Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




Məlumdur ki, monqolların hücumu şəhərlərin dağıdılması və əhalinin məhv edilməsinə səbəb olmuşdu. Monqol istilasından və Azərbaycanın Elxanilər imperiyasına daxil edilməsindən sonra ölkə iqtisadi, siyasi, sosial-mədəni cəhətdən inkişaf etməyə başlamışdı.

Bu inkişafın əsas amillərindən biri karvan-ticarət yollarının abadlasdırılması və təhlükəsizliyinin təmin olunması idi.

Buna Qazan xanın (1295-1304) reformaları imkan yaratmışdı.

Məhs bu vaxt Marağada abservatoriya,Təbrizdə Universitet və  Came məscidlərində ali məktəblər-mədrəsələr və digər ictimai binalar tikilmişdir.

Bədr əd-Din Mahmud əl-Ayininin «İqdal cuman fi tarix əhl-əz-zaman» əsərindən çox maraqlı məlumatlar  əldə etmişik. XIII əsrin əvvəllərində qüvvətlənməkdə olan Avropa dövlətləri və Roma Papası 1244 ildə Müsəlmanların Qüdsü  tutmasından narahat olmuşdular.1245 ildə onlar  müşavirə  çağırıb qərara  aldılar ki  İslam ölkələrini xristyanlaşdırmaqdan ötrü Yaxın  Şərq və Rusiya torpaqlarını tutmaqda olan monqolları xristiyanlaşdırmaq lazımdır.

Kilikiya erməniləri də Roma papasının planının həyata keçirilməsində böyük rol oynayırdılar. Kilikiya knyazı I Haysum (1227-1270 il) 1253-cü ildə Menku Buqa Qaanın dəvəti ilə Qaraqruma gəlmişdi və aralarında olan ittifaqa rəsmi status verilmişdi.

Lakin buna baxmayaraq monqollar islamı qəbul etmişdilər.

Monqolların islamı  qəbul etməsinin əsas səbəblərindən biri Qızıl Orda xanları ilə hülakülər arasında Azərbaycan uğrunda gedən müharibə idi.

Monqolların islamı qəbul etməsinin əsas səbəblərindən biri də işğal etdikləri ölkələrin dövlət ideoloqiyası bütün elmlərə əsaslanmış islam ideoloqiyası idi.

Məlumdur ki, artıq bütün dünya alimləri bu gün dünyada olan bütün elm sahəsindəki yeni kəşflərin 1400 il bundan öncə Qurani-Kərimdə olmasını qəbul etmişlər.

Məhs belə bir ideoloqiyanın daşıyıcıları olan ali müsəlman ruhaniləri cəmiyyətdə çox böyük nüfuza və geniş sosial bazaya malik idilər ki iqtidar ancaq onların vasitəsilə xalqı itaətdə saxlayırdı.

Bakı-Səlyan karvan-ticarət yolunun üzərindəki, XI əsrdən Qələndəriyyə Sufi cəmiyyəti- Pir Hüseyn xanəgahına monqol hökmdarı Məhəmməd Xudabəndə və Qızıl Orda xanı hakimiyyətlərini qüvvətləndirmək məqsədilə ziyarətə gəlmişlər. Qızıl Orda xanı Özbək hülakülərlə Qızıl Orda arasındakı müharibə zamanı Pir Hüseyn xanəgahından apardıqları əşya, mal-qara və əsirləri geri qaytarmışdılar.

Pir Hüseyn xanəgahı kompleksində olan minarədəki daş kitabədə deyilir ki, Munka Buqa Qaan vaxtı xanəgaha daimi gəlir verən vəqflər olmuşdur.

Bakıda Came məsçidindəki Elxani hökmdarı Məhəmməd Xudabəndənin daşa yazılmış hökmündə – Bakı divanından kopçuri, sərani, nefti və urfi vergilərinin çıxarıb, əhalini azad etməsi haqqında məlumat verilir.

Memarlıq abidələri üzərindəki daş kitabələrə əsasən demək olar ki, Elxani hökmdarı Əbu Səid vaxtında Araz boyu Azərbaycandan keçən karvan-ticarət (İpək) yolu üzərində xanəgahlar, karvansara və s. tikililər olmuşdur.

