Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




30 milyonluq «bəsic»ə maliyyə vəsaiti çatmır

Təxminən 8 il öncə İraqın keçmiş prezidenti Səddam Hüseyn bəyan edirdi ki, ölkəsinə qarşı hərbi əməliyyatlar başlayacağı halda xarici qüvvələrə müqavimət göstərib, onları İraqdan qova biləcək «15 min xüsusi təlim görmüş qvardiyaçı»sı var.

Düzdür, İrana qarşı hələ ki hərbi əməliyyatların başlayacğı ilə bağlı qəti addımlar atılmasa da Tehran hakimiyyəti ehtimal olunan bu aksiyaya neçə illərdir hazırlaşır.

Noyabrın birinci həftəsində İslam Respublikasının müdafiə naziri Əhməd Vahidi bildirib: «Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən düşmənçilik hərəkət silahlı qüvvələrin qətiyyətli, sürətli və möhkəm reaksiyası ilə üzləşəcək».

«İRNA»-nın məlumatına görə, general - mayor Ə. Vahidi sahil reyd qayıqlarının nizam-intizam qüvvələrinə təhvili mərasimində dənizdən istifadənin inkişafı,dəniz  donanamasının gəmilərinin möhkəmləndirilməsi, özəlliklə, sərhədlərin qorunmasının gücləndirilməsinin zəruriliyinə dair fikirlərini bildirərkən:«Ölkənin su sərhədlərini qorumaq və sahil reydlərinin bərqərarının zəruriliyi məqsədilə Müdafiə Nazirliyinin Dəniz Sənayesi Təşkilatında bir neçə növ patrul xitməti üçün nəzərdə tutulmuş qayıqlar istehsal olunub. İnqilab Keşikçiləri Qvardiyası, Ordu və nizam-intizam qüvvələri körfəzi və Oman dənizində bölgədən kənar qüvvələrin bütün hərəkətlərinə iqtidarlı şəkildə nəzarət edirlər» deyə bildirib.

Bu İran hakimiyyətinin həm də hərbi əməliyyatlardan ciddi şəkildə ehtiyatlandığını göstərir. Tehran rejiminin hərbi qüvvələrinin sayı dəqiq bəlli deyil.Əhalisinin sayı 78 milyondan çox olan, bu ölkədə silahlı qüvvələrin 600 min nəfər olduğu haqda məlumatlar yayılıb. Ancaq bunun da dəqiq olmadığı sirr deyil. Bu ölkədə bütün sahələrə nəzarət İnqilab Keşikçiləri Qvardiyası nəzarət edir. Onların əsas kadr bazası isə bəsiclər, «könüllü yarımhərbi» dəstə sayılır.

Bu yaxınlarda bəsiclərin başçısı general Nəqdi ölkə məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri qarşısında çıxışı zamanı başçılıq etdiyi qurumun mövcud vəziyyti ilə bağlı hesabat verib.

O, çıxışında növbəti 5 illik planı təsdiqləyərkən, bəsiclərin sayının 30 milyona çatdırılmasına dair məsələni deputatların diqqətə almasını istəyib.Generalın qənaətincə, bu yöndə artıq fəaliyyt göstərilməkdədir.

«Bu gün bəsiclərin gücü dünyada örnək götürləcək bir durumdadır.Biz öz təcrübəmizi başqa dövlətlərdəki qardaşlarımızlarla paylaşmaq vəziyyətindəyik»-deyə, o, vurğulayıb.

General Nəqdi bu yöndə fəaliyyət proqramlarının geniş olduğunu nəzərə alıb, gələcək büdcələrinin artırılmasını da istəyib.

Öncə qeyd edək ki, İran əhalisi 70 milyondan çoxdur . Belə vəziyyətin yaranması,  bəsiclərin sayının 30 milyona çatdırılması isə ölkədəki bütün gənclərin bu «yarımhərbi dəstəyə» «üzv» kimi cəlb olunması  deməkdir. Generalın çıxışı həm də təbliğat mahiyyətlidir. Bununla o, hakimiyyətin cəmiyyət tərəfindən geniş surətdə dəstəkləndiyini deməyə çalışıb.

General bu məruzəsi ilə  başqa dövlətlərdə İran hakimiyyətini dəstəkləyən, yaxud Tehranın buyruğunu yerinə yetirənlərin də «bəsic» olduğuna işarə edib.

Bəsiclərin mahiyyəti və fəaliyyəti beynəlxalq ictimaiyyətə son bir neçə ildə daha aydın bəlli oldu. Məlum oldu ki, rejim onlardan etiraz aksiyalarının yatırılmasında «dəyənək» kimi istifadə edir. Hakimiyətin maraqlarının ifadəsinə həsr edilmiş çeşidli aksiyaların əsas təşkilatçısı və iştirakçısı da yarımhərbi «könüllülər» olur. Məsələn, İngiltərənin Tehrandakı səfirliyinin binası qarşısında etiraz aksiyalarının təşkilatçısı, orada Britaniyaya qarşı şüarlar deyən, bəsiclərdir. Bu dəstənin üzvləri cəmiyyətin çeşidli təbəqəsini əhatə edir- tələbələr,fəhlələr, alimlər, müəllimlər və s.

