Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




                            Xe­yir­lə  şə­rin əbədi   mü­ba­ri­zə­si

Zər­düştlük Şərq fəl­sə­fə­si­nin əsas qol­la­rın­dan bi­ri ki­mi dün­ya ic­ti­mai fik­ri­nin tə­ka­mül və tə­şək­kü­lün­də mü­əy­yən ta­ri­xi rol oy­na­mış­dır. Tam qə­tiy­yət his­si ilə de­mək olarki, an­tik dövrdən baş­la­ya­raq tabi­zim gün­lə­rə qə­dər eləbir gör­kəm­li fi­lo­sof ol­ma­mış­dırki, bir­ba­şa və ya do­la­yı­sıyol­la "Aves­ta"ya, bu bö­yük abi­də­də irə­li sü­rü­lən ide­ya­la­rın şər­hi­nə to­xun­ma­sın.Zər­düş­tün ba­xış­la­rın­da ide­a­liz­min, həmdə ob­yek­tiv ide­a­liz­min mü­əy­yən rü­şeymlə­ri gö­rün­mək­də­dir. Zər­düşt yax­şı ba­şa düş­müş­dürki, in­sa­nın ya­şa­dı­ğı aləm fa­ni­dir, ke­çi­ci­dir. La­kin bu ötə­ri dün­ya­da Xe­yir­lə Şə­rin mü­ba­ri­zə­si əbə­di­dir. Əl­bət­tə, Zər­düş­tün ba­xış­la­rı­nı sis­tem­li ide­a­list dün­ya­ gö­rü­şü ki­mi qiy­mət­lən­dir­mək ol­maz. Biz bu­nu ol­sa-ol­sa "ib­ti­dai ide­a­lizm" he­sab edə bi­lə­rik.

Hər bircə­rə­yan, tə­səv­vür və ba­xı­şın,  ha­be­lə di­ni təli­min ya­ran­ma­sı konkret amil­lər­lə bağ­lı­dır. Qə­dim dün­ya­nın ən ge­niş ya­yıl­mış, güc­lü, qüd­rət­li din­lə­rin­dən bi­ri­nin - Zər­düştlü­yün ya­ra­nıb pər­və­riş tap­ma­sı­na, özdöv­rü­nün "ana din­lə­rin­dən" bi­ri sə­viy­yə­si­nə yük­səl­mə­si­nə sə­bəb nə ol­muş­dur? Məlum­dur ki, qə­dim əc­dad­la­rı­mı­zın si­ta­yiş et­di­yi, ina­nıb ta­pın­dı­ğı ha­di­sə və ci­sim­lər, can­lı­lar və bit­ki­lər uzun əsir­lər bo­yu ila­hi­ləş­di­ril­miş, mü­qəd­dəs tu­tul­muş­dur. İb­ti­dai in­sa­nın tə­səv­vü­rün­də hər bir tə­bi­ət ha­di­sə­si­nin ar­xa­sın­da ruh  da­yan­mış. Hər bir ci­sim can­lı bir vü­cu­da çev­ril­miş­dir. Bu cür ani­mist tə­səv­vür­lər mi­fik tə­fək­kür üçün xa­rak­te­rik halidi. Tə­bi­ət önün­də hey­rə­tə gə­lən, qəm­lə­nən, se­vi­nən in­sa­nın to­te­mist gö­rüş­lə­ri­nin təd­ri­cən tək­mil­lə­şib ya­yıl­ma­sı da elə hə­min döv­rə tə­sa­düf edir. Tə­bi ihal­dırki, tə­bi­ə­tə be­lə kor­tə­bii pə­rəs­tiş ye­ni din­lə­rin, inancla­rın, inam­la­rın ya­ran­ma­sı üçün ilk tə­kan, ilk zə­min ol­muş­dur. Bu elə bir dövr idiki, in­san­lar öz­lə­ri­nin ilk si­ta­yiş ob­yektlə­ri­ni – öz Al­lah­la­rı­nı ya­rat­ma­ğa baş­la­mış­dı­lar.

