Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




 

Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb.


Səfirə İran-Azərbaycan sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub. C. Axundov baş vermiş hadisədən təəssüfləndiyini bildirərək notanı Azərbaycan hakimiyyətinə çatdıracağını bildirib. 
Qeyd edək ki, oktyabrın 19-da saat 14.00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib.

Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadlar çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. Açılmış atəş nəticəsində sərhəd pozucusu yaralanıb, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə edilib. Lakin sərhəd pozucusu aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb. Azərbaycan-İran sərhədində öldürülən sərhəd pozucusunun İran İslam Respublikası Sərhəd Qoşunlarının hərbçisi, 20 yaşlı Əkbər Həsənpur olduğu məlum olub. Onun meyiti oktyabrın 20-də qarşı tərəfə təhvil verilib. İran elə zənn edir ki, Azərbaycan sərhədlərini istədikləri zaman poza bilər və buna görədə heç bir məsuliyyət daşımayacaqlar. Bu dövlətə diplomatik yolla da olsa başa salmaq lazımdır ki, Xəzərin Azərbaycan sektorunda sərhədlərimizi maneəsiz olaraq hərbi təyyarənizlə pozduğunuz zamanlar geridə qaldı. İndi Azərbaycanın sərhədini qeyri qanuni olaraq pozan hər kəs ya təslim olmalıdır yaxud da sərhədçilərimiz tərəfindən zərərsizləşdiriləcək. İran artıq son 8 il ərində ölkəmizə qarşı müxtəlif təxribatlar törədir.İran hakimiyyəti bilərəkdən Azərbaycan ərazisinə böyük həcmdə müxtəlif narkotik maddələrin daşınmasına şərait yaradır. Son zamanlar İrandan Azərbaycana gətirilən narkotiklərin həcmi böyüdüyü üçün narkotik maddələrin qiymətində ucuzlaşma qeydə alınır. Təbiidir narkotik maddələrin qiyməti ucuzlaşdıqca daha cox insanın bu maddələrdən istifadəsi üçün imkan yaranır. Narkotik maddələrin böyük həcmdə Azərbaycana daşınmasına şəraitin yaradılması xalqımıza qarşı müharibə etmək qədər zərərlidir. Özlərini islamın dayağı adlandıran dövlətin Azərbaycana göndərdiyi narkotik maddələrin təsirindən ölənlərin sayı durmadan artmaqdadır. Hər zamankı kimi bəhanə gətirilir ki, narkotik maddələrlə dünyanın ən güclü ölkələri mübarizə aparır lakin, bu problemi aradan qaldıra bilmirlər. İrandan Azərbaycana göndərilən narkotik maddələr xüsusi strategiya əsasında həyata keçirilir. İlkin olaraq bir bölgədə satış üçün nisbətən zəif heroin göndərlir. Narkotik aludəçiləri həmin narkotikin təsirinə uyğun özləri üçün doza təyin edirlər. İkinci dəfə isə yenə də həmin ərazidə satılmaq üçün daha güclü təsirə malik heroin göndərilir. Eyni adamlardan narkotik maddələr alan narkotik aludəçiləri heçnədən şübhələnmədən həmişəki dozalarını qəbul edirlər. Yeni gətirilmiş heroin əvvəlkinə nisbətən daha güclü olduğu üçün orqanizm təbii olaraq davam gətirmir və aşırı dozadan insan dünyasını dəyişir. Kənardan baxan heç nədən şübhələnmir. Hamı filankəs narkoman idi, narkotiki artıq qəbul etdiyi üçün aşırı dozadan dünyasını dəyişmiş kimi qəbul edir. Əslində isə uzun müddət narkotik qəbul edən şəxslər instinktiv olaraq aşırı dozadan çəkinirlər. Sadəcə olaraq onların ölümünə narkotik göndərənlərin narkotik maddələrin kimyəvi tərkibində etdiyi dəyişiklik səbəb olur. Yəni İran Azərbaycan gəncliyinə narko müharibə elan edib. Hələlik onlar öz istəklərinə çatırlar. Eyni siyasəti Əfqanıstan Rusiyaya qarşı 90 –cı illərin əvvəlində həyata keçirirdi. Bu şərəfsizcəsinə aparılan siyasətdir.

 Tale

 

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center