Bəsiclər müəyyən imtiyazlara da malikdir. İş tapmaqda, ticarət işlərində  və başqa məsələlərdə onlara üstünlük verilir.

Seçkidə də yetərsayın alınmasında bu dəstənin özünə məxsus rolu olur. İndiki vəziyyətdə hakimiyyət bu dəstənin sayını artırmaqla mövcud rejimi dəstəkələyənlərin sayını artırmaq istəyir. Onlara isə maliyyə vəsaiti lazımdır. Ehtimal etmək olar ki, hakimiyyət bəsiclərin adına büdcədən maliyyə vəsaitini artırmaqla əhali arasında imkansızlara pul verməklə «bəsic»ləşdirmək niyyətindədir.

Bir məsələni də qeyd etmək istərdik. Hələ ayətulla Xomeyni 1980-i illərin əvvəlində bildirirdi ki, bəsiclərin sayını 20 milyona çatdırmaq lazımdır. Onda ölkənin əhalisi 40-50 milyon idi. O, ölkənin müdafiə hazırlığının dayaqlarından biri kimi, bəsicin əsasını qoymuş və onda belə demişdi: «İstənilən ölkədə  20 milyon insan müdafiə hazırlığına malik olsa, heç bir dövlət onun üstünə tamah dişini qıcıya bilməz və həmin ölkə məğlubedilməz olar!”
Ayətulla Xamneyi bir neçəgün öncə bəsiclərlə bağlı çıxışında  1988-ci ildə tələbələrdən ibarət bəsic dəstələrinin təşkili ilə bağlı ayətulla Xomeyninin verdiyi sərəncama toxunaraq bildirib: «Bu, ölkə universitetlərində və teoloji mərkəzlərdə bəsici psixologiyasına ehtiyac duyulduğunu göstərir. Təşəbbüskarlıqla yanaşı olan sevgi, iman və özünəinam bəsicçi psixologiyasının müxtəlif sahələrdə özünü göstərən ən mühüm xüsusiyyətləridir. Bu keyfiyyətlər həm müdafiə, həm də siyasət və idarəetmə müstəvisində böyük səmərə verə bilər”.
İran ali rəhbəri müdafiədə komandanlıq, təşkilatçılıq, döyüşçülük və silahlanma işindəki təşəbbüskarlığın əhəmiyyətinə toxunaraq, deyib: “Siyasi müstəvidə də cürbəcür fitnə və hiylələrin qarşıya çıxa biləcəyi, geniş bir sahə olan  diplomatiyada təşəbbüskarlıq yüksək səmərəliliyə malikdir. Müdrik, uzaqgörən və təşəbbüskar bir diplomat olmaq üçün isə bəsici psixologiyasına malik olmaq şərtdir”.
İki il öncə bəsiclərin bir hissəsinə siyasi fəaliyyətlə məşğul olmağa icazə verilib.

Ayətulla Xamneyinin göstərişi ilə hərbi “bəsic” hissəsi qeyri-hərbi “bəsic”dən ayrılıb. Həmin sənədə uyğun olaraq, qurumun hərbi fəaliyyəti olmayan və silahlı qüvvələrdən sayılmayan hissəsi siyasi fəaliyyətlə məşğul olur.

Bu çıxışlardan belə görünür ki, «bəsiclər» də artıq hakimiyyətdən uzaqlaşmaqdadır. Ona görə də Tehrandakı hakimiyyətin ən ali məqamı həmin qüvvələri tərifləyir. Komanda isə əlavə maliyyə vəsaitinin ayırlmasını istəyir.Bunun xaricdəki bəsiclərə də aid olduğu istisna edilmir. Odur ki, hərbçilər qarşısında gəlişi gözəl bəyanatların verilməsi hələ qvardiyanın, ordunun yaxud bəsiclərin bu hakimiyyəti qoruyacağı demək deyil. Liviyanın  keçmiş liderini müdafiə edənlər arasında muzdlu xaricilərin olduğu da bildirilirdi. Bu baxımdan İrandakı hakimiyyətin də eyni variantdan yararlanacağı ehtimalı az deyil. “ahlibeyt»-in yayıdığı xəbərdən də bu görünməkdədir. Məlumata əsasən, Misirin ən böyük sufi təriqətlərindən olan "Əzmiyyə"nin başçısı Şeyx Əla` Mazi Əbu əl-Əzaimi bildirib:   «ABŞ- la  İsrail ərəblər və müsəlmanlar arasında qarşıdurma yaratmaq fikrindədir və bunun üçün sünni-şiə ixtilafından istifadə edirlər».

əl-Əzaim əvvəla ABŞ və İsrailin İrana hücum edəcəyinə inanmadığını deyərək, söyləyib: «Onlar İranın hərbi gücünə bələddirlər. Amma birdən onlar İrana hücum edərlərsə, ərəblərdən kömək ummasınlar. Çünki əgər İrana hücum baş verərsə, o cihad hökmünü verəcəyəm və başqa islamçı cərəyanlar da onun ardınca eyni addımı atacaqlar».

S. Sədrəddin

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center