Al­lah­la­rın ya­ran­ma­sı döv­rün öz zə­ru­ri "tə­lə­ba­tın­dan" irə­li gə­lir­di. Be­lə­lik­lə, qə­dim dün­ya­nın ilk din­lə­rin­dən bi­ri öz va­hid Xe­yirAl­la­hı­nı ya­rat­dı: bu, Hör­müz (Ahu­ra Məz­da) idi. Biz­cə, Zər­düştli­yin mey­da­na gəl­mə sə­bəb­lə­rin­dən ən baş­lı­ca­sı elə bu faktda ax­ta­rıl­ma­lı­dır: ço­xal­lah­lı­lıq­dan tə­kal­lah­lı­ğa ke­çid­də.

Zər­düştlük əv­vəl­ki di­ni tə­səv­vür­lər­dən və özün­dən son­ra­kı di­ni təlim­lər­dən əsas­lı şə­kil­ dəfərqlə­nir. Bu fərq Zər­düş­tün hə­yat ha­di­sə­lə­ri­nə mü­na­si­bə­ti ilə bağ­lı­dır. Doğ­ru­dur, Zər­düş­tün təli­min­də ar­dı­cıl­lıq, sis­tem­li­lik yox­dur. Onun ide­ya və mü­la­hi­zə­lə­rin­də zid­diy­yət­lər də az de­yil­dir. Qat­lar­dan bi­rin­də mü­da­fiə edi­lən fi­kir di­gə­rin­də tən­qid edi­lir. Zər­düş­tün öyüd və nə­si­hət­lə­rində mən­tiq­dən uzaq fi­kir­lər də çox­dur. Bu isə tə­sa­dü­fi sə­ciy­yə da­şı­mır. Çün­ki, əv­və­la, "Aves­ta" əsrlərbo­yu də­fə­lər­lə "re­dak­tə­yə" məruz qal­mış, ikin­ci­si, zər­düştlü­yün özü ar­dı­cıl nə­zə­riy­yə ki­mi for­ma­laş­ma­mış, üçün­cü­sü isə, abi­də­nin ya­ran­dı­ğı dövrdə ka­mil, ide­al əsə­rin ya­zıl­ma­sı­na inam bəs­lə­mək düz­gün ol­maz­dı.

"Aves­ta" döv­rü şu­mer-ba­bil ədə­biy­ya­tı ba­rə­də söh­bət açan ta­rix­çi alim İ.S.Ko­loç­kov gös­tə­rirki, hə­min ədə­biy­yat­da­kı "fəl­sə­fi" mü­ha­ki­mə­lə­ri öyüd-nə­si­hət­lər, ata­larsöz­lə­ri, mə­səl­lər, mü­ba­hi­sə-di­a­loq­lar, di­dak­tiknəzm və s. təş­kil edir­di. Söy­lə­ni­lən mü­la­hi­zə­lə­ri "Aves­ta"nın da bü­tün ma­hiy­yət və struk­tu­ru­na aid et­mək olar. Əsə­rin "fəl­sə­fi" qa­yə­si­ni Zər­düş­tün öyüd və öyünclə­rin­də, Hör­müz və Əh­ri­mə­nin qar­şı­lıq­lı mü­na­si­bə­ti­ni ifa­də edən kə­lam­lar­da, xeyrlə şə­rin mü­ba­ri­zə­si­nin təh­li­lin­də və s. ax­tar­maq la­zım­dır.

