Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




 Niderland krallığında fəaliyyət göstərən Azərbaycan Niderland Gənclər Cəmiyyəti (AZJN) 17 martda Apeldoorn şəhərində Novruz bayramı tədbiri keçirdib. Bayramda ölkənin hər tərəfindən, hətta Belçikadan və Almaniyadan, 100 nəfərə qədər qonaq iştirak edib.

Təşkilatçılar tədbir zamanı öz fəaliyyətindən, Novruz bayramının tarixindən və adət-ənənəsindən danışdılar. Sonra isə sual-cavab, musiqi konkursu və rəqs yarışı keçirildi. Sonunda isə tonqal qalandi və doyuncasına rəqs edildi. 
AZJN cəmiyyətinin fəalliyətini facebook.com/Azerbeidzjan səhfəsində izləmək olar. 

Redaksiyadan:  Çox istərdik ki, AZJN təşkilatının yaradıcılarını, üzvlərini Azərbaycan ictimaiyyəti yaxından tanısın. Bu gənclərin bir neçəsini artıq illərdir biz tanıyırıq. Bizim tanıdıqlarımız çox məğrur, qürurlu gənclərdirlər.  Yəqin ki, çox yaxın zamanda təşkilatın bütün üzvlərini də tanıyacağıq. AZJN təşkilatında toplanmış gəncləri hətta Azərbaycan mətbuatında çox az adam tanıyır. Bunun yeganə səbəbi var. Bu gənclər öz vətənlərinə Avropada hər zaman qulluq ediblər. Lakin etdiklərini geniş ictimaiyyətə təqdim etməyə ehtiyac duymayıblar. Çünki fəaliyyətlərini vətənə olan borcları kimi qəbul ediblər. Sag olsunlar, var olsunlar. Çox qürurvericidir. Avropa Azərbaycan İnformasiya Mərkəzi olaraq ehtiyac duyduqları vaxt hər zaman onların yanında olmağı biz də özümə borc bilirik.   

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center