Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




Mart ayının əvvəlində Niderlandın ən çox oxunan “Telegraaf” qazetində Eurovison haqqında məqalə dərc edilmişdir. Məqalənin əsas hissəsi Ermənistan təmsilçisinin Bakıda keçiriləcək Eurovision festivalına qatılmaqdan imtina etməsindən bəhs edirdi. Təbii ki, hər zaman olduğu kimi bu yazıda qəzetdə erməni lobbisinin istəyi ilə dərc edilmişdir. İlk baxışdan məqalədə “obyektivlik” görüntüsü yaratmışlar. Sonradan isə qərəzli media fənlərindən istifadə edərək Ermənistan tərəfinə üstünlük verməyə başlayan yazar ermənilərin Eurovison yarışmasında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ konfliktinin olduğunu önə çıxarır. Halbuki Azərbaycan Ermənistan tərəfinin təmsilçilərinin təhlükəsizliyinə rəsmi olaraq zəmanət vermişdir. Lakin məqalədə bu haqda bir kəlmə belə işlədilməmişdir.

Bu faktın əvəzinə yazar bütün beynəxalq sənədləri ayaqlar altına alaraq Dağlıq Qarabağı Cənubi Qafqazda kiçik bir ölkə kimi qələmə vermişdir. “Telegraaf”qəzeti bu məqalə ilə rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyini şühbə altında qomuşdur. Niderland Krallığı kimi demokratik ölkədə bütün beynəlxalq konvensiyaların tələblərini pozan “Telegraaf” qəzetinin bu böyük səhvıni görən AZJN (Azərbaycan Niderland Gənclər Cəmiyyəti) qazetə son bir necə həftə ərzində dəfələrlə müraciət etmişlər. Çoxsaylı və israrlı etirazlar və qanunlar qarşısında aciz qalan “Teleqraf” qəzeti təkzib vermək məcburiyyətində qalır. Beləki   qəzet 27 mart tarixli buraxılışında  məqalədə səhv məlumat getdiyi haqda açıqlama çap edir. Təkzib və açıqlamada qəzet səhvini düzəldərək aşağıdakı cümlələri çap edir: “ Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir  və artıq 20 ildir ki, Ermənistan tərəfindən işğal olunub”. Sonra qəzet Ermənistan dövlətinin işğalçı olması ilə yanaşı  BMT tərəfindən qəbul olunmuş məlum dörd qətnaməyə bu günə kimi əməl etmədiyini yazır.

 

 

 

 

AZJN Mətbuat Xidməti

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center