Qeyd et­di­yi­miz ki­mi, dün­ya ic­ti­mai fi­kir ta­ri­xi­nin in­ki­şa­fın ­da bu bö­yük abi­də mü­əy­yən rol oy­na­mış­dır. Tək­cə an­tik dövr mü­tə­fək­kir­lə­ri de­yil, həm­çi­nin ye­ni və ən ye­nidövr Qərb fi­lo­sof­la­rı, klas­sik al­man fəl­sə­fə­si­nin gör­kəm­li nü­ma­yən­də­lə­ri İ.Kant (1724-1804),  K.V.He­gel (1770-1831),  L.Fe­yer­bax (1804-1872) Şərq fəl­sə­fə­si­nə, ocüm­lə­dən "Aves­ta"ya bö­yük ma­raq gös­tər­miş­lər. Kan­tın "Xa­lis zə­ka­nın tən­qi­di" (1781) əsə­ri­nin ma­hiy­yə­ti­ni təş­kil edən an­ti­no­mi­ya­lar Zər­düş­tün iki əks baş­lan­ğıc haq­qın­da­kı qə­na­ət­lə­ri­ni xa­tır­la­dır. Məlum ol­du­ğu ki­mi, Kant şey­lə­rin öz-öz­lü­yün­də ol­du­ğu ki­mi ("şeyözün­də") dərkedil­mə­di­yi­ni söy­lə­miş, yal­nız bi­zim təc­rü­bə­miz­də tə­za­hür edən şey­lə­rin dərk edil­di­yi­ni id­dia et­miş, öz an­ti­no­mi­ya­la­rı­nın bü­tün dövr və ha­di­sə­lər üçün qeyd-şərtsiz məq­bul ol­du­ğu­nu söy­lə­miş­dir: dün­yason­lu­dur - dün­yason­suz­dur;  hərşey sa­də­dən iba­rət­dir - sa­də  olan şey yox­dur; azad­lıq möv­cud­dur - azad­lıq yox­dur və möv­cud ola bil­məz, de­mə­li, müt­ləq məna­da əbə­di və son­suz olanyox­dur. Zər­düş­tə gö­rə də hər şey yu­xu ki­mi ke­çi­ci­dir, yer üzün­də əbə­di qa­lanyal­nız Al­lah­dır, Xe­yir­dir.

Öz ya­ra­dı­cı­lı­ğı bo­yu Şərqdə mə­də­niy­yə­tin, si­vi­li­za­si­ya­nın in­ki­şa­fı­nı qə­ti su­rət­də in­kar edən He­geldə "Aves­ta" ya bö­yük ma­raq gös­tər­miş­dir. Al­man ide­a­list fəl­sə­fə­si­nin ən bö­yük nü­ma­yən­də­si əsər­də işıq­la zül­mə­tin mü­ba­ri­zə­si­nin rəm­zi ma­hiy­yə­ti­nə var­mış,  Zər­düştlü­yü haq­lı ola­raq na­tu­ra­list-tə­bi­ət di­ni he­sab et­miş­dir. He­ge­lin "Aves­ta" ilə bağ­lı mü­la­hi­zə­lə­rin­də­ki ən baş­lı­ca qü­su­ru zər­düştlü­yü ta­ri­xi in­ki­şaf­dan təc­rüdolun­muş  şə­kil­də nə­zər­dən ke­çir­mə­sin­də­dir. He­ge­lə gö­rə, Şərq bə­şə­riy­yə­tin uşaq­lıq ça­ğı­nıya­şa­mış və bu çağ­da da do­nub qal­mış­dır, o, hər cür in­ki­şaf­dan ara­lı düş­müş­dür.