1297-ci ildə Avropanın qapısı olan Anadoluda Ərzrum-Karsın yolunun 58-ci km-də Minqel, Həsənqala çaylarının Araza töküldüyü yerdə Əbu Səidin vəziri Çoban Salduz Noyon tərəfindən yeddi arkalı körpü, Zəngəzurun Dərələyaz kəndində Arpa çayın Araza töküldüyü yerdə bir aşırımlı körpü, Səlim keçidində karvansara, Cəbrayıl rayonunun Şıxlar (XIII-XIV ), Zəngilan rayonunun Məmmədbəyli kəndində (1305), Fizuli rayonunun Babı kəndində Şeyx Babı Yaqub (XII – XIII) xanəgahları fəaliyyət göstərmişdir.

Körpülər Çoban Salduz Noyonun adı ilə Türkiyədəki «Çoban körpüsü», Azərbaycandakı «Sal körpüsü» deyə adlanır.

Qeyd olunan abidələrə əsasən demək olar ki Çin – Türküstan –İran –Azərbaycandan keçən Yaxın Şərqi Avropa ilə birləşdirən İpək yolu XIX əsrə qədər dəvam etmişdir.

XIX əsrdən İslama zərbə endirmək məqsədi ilə Avropadan Hindistana Aralıq dənizindən yol açılmışdır.

Sonralar isə dəmir yolunun çəkilməsi ilə əlaqədar İpək yolu tərk olunmuş və oradakı abidələr xarabalığa məruz qalmışdır.

Lakin İpək yoluna çıxan tranzit karvan-ticarət yolları üzərindədə xanəgah və karvansara, ovdanlar olmuşdur.

Qeyd olunan xanəgahlardan demək olar ki, Pir Hüseyn xanəgahı öz keçmiş əzəmətini qoruyub saxlamışdı.

Pir Hüseyn xanəgahında onun türbəsində və məsçidin divarlarında əl-əlvan kitabəli kaşılar olmuşdur.

Pir Hüseyn görkəmli alim – filosof kimi Azərbaycanda elmi fəlsəfi fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.

O, hicri 467 (=1074/75) ildə vəfat etmişdir. Şeyx Pir Hüseyn adıyla şöhrət tapmış əl-Hüseyn ibn Əli xanəgah kitabələrində əzəmətli görkəmli pir, sufilikdə üçüncü dərəcəyə çatmış (əl-salik), müqəddəslərin görkəmlisi, ruhani işləri ilə məşğul olan, imam kimi ləğəb və sifət dərəcələri ilə qeyd edilmişdir ki, bu da onun əsrinin ən nüfuzlu şəxsiyyəti olduğunu göstərir.

1858 ilde defe Pir Hüseyn xanəgahında olmuş Bartolomey kompleksi xaraba halında görmüşdü.Pir Hüseyn türbəsinin və məscidin əl-əlvan kaşı bəzəkləri onu heyran etmişdi.O,dünya mədəniyyətinin ən nadir abidəsi sayılan bu kaşı parçalarından bir neçəsinin yerindən qoparıldığını gördükdə konpleksin Peterburqa köcürülməsini təklif etmişdi. Sonralar kompleksin Tiflisə köçürülməsini qərara alsalar da bu yerinə yetirilməmişdi.

1907 ildəTiflisdə Qafqazşünastlıq İnstutunun elmi katibi  C.V.Ter-Avetisyan xanəgahda işə başlamışdı.O kaşıların fotosunu çəkmiş,təsvirini vermişdi. Prof. V.A. Krapkovskaya da Ter Avetisyanın ona təqdim etdiyi materiyallar əsasında kaşıların kitabələrini oxuyub,çap etmişdir.

Krapkovskayanın yazdığına görə məhz Ter Avetisyanın xanəgahdakı fəaliyyətindən sonra bütün kaşılar yoxa çıxmış və sonralar həmin kaşıların sorağı Avropa muzeylərindən gəlmişdir.Yaxşı ki bir neçəsi Bakıda Nizami adına Ədəbiyyat muzeyindədir.

V.A.Kraçkovskaya, Pir Hüseyn xanəgahını kaşılarına görə Məşhəddəki İmam Rza türbəsi ilə mügayisə edərək, xanəgahın SSRİ-də yeganə və dünyada ikinci abidə olduğunu yazmışdır.

