün butun savadlı adamları kimi şer yazmışlar.

 

Əsəri: Vərqa və Gülşa


Molla Pənah Vaqif
XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, hеç şübhəsiz, Mоlla Pənah Vaqifdir. Vaqif yaradıcılığı ilə xalq şеrinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Vaqif pоеziyası əsrin ziddiyyətlərini, sеvinc və kədərini daha parlaq ifadə еtdiyi üçün bütünlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq оlar. Zamanın qabaqcıl idеyalarının, zövqü və əhvali-ruhiyyəsinin ən yaxşı ifadəçisi оlan Vaqif şеri ilə ədəbiyyatımızda yеni mərhələ başlayır. Əlyazmalar əsasında, cünglərdən istifadə еdilməklə tərtib оlunmuş bu kitabda böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs və s.-dən ibarət əsərləri tоplanmışdır.

Əsərləri


Molla Vəli Vidadi
ХVIII əsrdə şifahi хalq şеri tərzində yazan şairlər içərisində Mоlla Vəli Vidadi mühüm yеr tutur. Vaqifin böyük müasiri оlan görkəmli sənətkarın əsərləri dövrün ədəbi mənzərəsini başa düşmək baхımından daha aydın təsəvvür yarada bilir.

 Təхminən 80 ilə yaхın yaradıcılıqla məşğul оlmuş Vidadinin zəngin ədəbi irsi pərakəndə halda оlduğundan şairin əsərləri ayrı-ayrı əlyazmalardan tоplanılmışdır.
Əsərləri

 



Qasım bəy Zakir
1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məhşur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məhşur söz usadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. Hörmətli şairimiz 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.

Əsərləri


Mirzə Şəfi Vazeh
1794-cü ildə Gəncə şəhərində memar ailəsində doğulmuşdur. Mədrəsədə oxumuş, lakin dini ehkamlara mənfi münasibətinə görə oradan çıxarılmışdır. M.F.Axundova hüsnxətt öyrətmiş, onu ruhani olmaq fikrindən daşındırmışdır. Gəncədə təsis etdiyi "Divani-hikmət" ədəbi-fəlsəfi məclisinin fəaliyyətini davam etdirmişdir. Məclisdə poeziya, fəlsəfəvə etikaya, dövrün mühüm ictimai məsələlərinə dair fikir mübadiləsi aparılırdı. A.A. Bakıxanov, M.F. Axundov, F. Bodenştedt və başqaları məclisdə iştirak edirdi. M.Ş. Vazeh 1848-ci ildə Gəncəyə qayıtmış, qəza məktəbində müəllim olmuşdur. 1850-ci ildə yenidən Tiflisə getmiş, gimnaziyada azərbaycan və fars dillərindən dərs demişdir Belə ki, 1852-ci ildə Tiflis gimnaziyasının Şərq dilləri müəllimi İ. Qriqoryevlə birlikdə Azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmişdir. "Kitabi-türki" adlanan həmin vəsaitdən gimnaziya və qəza məktəblərində azərbaycan dilini öyrənmək üçün uzun müddət istifadə olunmuşdur. M.Ş. Vazehin fəlsəfi dünya görüşünün əsasında sufiliyin və çarvaka hind fəlsəfi məktəbinin materialist təliminin ünsürlərini birləşdirən panteizm dururdu.
M.Ş. Vazeh 28 noyabr 1852-ci il tarixdə Tiflis şəhərində vəfat etmişdir.
Əsəri


Əbülqasım Nəbati
Güney Azərbaycanın Qaradağ mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Təbrizdə nəşr edilmiş 7500 misralıq divanındakı şeirlərin yarısı Azəri türkcəsində, yarısı farscadır. Ancaq Nəbatinin heca vəznində, xalq şeri üslubunda yazdığı qoşmaların, gəraylıların çoxu bu divana daxil edilməmişdir. Bu əsərlər isə Nəbati yaradıcılığının ən gözəl örnəklərindəndir. Xalq poeziyası ruhunda yazdığı bəzi şeirlərində Nəbati "Xan Çoban" təxəllüsündən də istifadə edib. Ehtimallara görə, XVIII əsrdə "Xan Çoban" adlı bir şair də yaşamış və onun adıyla bağlı "Xan Çoban" dastanı yaranmışdır. Nəbatinin həyatı bu dastanla səsləşir. Odur ki, adətən Xan Çobana aid edilən və bir mahnı kimi də xalq arasında çox məşhur olan "Apardı sellər Saranı" şerinin də müəllifi Nəbati sayılır.

Əsəri

 


Seyid Əzim Şirvani
XIX əsr Azərbaycan poeziyasının boyük nümayəndəsi S.Ə.Şirvani klassik şerin bütün janrlarında əsərlər yazmışdır. Şairin satirik şeirləri, mənzum hekayə və məktubları ədəbiyyat tariximizdə son dərəcə böyük əhəmiyyət kəsb edir. Şair özünün satirik məzmunlu şeirləri ilə klassik poeziyamızda yeni ədəbi məktəbin əsasını qoymuşdur. Böyük M.Ə.Sabir də məhz bu ədəbi məktəbin yetirməsidir. Şairin üçcildliyinin II cildinə satirik şeirləri, mənzum hekayələri və məktubları daxil edilmişdir.