La­kin Şərq  fəl­sə­fə­si, elə­cədə "Aves­ta" He­gel ya­ra­dı­cı­lı­ğın­dan iz­siz ötüb keç­mə­miş­dir. Təd­qi­qat­çı­la­rın əsas­lı mü­la­hi­zə­lə­ri­nə gö­rə, fi­lo­so­fun baş­lı­ca ide­ya­sı­nın - əkslik­lə­rin vəh­də­ti və mü­ba­ri­zə­si qa­nu­nu­nun for­mu­la­sı Zər­düşt təli­min­dən qi­da­lan­mış­dır. Axı ikibaş­lan­ğı­cın - Xe­yir­lə Şə­rin, işıq­la zül­mə­tin mü­ba­ri­zə­si - əksli­yin vəh­də­ti və mü­ba­ri­zə­si qa­nu­nu, bir qə­dər ib­ti­dai şə­kil­də ol­sada Zər­düşt tə­rə­fin­dən bə­yan edil­miş­dir. Həm də bu cür ib­ti­dai təlim - "Aves­ta"nın bü­tün məğ­zi­ni, "Aves­ta" döv­rü­nün bü­tün so­si­al mən­zə­rə­si­ni özün­də eh­ti­va edir. La­kin "Aves­ta"nın şər­hi al­man fəl­sə­fə­si­nin klas­sik nü­ma­yən­də­lə­ri­nin for­mu­lası ilə məh­dud­laş­ma­mış­dır. Bü­tün nə­həng fi­kir abi­də­lə­ri ­tək hə­min əsərdə özü­nün əbə­diya­şa­rı öm­rü­nü müx­tə­lif mü­ba­hi­sə re­kursla­rı qov­şa­ğın­da da­vam et­dir­mək­də­dir;  Zər­düştlük bə­şə­ri ma­hiy­yətda­şı­yan bir əsər ki­mi təh­lil olun­maq­la ya­na­şı, çox­dan­dırki, mür­tə­ce ov­qat­lı ide­o­lo­gi­ya­nın, an­ti­hu­ma­nist po­zi­si­ya­lı so­si­o­lo­gi­ya­nın da diq­qə­ti­ni cəlb et­mək­də­dir. Abi­də­nin bu cür şər­hi­nə da­ha qa­ba­rıq şə­kil­də ənye­ni dövr al­man fəl­sə­fə­sin­də tə­sa­düf olu­nur.

Ar­tıq ne­çə il­lər­dirki, ra­sist, na­sist, mil­li­ta­rist, şo­vi­nist... par­ti­ya və qrup­la­rın, təş­ki­lat və dər­nək­lə­rin "ide­ya fəl­sə­fi əsa­sı­nı" təş­kil edən bir ki­tab ara­sı­kə­sil­mə­dən təb­liğ olun­maq­da­dır. Ya­zıl­dı­ğı ilk vaxtlar­da diq­qə­ti oqə­dərdə cəlb et­mə­yən bu fəl­sə­fi əsər, sim­vo­lik po­e­ma, in­di (tək­cə in­di yox, həmdə birne­çə onil­lər­dən bə­ri) min­lər­lə, mil­yon­lar­la ada­ma yax­şı ta­nış­dır. Bu ki­tab ilk də­fə 1883-84-cü il­lər­də Al­ma­ni­ya­nın Leypsiq şə­hə­rin­də çap olun­muş­dur.

Adı bü­töv­lük­də, be­lə­dir: "Zər­düşt be­lə de­yir­di. hərkəs və heç kəs üçün ki­tab", "Ha­mı və heç kim üçün"  ya­zıl­mış hə­min ki­ta­bın mü­əl­li­fi Ba­zel uni­ver­si­te­ti­nin pro­fes­so­ru Frid­rikVil­helm Nitsşeidi. Ki­tab ilk vaxtlar diq­qə­ti oqə­dər cəlb et­mə­sədə cə­mi 20 il ke­çən­dən son­ra çox­la­rı­nın "əqi­də, məs­lək və mü­ba­ri­zə si­la­hı­na" çev­ril­di. Nitsşe­nin on­dan əv­vəl və son­ra da bir sı­ra əsər­lə­ri çap olun­muş­dur. Onun qə­lə­min­dən çı­xan ki­tab­la­rın ək­sə­riy­yə­ti, ocüm­lə­dən "Sə­hərşə­fəq­lə­ri", "Yu­nandöv­lə­ti", "Fa­ci­ə­nin do­ğul­ma­sı", "Bə­şə­ri, həd­din­dən ar­tıq bə­şə­ri", "Xeyr və şə­rin oüzün­də", "Şənelm", "Əx­la­qın mən­şə­yi", "An­tix­rist" və s. yal­nız dar sə­hə­də ça­lı­şan­lara məlumidi.  La­kin fi­lo­so­fa ən çox şöh­rət gə­ti­rən əsər öz ide­ya­la­rı­nı Şərq müd­ri­ki Zər­düş­tün adıy­la bağ­la­dı­ğı trak­tatidi. Nitsşe­ninözübuşöh­rə­tigör­mə­di. La­kinhə­minəsə­rinacı­sı­nıda­dan­larçoxol­du. Bufa­ciəüçünNitsşegü­nah­karidi­mi? Birçox­la­rıüçünfa­şiz­minide­ya-nə­zə­riya­raq­xa­na­sı­nıröv­nəq­lən­di­rənqiy­mət­li "fi­kirsi­lah­la­rın­dan" bi­ribuəsəridi. Yə­qinki, buba­şa­bə­laki­ta­bınmil­yon­lar­laada­mıaya­ğaqal­dı­rıbqə­ri­bəbirinstiktləin­sa­nınqa­nı­naye­rik­lət­di­yi­ninşa­hi­diol­say­dı, Nitsşexə­ca­lətçə­kər­di.