İpək yolu üzərindəki xanəgahlardan biri Fizuli rayonunun Babı kəndindəki Şeyx Babı Yaqub xanəgahıdır.

Xanəgah kompleksində Şeyxin səkkiz güşəli məqbərəsi, məsçidin binövrəsi, yazıya qədər uçulmuş minarə, digər binaların törtöküntüsü, kompleksi əhatə edən hasarın qalıqları və ətrafdakı böyük qəbristanlıq qalmışdır.

Türbə binasının giriş qapısı üzərindəki ərəb dilində kufi xəttilə yazılmış kitabədə deyilir : «Bu müqəddəs məqbərənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qurxər üçün tikilməsinə 672 ildə (1273/74 il) əmr olunmuşdur». (şəkil 1)

XIII əsr tarixçisi Fəzlullah Rəşid əd-Dinin verdiyi məlumata görə demək olar ki, Babı Yəqubun başçılığı altında Qarabağda başlamış xalq hərəkatı artıq ideoloji çərçivədən çıxıb hərbi-siyasi xarakter almışdı. Onun Arranda fəaliyyət göstərmiş müridləri ilə əlaqə saxlamış Elxani hökmdarları haqqında Rəşid əd-Din yazır ki, Sultan Əhməd Hülakü xanın Kutiy Xatundan olan 7-ci oğlu Təkudar Şeyx Babi Yəqubun müridlərinə çox hörmət edirdi.

Rəşid əd-Din 1282-84-cü il hadisələrindən bəhs edərkən göstərir ki, Sultan Əhmədin qardaşı Arqun onun əleyhinə çıxış edəndə Sultan Şeyx Babi Yəqub və onun müridlərindən kömək istəmişdi. Onun misal gətirdiyi mənzum parçalardan aydın olur ki, Şeyx Babi Yəqub vəfat etsə də müridləri onun işini dəvam etdirmişdir.

Kitabədə Şeyx Babi Yəqubun İsmayıl Qur Xərin oğlu kimi qeyd olunması onu İsmaililər hərəkatı ilə bağlamaq ehtimalı da doğurur.

İpək yolu üstündə digər bir xanəgah Cəbrayıl rayonunun Şıxlar kəndindədir. Qocaman dağların qoynunda yerləşmiş, xalq arasında «Şıx Baba piri» kimi ziyarət olunan xanəgah kompleksində Qələndəriyyə sufi cəmiyyəti şeyxinin daxildən və xaricdən dairəvi plana malik türbə binası (şəkil 2), onu əhatə edən hasarın qalıqları, türbə ətrafında dəfn olunmuş müridlərinin məzarları və ətrafda böyük bir qəbristanlıq vardır.

Məqbərənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən yuxarı qalxmış, abidənin önündə bitən ardıc ağacı ilə baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş əzəmətli şeyxin məzarı üzərində sayə salmış ardıc ağacları, sanki, yarım xaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları vaxtilə Yaxın Şərqi Avropa ölkələri ilə birləşdirən karvan-ticarət (İpək yolu) üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi, iqtisadi mərkəzlərdən birinə, xalqın pir deyə müqəddəs yer kimi qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır.

Şeyxin məzarı üzərində yazılı abidə bizə qədər qalmamışdır.

Türbəyə daxil olarkən gözəl süls elementli nəsx xəttilə yazılmış kitabəli daşın (0,65 x 0,16 x 0,18 m.) üstündən addayıb keçməli olursan. « Pərəstiş edilən rəcəb ayı, yeddiyüz yeddinci il (27. XII. 1307 – 26. I. 1308).

Eyni mətni və tarixi olan başdaşı (0,59 x 0,27 m.) türbəni əhatə edən hasardan kənardaki qəbirlərdən birinin üzərində də vardır.

Türbəni vaxtilə bişmiş kərpicdən tikilmiş hasar əhatə etmişdir. Bu hasarın giriş hissədən kiçik bir hissəsi qalmışdır. İçəridə, sağ tərəfdə, yerdən təqribən 1m. hündürlükdə kərpic hörgüdəki taxça içərisində falas formalı mərmər başdaşı (0,45 x 0,15 x 0,12 m.) qoyulmuşdur. Abidənin yuxarı hissəsi 8 tillidir. Üz tərəfdə suls elementli nəsx xəttilə ərəbcə yazılmış kitabədə: « Bilik (silsəbil) bulağından içdik. Bu qəbir Şeyx Qiyas əd-Dinin oğlu mərhəmətli Şeyx-zadə Şeyx Əbdüssəlamındır. 20 ramazan 759-cu il tarixdə (=27. VIII. 1358) vəfat etmişdir.