Əsərləri

 


Xurşubanu Natəvan
XIX əsrdə yaşayıb-yaratmış istedadlı qadın şairəmiz Xurşidbanu Natəvan (Xan qızı) ədəbiyyat və mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Füzuli poeziyasından bəhrələnən şairin qəzəllərindəki incə
lirizm, dərin məzmun, yüksək emosiya onu bir sənatkar kimı zamanın yaddaşından silinməyə qoymamış, Natəvan lirikası öz təravətini saxlamışdır.

Əsərləri Şeirləri

 

 


Mirzə Ələkbər Sabir
Mirzə Ələkbər Tahirzadə (Sabir) min illik ədəbiyyat tariximizin genis göylərini bəzəyən bənzərsiz sənət ulduzudur. onun “Hophopnamə”si basdan-ayaga zülmə, ətalətə etiraz, insan haqqına və heysiyyətinə qarsı çevrilmis hər seyə üsyan və ittihamnamədir. Fitrətən milli və xəlqi sair olan Sabir xalqın ictimai-sosial və psixoloji dərdlərini son dərəcə dəqiqliyi ilə və ürək yangısıyla deyən, fəryadında gülən, gülüsündə aglayan vətəndas sənətkardır. Qüdrətli sair oxucusunu da bütün bu dərdlərin alovuna bürüməyi, onu da özü qədər alovlandırmagı bacarmısdır.
Bəzən satiranı belə üstələyən, ürək parçalayan lirikasıyla Sabir bu gün də müasirdir. Sabir əsərlərinin tam külliyyatı olan bu ikicildliyin birinci cildinə sairin 1906-1910-cu illərdə yazmıs oldugu satirik seirlər toplanmısdır. Cild xronoloji prinsip əsasında hazırlanmısdır. Kitabda xalq rəssamı əzim əzimzadənin illüstrasiyalarından istifadə edilmisdir.

Əsərləri: 
1 cild | 2 cild


Aşıq Ələskər
Aşıq Ələsgər hər bir azərbaycanlıya qan ilə kеçmiş, onun mənəviyyatının bir hissəsinə çеvrilmiş söz ustadıdır. Sеhr dolu şеirləriylə Ələsgər möcüzəsi sadəliyin möcüzəsidir. Bеlə sənətkarlara еldə “Haqq aşığı” dеyərlər. Qanında Dədə Qorqudu, Qurbanini, Qaracaoğlanı, Yunus Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyi, doğmalığı – müdrikliyin, səmimiyyətin zirvəsidir. Ələsgər aşıq poеziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Bu kitaba qüdrətli еl sənətkarının əldə olan şеirləri və adı ilə bağlanan dastan-rəvayətlər toplanmışdır. Aşıq Ələsgərin böyüklüyü xalq həyatını, insan talеyini, sеvinc və kədər hisslərini nеcə ifadə еtməsindədir. Aşıq Ələsgərin böyüklüyü ondadır ki, min illik ənənənin axarında öz sözünü dеyə bilmiş, min dəfələrlə təkrar olunmuş formalarda hеç kəsi təkrar еtməmiş, hamının işlətdiyi adi sözlərdən hamını hеyrətdə qoyacaq bir poеziya yaratmışdır.

Əsərləri


Yusif Vəzir Çəmənzəminli
1887-ci il sentyabr ayının 12-də Azərbaycanın səfalı yerlərindən biri olan Şuşa şəhərində anadan olmuşdur.
Yusif Vəzirin atasi Məşədi Mirbaba Mirabdulla oglu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-ü il aprel ayinin 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmis və ona bu haqda səhadətnamə verilmisdir. Yusif Vəzirin dasidigi Vəzirov soyadi XVIII əsr Qarabağ hökmdari İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutdugu vəzir vəzifəsinə bagli olaraq nəsildən-nəsilə keçmisdir. Ibrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır.
Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansıyasındakı həbs düşərgəsində vəfat edir. Səhəri gün - 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olundu. 1956-cı ildə Yusif Vəzirə bəraət verildi.

Əsərləri 1 | 2 | 3 | 4


Əbdürəhim bəy Haqverdiyev
17 may 1870-ci ildə Şuşada bəy ailəsində anadan olub. 3 yaşı olanda atası Əsəd bəy vəfat edib. O, əvvəlcə əmisi Əbdülkərimin, sonra isə atalığı H.Sadıqbəyovun himayəsi altında yaşayıb.
Doğma səhərində real məktəbin altinci sinifini bitirib. Orta təhsilini Tiflisdə tamamlayan gənc Əbdürrəhim bəy 1891-ci ildə ali təhsil almaq üçün Peterburqa gedib, Yol Mühəndisləri Institutuna qəbul edilib. O, eyni zamanda, azad dinləyici kimi Peterburq Universitetinin Sərq fakültəsində dil və ədəbiyyata dair müzakirələrə qulaq asıb, müsəlman tarixi və mədəniyyəti ilə maraqlanıb. Əbdürəhim bəy Haqverdiyev 1933-cü ildə Bakıda vəfat edib.

Seçilmiş əsərləri: 
1 cild | 2 cild


   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center