Nitsşe hə­ya­tı, dün­ya­nı di­a­lek­tik­cə­si­nə dərk edir: dün­ya əbə­di hə­rə­kət­də­dir. La­kin bu hə­rə­kət qa­pa­lı da­i­rə üz­rə­dir, düz yox, əy­ri xətt bo­yun­ca­dır; be­ləki, bə­şə­riy­yət öz in­ki­şa­fı pro­se­sin­də ye­nə özü­nə qa­yı­dır. "Özü­nə­ qa­yıt­ma" bu fəl­sə­fə­nin bü­tün ma­hiy­yə­ti­ni təş­kil edir. Fi­lo­so­fa gö­rə, gə­lə­cək keç­mi­şin tək­ra­rın­dan baş­qa birşey de­yil­dir. Nitsşe bu mən­ti­qə şüb­hə edən­lə­rə, de­yi­lən­lə­rin hə­qi­qət­dən uzaq ol­du­ğu­nu dü­şü­nə­nə­lə­rə gü­lür: nə ol­sun ki, əs­lin­də elə "hərcür hə­qi­qət əy­ri­dir, çün­ki za­man özü da­i­rə­vi­dir".

Qa­pa­lı da­i­rə için­də fır­la­nan ta­rix, dün­ya məq­səd­siz, məna­sız ye­rə vur­nu­xur. Nitsşe "min­lər­cə ba­şı" bir-bi­ri­nə bağ­la­maq üçün "va­hid zən­ci­rin" ol­ma­ma­sı­na tə­əs­süf edir. Am­ma ar­tıq elə bir vaxt gə­lib ye­ti­şib ki, in­san­lar öz "məq­səd­siz" hə­yat­la­rı­na son qoy­ma­lı, gə­lə­cə­yin - məna­lı bir öm­rün ilk pil­lə­ri­nə inam­la qə­dəm qoy­ma­lı­dır. Ye­ni məq­səd "ye­ni in­san" tə­ləbedir. Bəs bu ye­ni in­san kim ol­ma­lı­dır?  Şüb­hə­siz ki, ye­ni məq­səd­lə­rə qo­şan kəs föv­qəl­tə­bii şəx­siy­yət­dir. Nitsşe onu elə be­lə də ad­lan­dı­rır:  föv­qəl­bə­şər. La­kin bə­şə­rin föv­qün­də da­ya­nan hə­min adam yer­dəya­şa­ma­lı­dır. Nitsşe ki­mi re­a­list fi­lo­sof di­nə ina­nan sa­də­lövhlər­dən, dün­ya­nın ge­di­şa­tın­dan əlüzən as­pektlər­dən de­yil­diki, ar­zu­la­dı­ğı in­sa­nı göy­lər­də ax­tar­sın! Ye­ni in­san-fövqəl­bə­şər elə tor­pa­ğın üs­tün­də gə­zir. La­kin onu tə­zə­dən iş­lə­yib "ya­rat­maq" la­zım­dır. Bəs bu "ya­ra­dı­cı-ix­ti­ra­çı"  kim­dir?  İn­sa­nın özü!  Bu cür "seç­mə" in­san­lar yal­nız "seç­mə" xalqla­r ınin­çin­də ye­ti­şə bi­lər. Bucür "se­çil­miş" xalqlar isə özü­nün yer üzün­də ağa­lı­ğı­nı mü­ha­ri­bə­lər va­si­tə­si­lə təs­diq­lə­yə bi­lər.