Ətrafda şeyxin müridlərindən Şeyx Məhiy əd-Din şeyxin məzarı üzərindəki daş qalaqları içərisində rast gəldiyimiz kiçik bir başdaşı parçasında (0,36 x 0,21 m.) ərəbcə yazılmış – «bu qəbir Şeyx Əkbərindir» sözləri oxunmuşdur.

Ətrafdakı böyük qəbristanlıqda XIV –XX əvvəlinə  aid Şeyx və şeyx evladlarının məzar daşlarına rast gəlmişik. Orta əsr abidələri torpaq altındadır.

Torpaqdan çıxardığımız bir başdaşında (0,57 x 0,32 x 0,11 m.) «Bu şadlıq evindən həyat evinə köçdü Turab xan? B. Əmir adil Allah onun qəbrini işıqlandırsın – mübarək şəvval ayı 753 il (=10.XI. – 9.XII. 1352).

Şıxlarda fəaliyyət göstərmiş alim, şeyxlərin nəsli, müridləri son illərə qədər dəvam etmişdir.

Qəbristandakı bir nəfərin başdaşısında « Ya Allah! Şeyxin evladlarından Səfibəyin oğlu Ağa Rüstəm, 1334 (= 1915/16) ildə vəfat etmişdir».

Başqa bir abidədə: « Ya Allah, Məhəmməd, Əli! Mərhum bağışlanmış Şeyx Sədəd Qulu, 1339 (=1920/21) ildə vəfat etmişdir.

Şeyxin nəslindən olan Ağa Rüstəmin oğlu şeyx Təhməz Şıxlar kəndində şərq dillərini, xüsusilə ərəb ədəbiyyatını, islam tarixini, bəşəriyyətin elm, mədəniyyət abidəsi olan Qurani-Kərimi yaxşı bilən axırıncı şeyx idi. 1937 –ci ildə o da repressiyanın qurbanı olub 70 yaşında Sibirə sürgün edilmişdir.

Həmin şeyxlərin alimlərin nəslindən son zamanlar Şıxlar kəndində yaşamış hüquqhünas Əli Rüstəmov, kənd məktəblərinin müəllimləri Azərbaycan Dövlət Universitetini bitirmiş filoloq Ənvər Mehtiyev, Məmməd Təhməzov – jurnalist, şair Xasay Mehtiyev və başqaları.

Vaxtılə 750 ev olan kəndə 40 il bundan öncə biz 30-35 ailənin yaşadığını görmüşük.

İpək yolu üzərindəki möhtəşəm abidələrdən biri də Zəngəzur rayonunun (Sisian) Səlim keçidindəki əzəmətli karvansara binasıdır. (şəkil 3)

Karvansara çox orjinal memarlıq kompozisiyasına malikdir. Planı «T» formalıdır. Dam örtüyü çatmatağlıdır, yonulmuş əhəngdaşı ilə örtülmüşdür. Bina iki böyük hissədən ibarətdir. Əsas hissəsi şimaldan şərqə tərəf uzanıb, buna soldan-sağa uzanan ikinci hissə birləşmişdir».

Birinci hissənin uzunluğu 15x7 arşın, ikinci hissə 45x21 arşın, giriş qapısının (1,80 x 1,13 m.) üzərində daşa (1,87x0,86 m.) ovulma üsulu ilə həkk edilmiş ərəbcə kitabədə deyilir «Əbu Səid xan Bahadur / Dünya sultanının hakimiyyəti dövründə insanların padşahı ərəb və Əcəmin bütün xalqların hökmdarı – Allah onun hakimiyyətini və dövlətini əbədiləşdirsin – hakimiyyəti dövründə xeyriyə sahibi Çuşkyab b. Ləvənd b. … Şah Nur b. … yeddiyüz iyirmi doqquzuncu ildə (bina olunmuşdur) h. 729 = 1328/29.

Karvansaraya daxil olanda içəridə sağ divarda 781 = 1332 il tarixli kiçik daşa həkk olunmuş erməni kitabəsi qoyulmuşdur.