Nitsşe öz  ide­ya­la­rı­nın hə­qi­qi­li­yi­ni sü­bu­ta ye­tir­mək üçün öz sə­ləf və mü­a­sir­lə­rin­dən da­ha çox, qə­dim Şərq fəl­sə­fə­si­nə, hə­min fəl­səfə­nin bö­yük ya­ra­dı­cı­sı Zər­düş­tə üz tu­tur.  La­kin onun  "is­nad nöq­tə­si" Zər­düştlük Nitsşe ide­ya­la­rı ilə da­ban-da­ba­nazid­dir. Yerüzün­də əmin-aman­lı­ğı hər şey­dən üs­tün tu­tan "Aves­ta" mü­əl­li­fi de­yir­di: "Bü­tün dün­ya­ya hər şey­dən ön­cə sülh və dinclik di­lə­yi­rəm". Am­ma Nitsşe­nin ya­rat­dı­ğı "Za­ra­tustra" (Zər­düşt) öz si­lah qar­daş­la­rı­na üz tu­ta­raq de­yir: - "Dün­ya­nı ye­ni mü­ha­ri­bə­lər üçün birva­si­tə ki­mi se­vin...

Siz de­yir­si­nizki, xe­yir­xah məq­səd hət­ta mü­ha­ri­bə­ni də nu­ra qərq edir?  Mən­sə si­zə de­yi­rəm: hər­bin sə­a­də­ti hərcür məq­sə­di nur­lan­dı­rır. Hərb və şü­ca­ət doğ­ma­la­ra bəs­lə­nən mə­həb­bət­dən da­ha ar­tıq nə­həng iş­lər gör­müş­dür...

Qi­yam-qu­lun şü­ca­ə­ti­dir. Si­zin hü­nə­ri­ni­zə ita­ət olu­na­caq! Si­zin əm­ri­ni­zin özü ita­ət ola­caq!  Yax­şı dö­yüş­çü üçün "et­mə­li­sən" sö­zü "is­tə­yi­rəm"dən da­ha gö­zəl səs­lə­nir. Və nə­yi se­vir­si­niz­sə, ha­mı­sı­nı əv­vəl­cə özü­nü­zə əmr et­mə­li­si­niz... Be­lə­lik­lə, özhə­ya­tı­nız­la ita­ə­ti və mü­ha­ri­bə­ni ya­şa­yın... Han­sı dö­yüş­çü is­tərki, ona rəhm et­sin­lər?!"

Fa­şiz­min ta­u­nu gö­mül­dü, digəlki, fa­şist ha­ki­miy­yə­ti­nin qan­lı xa­ra­ba­la­rı­nı im­si­lə­yən tör-tö­kün­tü­lər hə­lədə qal­maq­da­dır.  Zər­düş­tə  (və Nitsşe­yə dəx­li ol­ma­yan­lar) öz baş­sız "mü­ba­ri­zə­si­ni" da­vam et­di­rir. Nit­şe­ni in­terpre­ta­si­ya edən­lər hə­lədə be­lə id­dia ilə ya­şa­yır­lar ki, dün­ya "güc­lü­lə­rin, seç­mə­lə­rin­dir". Yal­nız qa­lib mil­lə­tin ya­şa­maq hü­qu­qu var­dır. Hət­ta be­lə­lə­ri Nitsşe­yə is­ti­nad edə­rək bu "güc­lü mil­lə­tin", onun güc­lü dö­yüş­çü­lə­ri­nin ob­raz-mo­de­li­ni ya­rat­ma­ğı da unut­ma­mış­lar. Bu ka­zar­ma-döv­lət "güc­lü in­sa­nın" ira­də­si­nə ta­be ol­ma­lı­dır.

Şərq müd­ri­ki Zər­düşt özü­nün uy­du­rul­muş qəd­dar "pro­to­ti­pi­nə" qar­şı çı­xır. Da­ha do ğ­ru­su, fa­şizm "Za­ra­tustra­sı" Zər­düş­tün an­ti­ti­pi, an­ti­ob­ra­zı­dır. Zər­düşt Za­ra­tustra­nı it­ti­ham edir.

Zər­düşt fəl­sə­fə­sin­də Xe­yir­lə Şə­rin mü­ba­ri­zə­si apa­rı­cı qol­lar­dan bi­ri­ni təş­kil edir. Hör­müz ilə Əh­ri­mə­nin mü­ba­ri­zə­si, minil­lər­dən bə­ri da­vam edən işıq­la qa­ran­lı­ğın da­va­sı­dır. Zər­düşt üçün ən qiy­mət­li var­lıq in­san­dır. O, in­sa­nı tə­bi­ə­tin öv­la­dı və dos­tu ki­mi qiy­mət­lən­di­rir. İn­san dün­ya­ya nə üçün gə­lir? Qə­dim nə­sil­da­şı­mız bu su­a­la hət­ta bu gü­nün mü­təf­fə­kir­lə­ri­nin qib­tə edə bi­lə­cə­yi la­ko­nik və məna­lı bir kəl­mə ilə ca­vab ve­rir: xoş­bəxtlik üçün. Bəs xoş­bəxtlik nə­dir?  Zər­düşt xoş­bəxtli­yin, sə­a­də­tin əsa­sı­nı bir sı­ra amil­lər­lə bağ­la­yır ki, bu amil­lər də ovaxtkı (həmdə bu­gün­kü) ba­xış­lar üçün ta­ma­mi­lə məq­bul sa­yı­la bi­lər: sülh, bol­luq, se­vim­li hə­yat yol­da­şı, çox­lu öv­lad, sağ­lam­lıq və uzun ömür.

Zər­düş­tə gö­rə qa­nu­nun qo­run­ma­sı in­san­lı­ğın qo­run­ma­sı de­mək­dir. Bu­nun üçün in­san­dan üç baş­lı­ca key­fiy­yət tə­ləb olu­nur: xoşfi­kir, xoşsöz, xoşəməl. Yer üzün­də hə­qi­qə­tin bər­qə­rar ol­ma­sı Zər­düş­tünən bö­yük ide­a­lı­dır: "Ey tan­rı, mən sə­ni özüm­də və özxal­qım­da ha­çan gö­rə­cə­yəm?!"

Gö­rün­dü­yü ki­mi, Zər­düşt in­san­lı­ğa dinclik və əm­niy­yət ar­zu­la­yır. Bu ar­zu­lar bəzən sub­yek­tiv sə­ciy­yə da­şı­sa da çox za­man iri bir ic­ma­nın, bö­yük so­si­al tə­bə­qə­nin fik­ri­ni ifa­də edir. La­kin Zər­düşt düş­mən­lə­rə gü­zəş­tə get­mə­yi ar­zu­la­mır. O, ya­ğı­ya qar­şı söz­lə və si­lah­la aman­sız ol­ma­ğı töv­si­yə edir. Xü­su­sən "Aves­ta"nın II cil­din­də top­la­nan qat­lar­da (bun­la­ra bəzən "qa­ta" da de­yi­lir) sülh və mü­ha­ri­bə, gə­lə­cə­yə inam və şüb­hə ba­rə­də qiy­mət­li mü­la­hi­zə­lər söy­lə­nil­miş­dir.  Elə hə­min qat­lar­da Zər­düşt Hör­mü­zə mü­ra­ci­ə­tən de­yirki, ona kö­mək gös­tər­sin - mənə­vi si­lah kö­mək et­mə­yən­də, mad­di si­lah ver­sin. Zər­düş­tün bü­tün qə­zə­bi Şə­rə qar­şı yö­nə­lib. Xe­yir və Şər qa­tın­da (30-cu qat, Yas­na) üz-üzə da­ya­nan iki qüv­və­nin ma­hiy­yə­ti­nə to­xu­nu­lur, sim­vo­lik Şər ob­ra­zı - Xe­yi­rə qar­şı çev­ri­lən ide­ya­nın məğ­zi aş­kar­la­nır.