Erməni kitabəsini oxuyub rus dilinə tərcümə etmiş Lazarev İnstitutunun müəllimi Xr. İv Kuçuk İoannesov erməni kitabəsində karvansaranın Orbelyan nəslindən olan Çesar və onun bir neçə qohumları tərəfindən h. 781 = 1382 ildə bina olunması haqqında söhbət gedir.Erməni kitabəsinin şərhçisinin fikrincə « sonradan tatarlar karvansaraya Səlim adı verib, ərəb kitabəsini əlavə ediblər».

Bu tamamilə səhv və gülünc fikirdir. Ərəbdilli kitabə karvansara tikilən zaman onun qapısı üzərinə qoyulmuşdur.

Bəli, Qərbi Azərbaycan ərazisində 1920-ci ildən sonra Çar Rusiyasının siyasətini yekunlaşdıraraq, Sovet İttifaqı Ermənistan Respublikası yaratdı.

Bununla iş bitmədi . Ermənilərin Azərbaycana torpaq iddiaları bu gün də Qafqazdan əl çəkmək istəməyən Rusiyanın köməyilə dəvam edir. Bu haqda gələn məqalədə məlumat veriləcək.

Ermənilərin Azərbaycan ərazisində respublikaları yaranandan sonra bütün azərbaycanlıları doğma yurdlarından didərgin salıb izlərini itirməkdən ötrü bütün yer adlarını dəyişiblər. Hətta ermənilər özləri bunu etiraf edərək 1976-cı ildə nəşr etdirdikləri inzibati bölgü siyahısında 1945-ci ildən azərbaycanlılara məxsus 1117 yer (kənd, rayon) adlarının erməniləşdirmələri haqqında məlumat vermişlər. Yer adları dəyişməklə bərabər azərbaycanlılara məxsus abidələri də darmadağın etmişlər. Təəccüblü burasıdır ki, dağıtmadıqları iki abidəni özəlləşdirmişlər.

Biri yuxarıda qeyd olunan İpək yolu üzərindəki Elxani Əbu Səid vaxtında tikilmiş karvansaradır.

Ermənilər karvansaranı erməni Milli memarlıq abidəsi kimi qələmə alaraq, sübut etməyə çalışsalarda buna heç vaxt nail olmayacaqlar.

Çünki sənədlər onların xeyrinə deyil əksini sübut etməkdədir. Avropanı –Çin ilə birləşdirən İpək yolunun Azərbaycandan keçən Araz boyu abidələr –Qubatlı, Fizuli, Zəngilan, Cəbrayıl, Zəngəzurda olan memarlıq tikililəri Qarabağ memarı Əli Məcd əd-Dinin əsərləridir.

Onun adı Zəngilan rayonunun Məmmədbəyli kəndindəki görkəmli alim Yəhyə ibn. Məhəmmədin türbəsinin (vəfatı 1305 il) kitabəsində qeyd olunmuşdur. Yəhyə ibn Məhəmməd türbəsinin kitabəsi daşın forması, ölçüsü, kitabəsinin həkk olunma üslubu və texnikası, dövrü qeyd olunan karvansaranın kitabəsinin eynidir. Mən Azərbaycanın tarixi ərazisində 60 illik axtarışlarım zamanı üçüncü belə kitabəyə rast gəlməmişəm.

Ermənilərin özəlləşdirdikləri ikinci abidə İrəvanın 8 km-dəki Cəfərabad (indii Arqavanq) kəndindəki Azərbaycan orta əsr Qara Qoyunlu  dövləti Əmirlərinə aid Naxçıvanlı memar Əcəmi məktəbinin dəvamı türbə binasıdır. (şəkil 4) 12 tərəfli türbə binasını gümbəzin altından – karniz hissədən keçən 22 metrəlik kitabədə Qurandan II – 256 ayə və türbənin Əmir Pir Hüseyn tərəfindən h. 15 rəcəb 816 (= 11. X. 1413) ildə Qaraqoyunlu hökmdarı Pir Budaq xan və Yusif Noyon vaxtında tikilməsi haqqında məlumat verilmişdir.

 

Məşədixanım Nemət

 
 
 

#1 написал: Kambaroff (30 марта 2012 05:04)



#2 написал: rantCrertiaks (30 марта 2012 12:28)


   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center