İs­tər-is­tə­məz be­lə bir su­al ye­nədə mey­da­na çı­xır: bəs "Aves­ta"da Nitsşe­ni cəlb edən zə­min nə­də­dir? Hə­min su­a­lın ca­va­bı oqə­dər də mü­rək­kəb xa­rak­ter da­şı­mır. Məlum­durki, "Aves­ta"nın ta­ri­xə qə­dəm at­dı­ğı dövr bə­şər cə­miy­yə­ti­nin sübhça­ğı­na tə­sa­düf edir. Bu dövr də ya­ra­nan əsər­dən dün­ya və in­san haq­qın­da bit­kin el­mifi­kir göz­lə­mək doğ­ru ol­maz­dı. De­mə­li, Zər­düşt ide­ya­la­rı bü­tün za­man­lar üçün yox, mü­əy­yən bir za­man kə­si­yi üçün söy­lə­ni­lə bi­lər­di. De­mə­li, Zər­düşt nə­si­hət­lə­ri bü­tün bə­şər nəs­li üçün yox, bir şə­cə­rə, nə­sil, konkret bir so­si­al qrup üçün məq­bul və gə­rək­li sa­yı­labi­lər­di. Elə bu­ra­da­ca qeyd et­mə­yiva­cib sa­yı­rıq ki, məhz hə­min nöq­te­yi-nə­zər­dən çı­xış edən bəzi təd­qi­qat­çı­lar bu gündə "Aves­ta"da mür­tə­ce fi­kir­lər ax­ta­rır­lar: gu­ya Zər­düşt öz əsa­bə­lə­ri­ni baş­qa qə­bi­lə və qrup­la­ra qar­şı mü­ba­ri­zə­yə ça­ğı­rır­dı. Tə­biiki, zər­düştlük­də di­ni ba­xış­lar güc­lü idi və ona ta­be ol­ma­yan­lar cə­za­lan­dı­rı­lır­dı. La­kin bu, odövr üçün tə­bii, qa­nu­na­uy­ğun hal he­sab olun­muş­dur.

Zər­düşt öz mü­la­hi­zə­lə­ri­ni mü­əy­yən qru­pa üztu­ta­raq bə­yan edir­di. Bu fi­kir­lər­lə bü­töv bə­şə­riy­yə­tə xi­tab olun­ma­sada,  hə­min fi­kir­lər bə­şə­ri ma­hiy­yət kəsb edir­di. "Aves­ta"nın gü­cü də məhz bun­da­dır.

Nitsşe­nin "Aves­ta"nı öz fəl­sə­fi ide­ya­la­rı üçün ge­niş "plasdram" he­sab et­mə­si­nin sə­bəb­lə­rin­dən bi­ri də onun Şərq abi­də­si­nin mü­ba­rizr u­hu ilə "nə­fəsal­ma­ğa" gös­tər­di­yi cə­hət­də­dir. Bəzən oxu­cu şərqli Zər­düş­tü, "av­ro­pa­lı" Zər­düştlə də­yi­şik sa­lır, ey­ni­ləş­di­rir. Unut­maq ol­mazki, bö­yük al­man fi­lo­so­fu Nitsşe­nin "öz Zər­düş­tü" möv­cud­dur və hə­min əc­da­dın­dan da­ha çox za­hi­ri key­fiy­yət­lər əxz edib-on­la­rındaxi­li zid­diy­yət­lə­ri isə ki­fa­yət qə­dər­dir.

Minil­lər­dirki, Xe­yir­lə Şər, hərblə sülh üz-üzə, göz-gö­zə ya­şa­yır. Bə­şər nəs­li­nin inamı qə­ti­dir: dün­ya Xey­rə, sül­hə, əda­lə­tə təs­lim ola­caq. Dün­ya-dün­ya­nı, in­sa­nı sevən­lə­rin­dir.  Bu yo­lun oxu­cu­la­rın­dan bi­ridə Zər­düştdür - ulu, müd­rik, şərqli Zər­düşt.

 

Fi­ruz MUS­TA­FA

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center